Gəncədə iki minik avtomobili toqquşub, xəsarət alanlar var .....                        Daha bir ölkə öz vətəndaşlarını İrandan qaçmağa çağırdı .....                        Qəzada yaralanmış FHN əməkdaşı evə buraxıldı .....                        İran sənətçilərinin Bakı səfəri: Onları kimlər qarşılamışdı? .....                        Zakir Həsənov hərbi hissəni yoxladı .....                        UEFA “Qarabağ”ı cəzalandırdı .....                        Göldə boğulan 8 nəfərin cəsədi tapıldı .....                        Heyvandarlıq məhsullarının istehsalı azalıb .....                        Ordumuzun əsgəri vəfat etdi .....                       
9-02-2026, 23:07
İsraildə İran agentləri ilə əlaqədə şübhəli bilinən şəxs saxlanılıb


İsraildə İran agentləri ilə əlaqədə şübhəli bilinən şəxs saxlanılıb

İsrailin Ümumi Təhlükəsizlik Xidməti və polis əməkdaşları İran agentləri ilə əlaqədə olmaqda şübhəli bilinən bir jurnalisti saxlayıblar.
Şübhəli şəxs yanvar ayının sonunda naməlum şəxslərin onunla əlaqə saxlaması barədə polisin kiberşöbəsinə müraciət etdikdən bir neçə gün sonra həbs olunub.
Bildirilib ki, jurnalistlə sosial şəbəkələr üzərindən əlaqə yaradılıb və ondan pul qarşılığında etiraz aksiyalarında iştirak etmək, həmçinin Qüdsün mərkəzi küçələrinin fotolarını çəkmək xahiş edilib. O, əvvəlcə bu təkliflərə şübhə ilə yanaşmayıb, çünki peşə fəaliyyəti çərçivəsində oxşar müraciətlər aldığını bildirib. Daha sonra isə kibertəhlükəsizlik şöbəsi ilə əlaqə saxlayaraq məsələ barədə məlumat verib.
Hüquq-mühafizə orqanları onun həbs müddətinin uzadılmasını istəsələr də, apellyasiya məhkəməsi bu müraciəti təmin etməyib. Bildirilib ki, hazırda şübhəli şəxs ev dustaqlığına buraxılıb.
9-02-2026, 22:38
Bakıda nazirin başına iş gəldi - 60 min dollarlıq QALMAQAL


Bakıda nazirin başına iş gəldi - 60 min dollarlıq QALMAQAL

Avstraliyada iqlim və energetika naziri Kris Bouenin Bakıya səfəri zamanı etdiyi telefon zəngləri ciddi qalmaqala yol açıb.
Yerli medianın yazdığına görə, nazir 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 çərçivəsində iki həftə Azərbaycanda olub və bu müddətdə etdiyi telefon zənglərinə görə ona 62 min Avstraliya dolları (təxminən 43 min ABŞ dolları) məbləğində hesab təqdim edilib.
Nazir bu məbləği həddindən artıq yüksək adlandırsa da, ödənişi etməyə məcbur qalıb. Daha sonra nazirliyin etirazlarından sonra telekommunikasiya şirkəti hesabın 30 min dollarını geri qaytarıb. Məhz bu addım Avstraliya ictimaiyyətində və siyasi dairələrdə suallar doğurub.
Məsələ ictimailəşdikdən sonra Avstraliya Senatı İqlim və Energetika Nazirliyindən rəsmi izahat tələb edib. Senat dinləmələrində bildirilib ki, Kris Bouen Bakıya səfəri zamanı telefonunun beynəlxalq rouminqə qoşulduğundan xəbərsiz olub və yüksək məbləğdə borc da məhz bu səbəbdən yaranıb.
Nazirliyin baş katibi Mayk Kayzer Senatın maliyyə və dövlət idarəçiliyi üzrə komitəsinin üzvü Sara Hendersonun suallarını cavablandırarkən qeyd edib ki, bu vəziyyət nazirliyin öz səhvi nəticəsində baş verib. Onun sözlərinə görə, nə nazir, nə də onun komandası 2024-cü ilin noyabrında Azərbaycana səfər zamanı beynəlxalq rouminq tariflərinin tətbiq olunduğundan xəbərdar olub. Kayzer əlavə edib ki, nazirlik xarici səfərlər zamanı düzgün tariflərin tətbiqi məsələsində lazımi diqqəti göstərməyib.
Nazirliyin nümayəndəsi telekommunikasiya şirkətinin adını açıqlamasa da, bu məlumat artıq mətbuatda yayılıb. Senator Sara Henderson 30 min dolların geri qaytarılmasını “olduqca qəribə addım” adlandırıb və bildirib ki, əgər sadə vətəndaşlar da səhv etdiklərinə görə telefon xərclərini geri ala bilsəydilər, bu, ideal olardı. O, eyni zamanda, şirkətin çoxmilyonlu dövlət müqaviləsini qorumaq üçün nazirliyə güzəşt etdiyini də istisna etməyib.
Dinləmələr zamanı məlum olub ki, İqlim və Energetika Nazirliyi son altı ay ərzində ezamiyyət xərcləri üçün 9,6 milyon dollar vəsait sərf edib. Mayk Kayzer bu xərcləri əsaslandıraraq bildirib ki, nazirlik Avstraliyanın maraqlarını beynəlxalq səviyyədə təmsil etmək üçün müxtəlif iqlim sammitlərində və konfranslarda iştirak etməyə məcburdur.
9-02-2026, 22:12
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar


Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən "Şeyx Lounge" restoranı yandırılıb.
Hadisə ötən gün saat 23 radələrində baş verib.
Yanğının baş verməsinə ilkin səbəb olaraq iki nəfər arasında yaranmış mübahisə göstərilir. Belə ki, mübahisə davaya çevrildikdən sonra tərəflərdən biri benzini adıçəkilən obyektə tökərək yanğın törədib, ardınca isə müştərilərin hadisə yerini tərk edə bilməməsi üçün qapını arxadan bağlayıb. İnsidenti törədənin Cavid adlı şəxs olduğu bildirilir.
Müştərilərin həyatını isə iaşə obyektinin mətbəx bölməsinin arxa qapısı xilas edib. Hadisə nəticəsində bir nəfərin ayaq nahiyəsindən yanıq xəsarəti aldığı və xəstəxanaya yerləşdirildiyi məlum olub. Hazırda başqa xəsarət alanlarla bağlı məlumat yoxdur.
Qeyd olunub ki, Nazir Qədirli və Cahangir Qədirovun idarəetməsində olan iaşə obyektinə ümumilikdə 120 min manat məbləğində ziyan dəyib. Əlavə olaraq, müştərilərə 20 mindən çox maddi ziyan dəydiyi bildirilir.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda isə bildirilib ki, Bakı şəhərinin Qaradağ rayonunda bir dam altında tikilən, ümumi sahəsi 600 m² olan birmərtəbəli müxtəlif təyinatlı obyektlərdən (kafe, avtomoblil ehtiyat hissələrinin satışı mağazası və avtomobil təmiri sexləri) sahəsi 250 m² olan kafenin yanar konstruksiyaları yanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hadisə ilə bağlı bildirib ki, qeyd olunan iaşə obyektinin qəsdən yandırılması ilə bağlı polisə məlumat daxil olub. Yanğını törətməkdə şübhəli bilinən iki nəfər müəyyən olunaraq saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.
9-02-2026, 21:55
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək


Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək

Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı Türkiyənin paytaxtı Ankarada vəfat edib.
Bu barədə onun yaxınları məlumat verib.
Onların bildirdiyinə görə, F.Ağamalı qızı Günay Ağamalı ilə müayinə və müalicə üçün Türkiyəyə gedibmiş. O, bu gün səhər qaldığı hoteldə ürək çatışmazlığından dünyasını dəyişib.
F.Ağamalı uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.
9-02-2026, 21:17
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı


"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı

“İmtahanlarda qayda pozuntusu halları yəqin ki, həmişə olacaq. Bu vəziyyət virus–antivirus modelinə bənzəyir. Yeni virus yaranan kimi ona qarşı antivirus proqramı hazırlanır, virus yayılarsa, peyvənd tapılır. Amma biz bu istiqamətdə bir addım qabaqdayıq. Bu il də imtahanlarda təhlükəsizliyi təmin etmək üçün yeni addımlar atılacaq”.
Bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
DİM sədri hazırda həmin tədbirlər barədə məlumat verməyin məqsədəuyğun olmadığını deyib: “Çünki təhlükəsizlik tədbirləri məhz ona görə tətbiq olunur ki, prosesdə iştirak edən şəxslər hansı mərhələdə yenidən yoxlanılacaqlarını bilməsinlər. İmtahanın bünövrəsini qoyanda əsas prinsip nəticələrin intellektual səviyyədə müdafiə olunmasıdır. Statistik təhlillər zamanı imtahanın təşkili prosesində, istərsə də köçürmə hallarının aşkarlanması ilə bağlı kimin harada və hansı səhvi etdiyini görürük. İmtahanlarda köçürmə etmək istəyən şəxs heç zaman imtahanda uğur qazana bilməyəcək”.
9-02-2026, 21:00
Taksi qiymətləri BAHALAŞDI


Taksi qiymətləri BAHALAŞDI

"Bolt" taksi şirkəti Azərbaycanda qiymətləri 10 faiz artırıb.
Artıq bununla bağlı sürücülərə bildirişlər də göndərilib.
Məsələ ilə bağlı "Bolt"-dan bildirilib ki, "Bolt" platforması üzərindən göstərilən taksi xidmətlərində gedişhaqqı bir sıra amillər əsasında formalaşır. Qeyd olunub ki, bu amillərə yol hərəkətinin sıxlığı, sifarişə olan tələbat və mövcud avtomobillərin sayı, marşrutun məsafəsi, yanacaq xərclərinin artması, eləcə də tənzimləyici mühitdə baş verən dəyişikliklər daxildir.
Verilən məlumata görə, hazırda tətbiq olunan qiymət yenilənməsi ümumilikdə 10 faizə qədər təşkil edir və regiondan asılı olaraq 5-10 faiz arasında dəyişə bilər:
"Qeyd edək ki, bu dəyişikliklər bütün şəhərlərə şamil edilmir və yalnız müvafiq şəhərlərdə fəaliyyət göstərən sürücülər bu barədə tətbiq daxilində bildirişlər alıblar. Qiymət dəyişiklikləri mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir".
9-02-2026, 18:43
Erməni idmançıların “Arsax” adlı musiqidən istifadə etməsinə qarşı tədbir görülüb


Erməni idmançıların “Arsax” adlı musiqidən istifadə etməsinə qarşı tədbir görülüb

Azərbaycan Milli Olimpiya Komitəsinin erməni idmançıları Karina Akopova və Nikita Raxmaninin fiqurlu konkisürmə üzrə qısa proqramda “Arsax” adlı musiqidən istifadə etməsinə qarşı ciddi etirazı ilə bağlı tədbir görülüb.
Bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, MOK-un haqlı narazılığına Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Beynəlxalq Konkisürmə Birliyinin (ISU) rəsmi nümayəndələri münasibət bildiriblər.
Erməni idmançılarının bu seçiminin Olimpiya Xartiyasının siyasi neytrallıq prinsiplərinə zidd olduğu nəzərə çatdırılıb və yarış vaxtı erməni idmançılarının istifadə edəcəyi musiqinin adının dəyişdirilməsi barədə məlumat verilib.
Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.
9-02-2026, 18:20
Vensin Paşinyanla görüşü başladı


Vensin Paşinyanla görüşü başladı

İrəvanda ABŞ-nin vitse-prezidenti Cey Di Vens və Ermənistanın Baş naziri Nikol Paşinyanın danışıqları başlayıb.
Bu barədə "Armenpress" məlumat yayıb.
Cey Di Vens Ermənistan Baş nazirinin iqamətgahına gəlib, onu Nikol Paşinyan qarşılayıb. Danışıqlar təkbətək formatda, qapalı şəkildə keçirilir.
Qeyd edək ki, Vens və xanımı Uşanın fevralın 9-da Ermənistana rəsmi səfəri başlayıb. Onun daha əvvəl fevralın 9-10-u Ermənistana, fevralın 10-11-i isə Azərbaycana səfər edəcəyi bildirilmişdi.
9-02-2026, 18:16
Ukrayna ordusu əks-hücuma keçdi - kənd azad edildi


Ukrayna ordusu əks-hücuma keçdi - kənd azad edildi

Ukrayna Silahlı Qüvvələrinin Dnepropetrovsk və Zaporojye vilayətlərinin sərhədində əks-hücum əməliyyatlarına başladığı bildirilir.
Bu barədə Rusiya hərbi teleqram kanalları məlumat yayıb.
Məlumata görə, Ukrayna qüvvələri Zaporojyenin şərqində Rusiya qoşunlarının sağ cinahına qarşı əks-zərbələr endirir. Hücumların Pokrovske və Velikaya Mixaylovka istiqamətindən həyata keçirildiyi, məqsədin isə Rusiya qüvvələrini parçalamaq və onların arxa mövqelərinə çıxmaq olduğu qeyd olunur.
Rusiya mənbələri əməliyyatların bir neçə istiqamətdə aparıldığını bildirir. Hücumların dumanlı hava şəraitində başladığı, bunun da mövqelərdən yan keçməyi və arxaya sızmanı asanlaşdırdığı vurğulanır.
Rusiya tərəfi hücumların dəf edildiyini, Ukrayna piyada bölmələrinin dronlarla vurulduğunu iddia etsə də, eyni zamanda Ukrayna qüvvələrinin Ternovatoye yaşayış məntəqəsinə daxil olduğunu təsdiqləyir. Hazırda burada şiddətli döyüşlərin getdiyi bildirilir. Ukrayna komandanlığı isə hələ bir gün əvvəl bu yaşayış məntəqəsinin tam nəzarətə götürüldüyünü açıqlamışdı. Almaniyanın “Bild” nəşri isə qonşu Pridorojnoye kəndinin də azad edildiyini yazıb.
Cəbhədə vəziyyətin sürətlə dəyişdiyi qeyd olunur. Rusiya hərbi kanallarının əks-hücumu fəal şəkildə işıqlandırması Moskvanın bu istiqamətdə Ukrayna irəliləyişini dayandırmaq üçün ehtiyat qüvvələr cəlb edə biləcəyinə işarə kimi qiymətləndirilir.
9-02-2026, 18:05
Siyəzən sakini dəm qazından ölüb


Siyəzən sakini dəm qazından ölüb

Siyəzən sakini dəm qazından zəhərlənərək ölüb.
Siyəzən rayonu sakini İzzət Cəfərovun yaşadığı evin hamamında dəm qazından zəhərlənərək öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!