Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
3-02-2026, 17:30
Məşhur diktor vəfat etdi


Məşhur diktor vəfat etdi

Sovet televiziya aparıcısı və Mərkəzi Televiziyanın diktoru, KVN-nin ilk aparıcısı Svetlana Jiltsova 89 yaşında vəfat etdi.
Bu haqda onun həmkarı, televiziya aparıcısı Andrey Malaxov Telegram kanalında yazıb.
"Bir əfsanə dünyasını dəyişdi: Svetlana Jiltsova bir dövrün səsi və siması, Mərkəzi Televiziyanın ən tanınan diktorlarından biri", - deyə o bildirib.
O, "Gecəniz xeyirə qalsın, balaca uşaqlar!", "Zəngli saat" və "İlin mahnısı" kimi ən yüksək reytinqli verilişlərin diktoru kimi çalışıb. Jiltsova sovet televiziya aparıcısının təcəssümü hesab olunurdu.
3-02-2026, 17:26
Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisi saxlanılıb


Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisi saxlanılıb

Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisi Rasim Həsənov saxlanılıb.
R.Həsənov korrupsiya cinayətlərində ittiham olunur.
Hazırda sərəncamda olan tibb xidməti mayoru Baş Prokuror yanında Korruspiayaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tutulub. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.
3-02-2026, 17:07
Sarkisyanın ən böyük arzusu Paşinyanla bağlıdır


Sarkisyanın ən böyük arzusu Paşinyanla bağlıdır

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan müxalifəti birləşdirmək istədiyini bildirib.
O bunun asan olmayacağını deyib.
Onun sözlərinə görə, qarşıdan gələn parlament seçkilərində Respublika partiyasının iştirakı ilə bağlı hələlik konkret qərarlar qəbul edilməyib.
"Əsas məqsəd hazırkı baş nazir Paşinyanın vəzifədən kənarlaşdırılması olaraq qalır. Müxalifəti birləşdirmək çox çətin bir işdir. Və biz vahid siyahı şəklində iştirak etməkdən danışmırıq. Amma görəcəyik", - o deyib.
3-02-2026, 17:01
Kiberpolis haker şəbəkəsini ifşa etdi


Kiberpolis haker şəbəkəsini ifşa etdi

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KBMİ) bank və bank olmayan bir neçə kredit təşkilatının rəsmi səhifələrinin oxşarını yaradaraq sosial mediada elanlar yerləşdirib aşağı faizli kreditlər təklif edən haker şəbəkəsinə qarşı əməliyyat keçirib. Əməliyyat-texniki tədbirlər zamanı bir qrup zərərçəkənin kart məlumatlarının ələ keçirilməsinin üsul və vasitələrində oxşar elementlər aşkar edilib. Tədbirlərin davamı olaraq 500-ə yaxın şəxsə qarşı qabaqcadan əlbir olaraq kiberdələduzluqlar edən 23 yaşlı Kənan Qasımov və 30 yaşlı İmam İşməmmədov saxlanılıblar.
Bu şəxslərin yaratdıqları fişinq səhifələrinin həqiqi elektron ünvanlarla vizual bənzərliyinə aldanan zərərçəkənlər qarşılarına çıxan saxta elanların real olduğuna inanıb və aşağı faizli kredit təkliflərinə aldanaraq müraciət ediblər. Bundan sonra isə vətəndaşlar onlardan tələb olunan kart məlumatları, yəni CVV və OTP təhlükəsizlik kodlarını K.Qasımovla İ.İşməmmədova göndəriblər. Vətəndaşların kart məlumatlarını ələ keçirən K.Qasımov və İ.İşməmmədov asanlıqla onların hesabına daxil olub və maddi vəsaitləri talayıblar. Onlar “izi” itirmək məqsədi ilə həmin pulları qanunsuz onlayn kazino oyunlarına və müxtəlif hesablara köçürərək nağdlaşdırıblar. Saxlanılan şəxslər ilkin ifadələrində indiyə qədər bu yolla 400.000 manata yaxın maddi vəsaiti ələ keçirdiklərini bildiriblər. Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, K.Qasımov və İ.İşməmmədov cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, kredit və ya bu kimi sorğularla bağlı yalnız Mərkəzi Bank tərəfindən lisenziya verilmiş maliyyə qurumlarına müraciət edilməlidir. Həmçinin şübhəli şəxslərə, səhifələrə və linklərə daxil olaraq kart məlumatları göndərilməməli, risk ehtimalı olan hallarla qarşılaşdıqda isə dərhal bu barədə polisə məlumat verilməlidir.

3-02-2026, 16:42
Məşhur fəvvarəyə giriş pullu oldu


Məşhur fəvvarəyə giriş pullu oldu

Romada turistlərin adətən sikkə atdığı məşhur Trevi fəvvarəsinə yaxınlaşmaqla bağlı yeni qərar qəbul edilib.
Yeni qaydalara əsasən, saat 09:00-dan 22:00-dək fəvvarəyə girmək istəyənlər 2 avro ödəməli olacaqlar.
Beş yaşadək uşaqlar, əlilliyi olan şəxslər və Roma şəhərinin sakinləri bu ödənişdən azaddırlar. Gecə saatlarında və səhər tezdən isə fəvvarəyə yenə də pulsuz yaxınlaşmaq mümkün olacaq.
Şəhər rəhbərliyinin hesablamalarına görə, bilet satışından ildə 6,5–20 milyon avro gəlir əldə olunacaq. Toplanan vəsaitin texniki xidmət xərclərinə və işçi heyətinin əməkhaqlarına yönəldilməsi planlaşdırılır.
Turistlərin fəvvarəyə atdığı sikkələr isə əvvəlki kimi katolik xeyriyyə təşkilatı “Caritas di Roma”ya təhvil veriləcək.
Qeyd edək ki, hər il Trevi fəvvarəsindən ümumilikdə təxminən 1,5 milyon avro dəyərində sikkə çıxarılır. Bu vəsaitin ehtiyacı olan insanlara yardım üçün istifadə olunduğu deyilir.
3-02-2026, 16:40
Qubadlıda böyük tikinti - 36 milyon manat ayrıldı


Qubadlıda böyük tikinti - 36 milyon manat ayrıldı

İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində Qubadlı şəhərində yeni yaşayış məhəlləsinin salınması planlaşdırılır.
“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi tərəfindən elan edilən tender müsabiqəsi şəhərdə çoxsaylı yaşayış binalarının tikinti-quraşdırma işlərini əhatə edir.
Mərkəzi qərargahı Zəngilan şəhərində yerləşən satınalan təşkilat bu layihənin icrası üçün qiyməti 36 225 492,39 azn məbləğində müəyyən edib.
Tikinti işləri müasir şəhərsalma tələblərinə uyğun olaraq həyata keçiriləcək və Qubadlı şəhərinin yaşayış infrastrukturunun təməlini təşkil edəcək.

3-02-2026, 16:36
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım


Azərbaycandan Ukraynaya növbəti humanitar yardım

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib.
Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, humanitar yardıma 17 ədəd generator, 4 ədəd daşınabilən enerji sistemi və digər enerji avadanlıqları daxildir.
“Azərbaycana hökumətinə, müəssisələrinə, təşkilatlarına və bütün Azərbaycan xalqına Ukraynaya davamlı dəstəyə görə səmimi minnətdarlığı bildirirəm”, - səfir qeyd edib.
Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.
3-02-2026, 16:20
Hərbi prokurora yeni müavin təyin olundu


Hərbi prokurora yeni müavin təyin olundu

Hərbi prokurorun müavini vəzifəsinə təyinat olub.
Bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, ədliyyə polkovniki Elmir Süleymanlı hərbi prokurorun müavini vəzifəsində təyin olunub.
Qeyd edək ki, Hərbi prokurorun müavini Şəfahət İmranov Abşeron rayon prokuroru vəzifəsinə təyin edilib.
3-02-2026, 16:13
Ermənistan vətəndaşları yenidən hakim qarşısına çıxarılacaq


Ermənistan vətəndaşları yenidən hakim qarşısına çıxarılacaq

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesi fevralın 5-də davam etdiriləcək.
Bu barədə Bakı Hərbi Məhkəməsindən məlumat verilib.
Xatırladaq ki, məhkəmə prosesi 2025-ci il yanvarın 17-də başlayıb. Dekabrın 26-da məhkəmə kollegiyası müşavirəyə gedib.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
3-02-2026, 16:08
NATO Ukraynaya qoşun göndərməyə hazırlaşır - Baş katib


NATO Ukraynaya qoşun göndərməyə hazırlaşır - Baş katib

NATO baş katibi Mark Rutte bildirib ki, Avropa orduları sülh razılaşması əldə edildikdən dərhal sonra Ukraynada yerləşdiriləcək
Ali Radada çıxış edən baş katibin sözlərinə görə, Qərb ölkələrindən ibarət "könüllülər koalisiyası" müharibədən sonrakı təhlükəsizlik zəmanətləri məsələsində irəliləyiş əldə edib.
"Sülh razılaşması əldə edilən kimi, razılığa gələn NATO üzvləri dərhal silahlı qüvvələr, havada təyyarələr və dəniz dəstəyi göndərəcək".
O əlavə edib ki, digər NATO üzvləri başqa yollarla Ukraynaya kömək edəcəklər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!