Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
2-02-2026, 15:20
Minimum əməkhaqqına hər il baxılacaq


Minimum əməkhaqqına hər il baxılacaq

Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.
Məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilən Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanununun layihəsində əksini tapıb.
Dəyişikliyə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.
Qeyd edilib ki, işçilərin minimum yaşayış səviyyəsini təmin edən və bu gün bütün dünyada sosial siyasət alətlərindən biri olan minimum əməkhaqqının tənzimlənməsi bir çox beynəlxalq qurumların, xüsusən də Beynəlxalq Əmək Təşkilatının həll etdiyi və diqqətdə saxladığı məsələlərdəndir.
Bu xüsusda, Dünya Bankı Qrupunun "Business Ready" hesabatında qanunvericiliyin minimum əməkhaqqının dövri yenilənməsinin məcburiliyinin təsbit edilməməsi bal itirən suallar kateqoriyasına şamil edilib.
Qeyd olunanlar nəzərə alınaraq Baş nazirin müavini, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri tərəfindən 2025-ci il 19 fevral tarixində təsdiq edilmiş "Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı "Əmək münasibətləri və məşğulluq sahəsində qanunvericilik islahatlarının aparılması" tədbirinin icrasını təmin etmək məqsədilə Əmək Məcəlləsində dəyişiklik edilməsi zərurətindən irəli gələn qanun layihəsi hazırlanıb.
Bildirilib ki, layihənin qəbulu ölkədə sosial müdafiənin effektiv aləti sayılan minimum əmək haqqının müəyyənləşməsinin dövriliyini təmin edəcək və sözügedən hesabatda qeyd olunan sualla bağlı ölkənin bal itirilməsi səbəbi aradan qalxacaq.
2-02-2026, 15:15
Sahibkarlar 1 il yoxlanılmayacaq


Sahibkarlar 1 il yoxlanılmayacaq

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması ilə bağlı müddət uzadılır.
Məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanuna dəyişiklik layihəsində əksini tapıb.
Layihədə qeyd edilir ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən etibarən yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılıb. Təklif olunan qanun layihəsi həmin müddətin daha bir il - 2027-ci il yanvarın 1-dək uzadılmasını nəzərdə tutur.
Məsələ səsə qoyularaq yekdilliklə qəbul edilib.
2-02-2026, 15:10
Bu tarixi Azərbaycan kəndinə giriş pullu olacaq


Bu tarixi Azərbaycan kəndinə giriş pullu olacaq

İyunun 1-dən etibarən Qərbi Zəngəzurdakı Köhnə Xınzırək Tarix və Mədəniyyət Qoruğuna giriş pullu olacaq.
Ermənistan Mədəniyyət Nazirliyinin Abidələrin Mühafizəsi Xidməti bu barədə məlumat yayıb.
Keçən ildən bəri qədim yaşayış məntəqəsində təmir aparılır və turizm marşrutları hazırlanır, Köhnə və Yeni Xınzırək arasında körpülər salınıb.
Bundan əlavə, xidmət modul məlumat mərkəzi üzərində işə başlayıb. O, bələdçi turları təmin edəcək.
Xatırladaq ki, Xınzirək (erm - Xndzoresk) kəndi XX əsrin əvvəllərində Yelizavetpol quberniyasının Zəngəzur qəzası tərkibində Ermənistan SSR-in himayəçiliyinə verilən Qərbi Zəngəzurun ən qədim azərbaycanlılar yaşayan kəndlərindən biri olub. Kənd, Laçın şəhərindən 15 km qərbdə, Gorus şəhərindən 8 km şərqdə, Gorus-Xankəndi magistral yolunun yaxınlığında yerləşir. Kəndin adı türk toponimində “qaranlıq dərə”, “dərin dərə”, “böyük dərə” kimi mənalandırılır. Kəndin adı Sovetlər dönəmində ermənilər tərəfindən dəyişdirilərək Xndzoresk adlandırılmışdır.
2-02-2026, 15:03
Milli Məclis beynəlxalq Konvensiyanı ratifikasiya etdi


Milli Məclis beynəlxalq Konvensiyanı ratifikasiya etdi

Milli Məclis Beynəlxalq Əmək Təşkilatının (BƏT) "Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında" 187 nömrəli Konvensiyasını ratifikasiya edilib.
Məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, konvensiyaya əsasən, hər bir üzv dövlət milli siyasətini formalaşdırmaqla təhlükəsiz və sağlam istehsalat mühitini təşviq etməlidir. Dövlətlər işçilərin təhlükəsiz və sağlam istehsalat mühiti hüququnu bütün müvafiq səviyyələrdə təşviq və inkişaf etdirirlər.
Sənəddə qeyd edilib ki, konvensiyaya üzv olan dövlətlər milli siyasətini hazırlayarkən milli şərait və təcrübə nəzərə alınmaqla, eləcə də işəgötürənlərin və işçilərin ən çox təmsil olunduğu təşkilatlar ilə məsləhətləşmələr əsasında peşə risklərinin və ya təhlükələrinin qiymətləndirilməsi, peşə riskləri və ya təhlükələri ilə onların baş vermə mənbəyində mübarizə, məlumatlandırma, məsləhət və təlimlər daxil olmaqla əməyin təhlükəsizliyi və gigiyenası sahəsində milli profilaktik mədəniyyətin inkişaf etdirilməsi kimi təməl prinsipləri təşviq edirlər.
Bundan əlavə, üzv olan dövlətlər işəgötürənlərin və işçilərin ən çox təmsil olunduğu təşkilatlar ilə məsləhətləşmələr əsasında əməyin təhlükəsizliyi və gigiyenasına dair milli sistem yaradır, saxlanılmasını təmin edir, tədricən inkişaf etdirir və vaxtaşırı nəzərdən keçirirlər.
Dövlətlər işəgötürənlərin və işçilərin en çox təmsil olunduğu təşkilatlar ilə məsləhətləşmələr əsasında əməyin təhlükəsizliyi və gigiyenasına dair milli proqramı işləyib hazırlamalı, həyata keçirib, monitorinq etməli, qiymətləndirərək, dövri şəkildə nəzərdən keçirməlidirlər.
Qanun layihəsi səsə qoyularaq yekdilliklə qəbul edilib.
1-02-2026, 19:09
Qışda çağlayan "Çeşmə"


Qışda çağlayan "Çeşmə"

Yanvar ayının 31-də "Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı Dədə Ələsgərin adını daşıyan bir yerdə, onun ruhu gəzən məkanda keçirildi. Tədbiri giriş sözü ilə "Çeşmə" Ədəbi Məclisinin sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, tanınmış şair- qəzəlxan Lilpar Cəmşidqızı açdı. O, tədbirdə iştirak edən qonaqları 2026- cı ilin ilk, yanvar görüşündə salamladıqdan sonra, vətənimizin azadlığı uğurunda canından keçən Vətən oğullarının ruhlarını məclis iştirakçıları ilə birlikdə, bir dəqiqəlik sükutla, yad elədi. Sonra qeyd etdi ki, artıq yeni il kimi qarşıladığımız 2026- cı ilin ilk ayı olan yanvar ayının sonuna gəlib çatmışıq.

Ötən illərdə yaşadığımız acılı- şirinli günlərimizin uğurlarla əvəz olunmasını arzulayan Lilpar xanım bir şair kimi təzə il başlayandan bir neçə uğura imza atdığını qeyd elədi. O, Dədə Ələsgərin adını daşıyan bu möhtəşəm otaqda, ən yüksək ali mükafata, "Ələsgər" medalına layiq görüldüyünü tədbir iştirakçılarının nəzərinə çatdırdı. O, vətənini sevən bir azərbaycanlı kimi belə təltifə layiq görüldüyü üçün “Dədə Ələsgər Ocağı” İctimai Birliyiinin sədri Xətai Ələsgərliyə, İctimai Birliyin sədr müavini Rəşid Süleymanova və idarə heyətinin hər bir üzvünə qiyabi şəkildə bir daha təşəkkürünü bildirdi və sözü AYB- nin Xəzər bölməsinin üzvü, tanınmış şair- qəzəlxan Əşrəf Pirşağılıya verdi. Ustad şair tədbir iştirakçılarına uğurlar arzuladı və belə ədəbi məclisin ədəbiyyatımıza uğurlu töhfələr verəcəyindən danışdı və şeirlərindən, qəzəllərindən bir neçəsini səsləndirdi.

Azərbaycan Yazıçılar Birliyininin üzvü, tanınmış bəstəkar, bir "Divan" müəllifi, ustad şair Hüseyn Sözlü məclisə xeyir-duasını verdikdən sonra, belə məclislərin gənc şairlərin inkişafında xüsusi əhəmiyyət daşıyacağından danışdı, şeirlərindən və qəzəllərindən bir neçəsini səsləndirdi.
Sonra söz vətənimizin cənub bölgəsindən gələn ustad şair- qəzəlxan Əhməd Haqsevərə verildi. O da "Çeşmə"nin əhəmiyyətindən danışıb, şeirlərindən və qəzəllərindən bir neçəsini səsləndirdi.

Ziyafət Tovuzlu isə "Çeşmə" Ədəbi Məslisinin gənclərin inkişafında, formalaşmasında çox böyük əhəmiyyət daşıyacağını qeyd edib, məclis rəhbərinə gələcək işlərində uğurlar arzuladı, tədbirə dəvət olunduğu üçün təşəkkürünü bildirdi və axırda şeirlərindən bir neçəsini səsləndirdi.

Məclisdə ilk dəfə iştirak edən istedadlı şair Xəyyam Avşara söz verildikdən sonra ardıcıl olaraq bütün şairlərə, gənc şair Murad Mahir, İldırım Əlişoğlu Qəhrəmanov, Fərman Borçalı, Fərhad Səngərli, Neftçaladan gəlmiş Gülnarə Zeynalovaya meydan verildi. Bu şairlər də öz şeirlərindən, qəzəllərindən çox həvəslə səsləndirdilər. Məclisdə "Xarı Bülbül" jurnalının təsisçisi, yazıçı Camafər Əliyeva da iştirak elədi. Şairlərin səsləndirdiyi şeirlərdən sonra böyük həvəslə başlayan Ədəbi Məclis uğurla başa çatdırıldı. Sonda "Çeşmə" Ədəbi Məclisinin sədri Lilpar Cəmşidqızı məclisin keçirilməsində göstərdiyi qayğı və dəstəyə görə “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanova və “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərliyə öz adından minnətdarlığını ünvanladı və iştirakçılar adından təşəkkürünü bildirdi. Növbəti görüş ümidi ilə məclis iştirakçıları görüş yerindən ayrıldılar.



1-02-2026, 18:10
ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxıldı


ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxıldı

ABŞ-də yaşayan və Buffalo Universitetində çalışan azərbaycanlı alim Şövqi Hüseynovdan yeni xəbər var.
Bir müddət əvvəl İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) Batavia şəhərindəki təcridxanasında saxlanılan alim artıq azad edilib və Buffalo şəhərinə qayıdıb.
Qeyd edək ki, Şövqi Hüseynov yanvarın 7-də avtomobillə hərəkət edərkən səhvən Kanadaya aparan Sülh körpüsünə daxil olub. Daha sonra Buffaloya qayıtsa da, ABŞ sərhəd agentləri Hüseynovun ABŞ-dan deportasiya oluna biləcəyini müəyyən ediblər və onu İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinə təhvil veriblər.





1-02-2026, 17:52
Pakistanda 145 silahlı zərərsizləşdirildi


Pakistanda 145 silahlı zərərsizləşdirildi

Pakistanın təhlükəsizlik qüvvələri son iki gündə Bəlucistan əyalətində 145 silahlını zərərsizləşdiriblər.
Qeyd olunur ki, reydlər son illər ərzində bütün Bəlucistan boyunca terror qruplaşmaları tərəfindən törədilən ən ölümcül zorakılıq aktlarından birindən sonra həyata keçirilir.
Daha əvvəl bildirilmişdi ki, "Bəlucistan Azadlıq Ordusu" separatçı qruplaşması Pakistanın Bəlucistan əyalətində 80-dən çox insanın ölümü ilə nəticələnən silsilə hücumların məsuliyyətini üzərinə götürüb.
1-02-2026, 17:38
Aİ-nin hərbi attaşeləri dərhal İranı tərk etməlidir - İran rəsmisi


Aİ-nin hərbi attaşeləri dərhal İranı tərk etməlidir - İran rəsmisi

Avropa İttifaqı ölkələrinin hərbi attaşeləri İranı ən qısa müddətdə tərk etməlidirlər.
Bunu İran Parlamenti sədrinin rəsmi nümayəndəsi Əlirza Səlimi bildirib.
"Ölkədəki səfirliklərdə yerləşən Avropa hərbi attaşeləri ölkəni mümkün qədər tez tərk etməlidirlər: onlar terrorçudurlar. Terrorçuların ölkədə qalmasına icazə vermək mövcud qanunvericiliyə ziddir", - deyə o bildirib.
Onun sözlərinə görə, İran Xarici İşlər Nazirliyi müvafiq müddəanı bu gün tətbiq etməlidir.
1-02-2026, 17:11
Rusiya doğum evini vurdu


Rusiya doğum evini vurdu

Rusiya ordusu Ukraynanın Zaporojye şəhərində yerləşən doğum evinə zərbə endirib.
Bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov "Telegram" kanalında məlumat yayıb.
Məlumata görə, tibb müəssisəsinə hücum zamanı xəsarət alanların sayı 6 nəfərə çatıb. Yaralılar arasında həkim müayinəsində olan iki qadın da var. Bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.
İ.Fyodorov tibb müəssisəsinin konkret hansı silahla vurulduğunu açıqlamasa da, hücumdan az əvvəl şəhərin "Şahed" tipli pilotsuz uçuş aparatları (PUA) ilə hədəf alındığı bildirilmişdi.
Dəqiqləşdirilmiş məlumata görə, sonuncu hücumda xəsarət alanlar 4 yaşlı uşaq və iki qadındır.
Hazırda şəhərdə hava həyəcanı siqnalı davam edir, sakinlərə sığınacaqlarda qalmaları tövsiyə olunur.
1-02-2026, 16:48
ABŞ növbəti 48 saat ərzində İrana zərbə endirə bilər - Vuçiç


ABŞ növbəti 48 saat ərzində İrana zərbə endirə bilər - Vuçiç

Serbiya Prezidenti Aleksandr Vuçiç növbəti 48 saat ərzində ABŞ-nin İrana zərbə endirəcəyinə inandığını bildirib.
Serbiya lideri bu açıqlamanı "Pink" televiziya kanalında verib.
"Növbəti 48 saat ərzində İrana zərbə endirilməsini və bir neçə digər mühüm hadisəni gözləyirəm. Bu günkü şərait çətindir. Əminəm ki, sülhü qorumaq öhdəliyimiz çox vacibdir", - deyə Aleksandar Vuçiç vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!