İran-Türkiyə sərhədində məhdudiyyət .....                        ABŞ İrana qarşı əməliyyatları dərinləşdirir .....                        Samir Nuriyev nazirləri topladı - Məruzələri dinlədi .....                        Daha bir icra hakimiyyətində ixtisarlar - 36 əməkdaş .....                        Nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edildi .....                        Sumqayıtda silahlı insdent - 64 yaşlı kişi güllələndi .....                        İranı əslində o idarə edir .....                        Bir gecədə dörd evdən oğurluq edən şəxs saxlanıldı .....                        Hakan Fidan Abbas Əraqçıyə etiraz etdi .....                       
1-03-2026, 14:19
Xamenei kim idi - DOSYE


Xamenei kim idi - DOSYE

1979-cu ildə baş verən İran İslam İnqilabı sonrasında formalaşan teokratik siyasi sistemin ikinci ali rəhbəri olan Ayətullah Əli Xamenei 1989-cu ildən etibarən İran İslam Respublikasının ali lideri vəzifəsini icra edirdi. O, inqilabın banisi Ayətullah Ruhullah Xomeyninin vəfatından sonra bu posta seçilmişdi.
İndiki iranlı gənclərin demək olar ki, hamısı yalnız onun rəhbərliyi altında yaşayıb. Bu fakt təkcə siyasi deyil, həm də sosial-mədəni reallıqdır: bütöv bir nəsil Xamenei dövrünün diskursu, təhlükəsizlik siyasəti və ideoloji çərçivəsi ilə formalaşıb.

Hakimiyyət strukturu və səlahiyyətləri

İranın siyasi sistemi formal olaraq prezident, parlament və məhkəmə hakimiyyətindən ibarət olsa da, ali lider institutu bu strukturların üzərində dayanır. Xamenei dövlət siyasətinə veto hüququna malik idi, silahlı qüvvələrin baş komandanı sayılırdı və İslam İnqilabı Keşikçiləri Korpusu daxil olmaqla bütün təhlükəsizlik aparatına nəzarət edirdi.
O, həmçinin məhkəmə rəhbərliyinin, dövlət mediasının və mühüm strateji qurumların rəhbərlərini təyin etmək səlahiyyətinə sahib idi. Bu çərçivədə onun hakimiyyəti faktiki olaraq qeyri-məhdud xarakter daşıyırdı.

Uşaqlıq və dini formalaşma

Əli Xamenei 1939-cu ildə İranın ikinci böyük şəhəri olan Məşhəddə anadan olub. Səkkiz uşaqlı ailənin ikinci övladı idi. Atası orta səviyyəli şiə ruhanisi olub.
O, kiçik yaşlarından “Quran” təhsili alıb və 11 yaşında dini təhsil yoluna qədəm qoyub. Lakin onun formalaşması yalnız dini müstəvidə olmayıb. Dövrün bir çox ruhaniləri kimi, o da dini kimliklə siyasi mövqeni birləşdirən xətt üzrə hərəkət edib.

Şaha qarşı mübarizə və həbs illəri

Xamenei İran şahına qarşı müxalifət hərəkatında fəal iştirak edib. Cəlbedici natiq kimi tanınıb və dini çıxışları siyasi çağırışlarla birləşdirib.
Şahın gizli polisi tərəfindən altı dəfə həbs edilib, işgəncələrə məruz qalıb və sürgünə göndərilib. Bu dövr onun siyasi kimliyinin möhkəmlənməsində mühüm rol oynayıb.

İnqilabdan sonra yüksəliş

1979-cu il inqilabından sonra Xamenei sürətlə siyasi elitanın ön sıralarına yüksəldi. 1980-ci ildə Xomeyni tərəfindən Tehranda cümə xütbələri oxumaq tapşırıldı. 1981-ci ildə İran prezidenti seçildi.
1980-ci illərdə sui-qəsd cəhdindən sonra sağ qolunu itirdi. 1989-cu ildə Xomeyninin vəfatından sonra Ekspertlər Şurası tərəfindən ali lider təyin edildi və bu postu 2026-cı ilə qədər icra etdi.
Tehranda sadə iqamətgahda yaşadığı, xaricə az səfər etdiyi bildirilirdi. Gəncliyində siqaret çəkməsi kimi şəxsi detalları da mediada yer alıb.

Ailəsi və övladları

Xamenei həyat yoldaşı Mensure Hocasete Bakırzadə ilə ailə qurub. Dörd oğul, iki qız atası idi. Ailə ümumilikdə mediadan uzaq həyat sürüb.

Müctəba Xamenei

Oğullarının ən tanınmışı Müctəbadır. İran elitasının təhsil aldığı Ələvi liseyində oxuyub. 30 yaşında Qumdakı mədrəsədə dini təhsilə başlayıb.
2000-ci illərdən etibarən onun siyasi təsiri ilə bağlı iddialar artıb. 2004-cü il prezident seçkilərindən sonra adı tez-tez hallanıb. Mehdi Kərrubi onu açıq məktubunda Mahmud Əhmədinejadın xeyrinə müdaxilədə ittiham etmişdi.
Bəzi təhlillərə görə, Müctəba potensial varis kimi nəzərdən keçirilirdi. Rəsmi dairələr bunu təkzib etsə də, onun ali lider ofisində ciddi nüfuza malik olduğu bildirilirdi.

Digər oğulları

Mustafa Xamenei İran-İraq müharibəsində ön cəbhədə xidmət edib.
Məsud Xamenei daha çox atasının əsərlərinin arxivləşdirilməsi və nəşri ilə məşğul olub. O, Xameneinin tərcümeyi-halının və xatirələrinin hazırlanmasına cavabdeh idi.
Meysem Xamenei də dini fəaliyyətlə məşğul olub və ailənin nəşr işlərində iştirak edib.

Qızları

Buşra və Hoda haqqında ictimai məlumat azdır. Hər ikisi inqilabdan sonra doğulub və akademik-dini çevrələrlə ailə bağları qurublar.

Ölümü

28 fevral 2026-cı ildə ABŞ və İsrailin İrana hərbi müdaxiləsi nəticəsində Əli Xamenei öldürülüb. Bu məlumat İran Dövlət Televiziyası tərəfindən təsdiqlənib.
Onun ölümü İranın siyasi sistemində ciddi dönüş nöqtəsi hesab olunur. Çünki ali lider institutu təkcə siyasi deyil, həm də ideoloji mərkəzdir. Bu postun gələcək sahibi ölkənin daxili sabitliyi, regional siyasəti və beynəlxalq münasibətləri üçün həlledici olacaq.
1-03-2026, 14:02
İran Hörmüz boğazını açdı


İran Hörmüz boğazını açdı

İran hökuməti strateji əhəmiyyətli Hörmüz boğazından gəmilərin tranzitini icazə verəcək.
Bu barədə İran Ali Məsləhət Orqanın katibi bildirib.
Qeyd edilib ki, ABŞ hərbi gəmiləri isə hələ də İranın hücumları üçün qanuni hədəflər olaraq qalır.
1-03-2026, 13:53
Bu ölkələrin vətəndaşları Azərbaycana təxliyə olundular


Bu ölkələrin vətəndaşları Azərbaycana təxliyə olundular

İrandan 3 nəfər Banqladeş, 3 nəfər Qətər və 1 nəfər Pakistan vətəndaşı həmin ölkədəki vəziyyətlə əlaqədar "Astara" sərhəd-keçid məntəqəsindən Azərbaycana təxliyə olunub.
Azərbaycan tərəfi həmin şəxslərə keçid üçün zəruri şərait yaradıb.
İordaniya Krallığının diplomatik nümayəndəliyinin 4 nəfər üzvünün təxliyəsi həyata keçirilir.
Qeyd edək ki, daha əvvəl Tacikistan, İtaliya vətəndaşları, Səudiyyə Ərəbistanının diplomatları Azərbaycana təxliyə edilib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.
1-03-2026, 13:42
Xameneinin ölümünə görə qisas alacağıq - Pezeşkian


Xameneinin ölümünə görə qisas alacağıq - Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian Ali Lider Əli Xameneinin ölümünə görə qisas alacaqlarını bildirib.
Bu barədə İran mediası məlumat yayıb.
İran Prezidenti bildirib ki, Əli Xameneinin öldürülməsinə görə qisas almaq və cinayətin təşkilatçılarını cəzalandırmaq həm ölkənin borcu, həm də qanuni haqqıdır.
1-03-2026, 13:38
Bu gün ABŞ və İsrailə güclü zərbə endirəcəyik - Laricani


Bu gün ABŞ və İsrailə güclü zərbə endirəcəyik - Laricani

İran martın 1-də ABŞ və İsrailin mövqelərinə hava hücumu təşkil edəcək.
Bu barədə İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani "X"dəki hesabında yazıb.
O, İranın fevralın 28-də reallaşdırdığı hücumunu da xatırladıb. "Dünən İran ABŞ və İsrailə raketlər atdı və onlara ziyan vurdu. Bu gün biz onlara əvvəllər heç üzləşmədikləri güclə zərbə endirəcəyik", - o qeyd edib.
1-03-2026, 13:28
Xameneinin cəsədinin FOTOSU


Xameneinin cəsədinin FOTOSU

İranın Ali Rəhbəri Əli Xameneinin meyitinin fotosu yayılıb.
Onun cəsədi dağıntılar altından çıxarılıb.

1-03-2026, 13:17
Xameninin dörd ailə üzvü də öldürülüb


Xameninin dörd ailə üzvü də öldürülüb

ABŞ-İsrail hava zərbələri əməliyyatında öldürülən İranın ali lideri Əli Xameneinin ailə üzvlərindən də həlak olanlar var.
Bu barədə İranın “Fars” xəbər agentliyinin məlumatında bildirilib.
Ayətullahın ölümü ilə əlaqədar qırx günlük milli matəm və yeddi günlük qeydi-iş günü elan edilib.
Xameneinin 86 yaşı var idi.
İrana hücumda Xameninin ailəsinin dörd üzvü - qızı, kürəkəni, nəvəsi və gəlinlərindən biri də öldürülüb.
Ayətullah Əli Xameneinin ölümündən sonra İranın müxtəlif şəhərlərində mitinqlər və etirazlar keçirilir.
1 mart 2026-cı il, bazar günü səhər tezdən Xameneinin ölüm xəbəri təsdiqləndikdən sonra Tehran küçələrinə matəm izdihamı axışıb və Tehran Universitetinin yaxınlığında toplaşıb.
İzdiham "Amerikaya ölüm!" şüarları səsləndirib.
Etirazlar həmçinin Ərdəbil, Əhvaz və Bəndər-e-Genavada da keçirilir.
1-03-2026, 13:11
İranlılar ABŞ-nin İraqdakı səfirliyinə hücum etdi


İranlılar ABŞ-nin İraqdakı səfirliyinə hücum etdi

Hazırda İraqda olan İran vətəndaşları ABŞ-nin Bağdaddakı səfirliyinə hücum ediblər.
Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Bildirilib ki, İran vətəndaşları Ali rəhbər Əli Xameneinin öldürülməsindən sonra Bağdad şəhərinin yaşıl zonasına da hücum ediblər.
1-03-2026, 13:00
SEPAH-ın yeni komandiri - Yəhudilərə dağ çəkmiş Vahidi kimdir?


SEPAH-ın yeni komandiri - Yəhudilərə dağ çəkmiş Vahidi kimdir?

Keçmiş müdafiə və sabiq daxili işlər naziri Əhməd Vahidi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yeni komandiri təyin edilib.
Təyinat SEPAH rəisi Məhəmməd Pakpur da daxil olmaqla bir neçə yüksək rütbəli İran hərbi komandirinin öldürülməsindən sonra baş tutub. Xatırladaq ki, Məhəmməd Pakpur fevralın 28-də öldürülüb.
General-mayor Əhməd Vahidi 27 iyun 1958-ci ildə İranın Şiraz şəhərində anadan olub.
Əsl ad və soyadı Əhməd Şah Çeraqidir.
Elektronika üzrə bakalavr və sənaye mühəndisliyi üzrə magistr dərəcəsinə malikdir. İmam Sadiq Universitetindən strateji tədqiqatlar üzrə doktorluq dərəcəsi alıb.
O, israillilərə və amerikalılara qarşı hücumlar təşkil edən Qüds Qüvvələrinin keçmiş komandiridir. Bu istiqamətdə ən ölümcül hücum 1994-cü ildə Buenos-Ayresdəki Yəhudi Mədəniyyət Mərkəzində baş verib. Bu hücum Holokostdan bəri yəhudilərin ən böyük kütləvi qətliamı olub. Argentina kəşfiyyat orqanları və Mossad tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, əməliyyatın arxasında İran dayanır və hücumun təşkilatçısı Əhməd Vahidi olub. Nəticədə, İnterpol Vahidini 2007-ci ildə axtarış siyahısına salıb.
14 noyabr 2022-ci ildə o, "İranda insan haqlarının ciddi şəkildə pozulmasına görə" bütün Avropa Birliyi ölkələrinin sanksiya siyahısına əlavə edilib.
1-03-2026, 12:54
İsraildən Tehrana şiddətli hava zərbələri - SON DƏQİQƏ


İsraildən Tehrana şiddətli hava zərbələri - SON DƏQİQƏ

İsrail Hərbi Hava Qüvvələri Tehrana genişmiqyaslı hava zərbələri endirir.
Qeyd edilib ki, İsrail Hərbi Hava Qüvvələri Tehranın mərkəzində rejiminin hədəflərinə qarşı genişmiqyaslı hava zərbələri endirir.
Bildirilib ki, son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri bir sıra zərbələr endirib, məqsəd “hava üstünlüyünü təmin etmək və Tehrana yol açmaq”dır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!