Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var .....                        Paşinyana kilsədə hücum oldu, saxlanılanlar var .....                        İran İsrailin kimya zavodunu vurdu .....                        "Qarabağ" xanım azarkeşləri üçün girişi pulsuz etdi .....                        CNN: İranla bağlı dördtərəfli danışıqlar başlayıb .....                        Tudor klubdan ayrıldı .....                        Rusiyanın Baltik dənizindəki neft terminalına zərbə .....                        3 nəfərin ölümünə səbəb olan klinika rəhbəri - Həbsdə qaldı .....                        Bu ərazidə 3 gündür istilik yoxdur .....                       
24-03-2026, 16:51
Qəzada ölən sürücü qazi imiş


Qəzada ölən sürücü qazi imiş

Ötən gün Ağcabədidə baş verən ağır yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.
Qəzada həlak olan qəsəbə sakini 1987-ci il təvəllüdlü Ələsgərov Şaiq Tofiq oğlu qazi olub.
Qeyd edək ki, onun idarə etdiyi “Mercedes” markalı avtomobil ilə 1996-cı il təvəllüdlü Bayram İsmayılovun sürdüyü “Hyundai” markalı nəqliyyat vasitəsi toqquşub.
Hadisə nəticəsində “Mercedes”in sürücüsü, qazi Ələsgərov Şaiq Tofiq oğlu aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Digər sürücü B.İsmayılov isə müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb. Hazırda onun müalicəsi Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
24-03-2026, 16:35
Kobaxidze Gürcüstan azərbaycanlılarına təşəkkür etdi


Kobaxidze Gürcüstan azərbaycanlılarına təşəkkür etdi

"Bu qardaşlıq dəstəyini heç vaxt unutmayacağıq".
Bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkə müsəlmanlarına, o cümlədən azərbaycanlılara müraciətində deyib.
Baş nazir müsəlman icmasını Ramazan və Novruz bayramları münasibətilə təbrik edib, xüsusilə də Katolikos-Patriarx II İlyanın xatirəsinə həsr olunmuş milli matəm dövründə onların bayramı qeyd etməmək barədə qərarını yüksək qiymətləndirib.
"Bu günlərdə səmimi başsağlığına və bayram tədbirlərinin ləğvinə görə xüsusi minnətdarlığımı bildirirəm. Əsrlər boyu əcdadlarımız Gürcüstanın tarixini yan-yana yaşayıb-yaradıb və biz birlikdə Gürcüstanın gələcəyini qururuq", - deyə Kobaxidze qeyd etdi.
24-03-2026, 16:10
Xamenei ABŞ ilə danışıqlara razılıq verib


Xamenei ABŞ ilə danışıqlara razılıq verib

İranın xarici işlər naziri Abbas Araqçı ABŞ prezidenti xüsusi nümayəndəsi Stiv Uitkoffla telefon danışığında ölkənin Ali Rəhbəri Müctəba Xameneinin Vaşinqtonla danışıqlara razılıq verdiyini bildirib.
Bu barədə İsrailin “Ynet” nəşri yüksək vəzifəli iranlı rəsmiyə istinadən məlumat yayıb.
Məlumata görə, tərəflər arasında telefon danışığı martın 19-da baş tutub. Bildirilir ki, İran tərəfi ABŞ-a ölkədə qərarların hansı səviyyədə qəbul olunduğunu göstərmək və Araqçının hakimiyyəti təmsil etdiyini vurğulamaq istəyib.
Nəşr yazır ki, danışıqların şərtləri əvvəlki müzakirələrlə eynidir. Belə ki, İran zənginləşdirilmiş uranın ölkədən çıxarılmasını müzakirə etməyə hazırdır, lakin nüvə proqramından və ballistik raketlərdən imtina etməyi planlaşdırmır.
Həmçinin qeyd olunur ki, İran tərəfi müharibənin tezliklə başa çatmasına razıdır, lakin bu, Tehranın irəli sürdüyü şərtlər daxilində mümkün hesab olunur.
ABŞ prezidenti Donald Tramp isə martın 23-də Vaşinqton və Tehran arasında danışıqların getdiyini açıqlayıb və onları çox yaxşı və məhsuldar adlandırıb. Məlumata görə, Tramp bu səbəbdən Pentaqona İranın enerji infrastrukturuna planlaşdırılan zərbələri 5 gün təxirə salmağı tapşırıb.
Bununla belə, rəsmi Tehran ABŞ-la hər hansı birbaşa danışıqlar apardığını təkzib edir. “Axios” nəşrinin yazdığına görə isə tərəflər arasında mümkün danışıqlarda Türkiyə, Misir və Pakistan vasitəçi rolunu oynayıb. Bu ölkələrin xarici işlər nazirləri iki gün ərzində həm ABŞ, həm də İran tərəfi ilə ayrı-ayrılıqda görüşlər keçiriblər.
24-03-2026, 15:51
Kartof alan ölkədən kartof satan ölkəyə çevrilmişik


Kartof alan ölkədən kartof satan ölkəyə çevrilmişik

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 189 min ABŞ dolları dəyərində 529 ton kartof ixrac edib.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 136 minABŞ dolları (3,5 dəfə) , həcm baxımından isə 351 ton ( 3 dəfə) çoxdur.
Hesabat dövründə kartof ixracından əldə edilən gəlir Azərbaycanın ixrac gəlirlərində cüzi paya malik olub.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,1 % azalıb, idxal isə 37,2 % azalıb.
24-03-2026, 15:46
Ölkədə bəzi avtomobillər kəskin bahalaşıb


Ölkədə bəzi avtomobillər kəskin bahalaşıb

İşlənmiş hibrid avtomobillərin qiymətində kəskin artım müşahidə olunur.
Bu barədə «Xəzər TV» hazırladığı reportajda bildirilib.
Qeyd edilib ki, avtomobil elanları saytlarında əvvəllər 7-8 min manat arası təklif olunan Yaponiya istehsalı köhnə avtomobillər indi 12 mindən baha təklif edilir.
Avtomobil Dillerləri Assosasiyasının sədri Eyyub Əliyev deyir ki, sözügedən avtomobillərdə müşahidə olunan qiymət artımına səbəb yeni ekoloji təmiz avtomobillərə tətbiq olunan bir sıra güzəştlərin ləğv ounmasıdır.
Eyyub Əliyev hesab edir ki, ötən il bu avtomobillərin qiymətindəki ani enmə nəzərə alınsa, indiki vəziyyəti qiymət artımı yox, qiymətin yerinə qayıtması kimi də şərh etmək olar.
Ekspert vurğulayıb ki, hazırda bu avtomobillərin qiymətində ciddi artım var.
Eyyub Əliyevin sözlərinə görə, bu avtomobillərə olan tələb yenidən taksi fəaliyyəti üçün yox, kuryer xidməti və ya özəl şirkətlərin istifadəsi məqsədilə artıb.

24-03-2026, 15:45
Azərbaycan 144 milyonluq meyvə-tərəvəz satıb


Azərbaycan 144 milyonluq meyvə-tərəvəz satıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 144 milyon 390 min ABŞ dolları dəyərində 105 min 290 ton meyvə və tərəvəz ixrac edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 35 milyon 391 min ABŞ dolları (32,4 %), həcm baxımından isə 4 min 891 ton (4,8 %) çoxdur.
Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında meyvə-tərəvəzin payı 24,8 % təşkil edir.
Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,1 % azalıb, idxal isə 37,2 % azalıb.
24-03-2026, 15:34
Laricaninin yerinə o təyin olundu


Laricaninin yerinə o təyin olundu

Məhəmməd Bağır Zülqədr İran Təhlükəsizlik Şurasının yeni katibi təyin edilib.
İran Prezidentin kommunikasiya idarəsinin rəhbəri Məhəmməd Mehdi Təbatəbainin sözlərinə görə, qərar İslam İnqilabının Ali Lideri Müctəba Xameneinin təsdiqindən sonra verilib.
İran prezidentinin fərmanı ilə Məhəmməd Bağer Zülqədr İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin edilib.
O bu postda İsrailin hava zərbəsi zamanı öldürülən Əli Laricanini əvəz edəcək.
24-03-2026, 15:23
Qədim Azərbaycan şəhərində 4 ballıq zəlzələ olub


Qədim Azərbaycan şəhərində 4 ballıq zəlzələ olub

Ermənistanda maqnitudası 2,7 bal olan zəlzələ baş verib. Zəlzələnin episentri Martuni şəhərindən 8 km cənub-şərqdə olub.
Zəlzələ ətraf ərazilərdə 3-4 bal gücündə hiss olunub.
Xatırladaq ki, Martuni şəhəri 1926-cı ilə qədər Aşağı Qaranlıq adlanıb və əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edib.
24-03-2026, 15:03
Buzovnada qaya daşlarını zədələyən şəxsə cinayət işi açılıb


Buzovnada qaya daşlarını zədələyən şəxsə cinayət işi açılıb

Xəzər rayonunun Buzovna qəsəbəsində qaya daşlarını zədələyən şəxs saxlanılıb, cinayət işi başlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, polis əməkdaşları tərəfindən martın 23-də qeyd olunan ərazidə qanunsuz işlərin aparılması müəyyən olunaraq dayandırılıb. Araşdırmalarla sözügedən işlərin 1978-ci il təvəllüdlü Ələsgər Cəfərov tərəfindən təşkil olunduğu, qaya daşlarının yerindən çıxarılmasının isə 1985-ci il təvəllüdlü Təbriz Orucov tərəfindən idarə olunan texnika vasitəsilə həyata keçirildiyi müəyyən edilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəndə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Ə.Cəfərov məsuliyyətə cəlb olunub.
Araşdırmalar davam etdirilir.
24-03-2026, 14:58
“Parni iz Baku”nun daha bir üzvü vəfat etdi


“Parni iz Baku”nun daha bir üzvü vəfat etdi

“Parni iz Baku” KVN komandasının qurucularından biri və baş müəllifi, canlı əfsanə sayılan Elnur Məmmədov dünyasını dəyişib.
Bu barədə “Bu şəhərdə” komandasının rəhbəri Müşfiq Abbasov məlumat verib.
O bildirib ki, E.Məmmədov sabah Hövsan qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Elnur Məmmədov 1988-2001-ci illərdə fəaliyyət göstərən və böyük uğurlara imza atan “Parni iz Baku” KVN komandasının qurucularından biri olub. Həmin illərdə komandanın səhnələrinin ssenarisini də özü yazıb və bir çox KVN-çilərin yetişməsində müstəsna rol oynayıb.
1990-cı illərdə böyük media şəbəkəsinə də rəhbərlik edib və geniş ictimai əlaqələrə və imkanlara malik olub.
Karyerasının pik nöqtəsində içkiyə qurşanıb və getdikcə hər şeyini itirib. Ötən il 60 yaşı tamam olan E.Məmmədov illərdir bomj həyatı yaşayırdı və bir çox xəstəlikdən əziyyət çəkirdi. Sadiq dostlarının təkidlərinə baxmayaraq, müalicə olunmaqdan imtina etmişdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!