Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var .....                        Paşinyana kilsədə hücum oldu, saxlanılanlar var .....                        İran İsrailin kimya zavodunu vurdu .....                        "Qarabağ" xanım azarkeşləri üçün girişi pulsuz etdi .....                        CNN: İranla bağlı dördtərəfli danışıqlar başlayıb .....                        Tudor klubdan ayrıldı .....                        Rusiyanın Baltik dənizindəki neft terminalına zərbə .....                        3 nəfərin ölümünə səbəb olan klinika rəhbəri - Həbsdə qaldı .....                        Bu ərazidə 3 gündür istilik yoxdur .....                       
9-03-2026, 16:09
Paşinyan İranın yeni Ali Liderinə məktub yazdı


Paşinyan İranın yeni Ali Liderinə məktub yazdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Müctəba Xameneini İran İslam Respublikasının Ali Rəhbəri seçilməsi münasibətilə təbrik edib.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Təbrik məktubunda deyilir:
“Sizi İslam İnqilabının Ali Rəhbəri seçilməyiniz münasibətilə təbrik edirəm.
Əminəm ki, Ermənistan və İran arasındakı möhkəm əlaqələr inkişaf etməyə davam edəcək və yeni uğurlar qazanacaq.
Bu fürsətdən istifadə edərək, dost İran xalqına firavanlıq və davamlı sülh arzulayıram”.
9-03-2026, 16:04
İran yenə Türkiyəyə raket atdı


İran yenə Türkiyəyə raket atdı

İran növbəti dəfə Türkiyəyə ballistik raket atıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İrandan atılan ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.
Qeyd edilib ki, təhlükə havada zərərsizləşdirildikdən sonra Qaziantepdə boş ərazilərə raket qəlpələri düşüb. Xoşbəxtlikdən hadisə nəticəsində ölən və yaralanan olmayıb.
"Türkiyə mehriban qonşuluq münasibətlərinə və regional sabitliyə böyük əhəmiyyət verir. Bununla belə, bir daha vurğulayırıq ki, ölkəmizin ərazisinə və hava məkanına yönəlmiş hər hansı bir təhdidə qarşı bütün lazımi addımlar qətiyyətlə və tərəddüd etmədən atılacaq. Türkiyənin bu mövzuda xəbərdarlıqlarına əməl edilməsi vacibdir",-Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən bildirilib.
Qeyd edək ki, İran bundan əvvəl - martın 4-də də Türkiyəyə ballistik raket atmışdı. Türkiyə hava məkanına yönələn həmin raket də NATO qüvvələri tərəfindən vurulmuşdu.
9-03-2026, 15:24
Gəncədə iki maşın toqquşdu: Xəsarət alanlar var


Gəncədə iki maşın toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Qəza şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Hyundai "ilə "VAZ 21010" markalı minik maşınları toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
9-03-2026, 15:07
Adanadakı ABŞ konsulluğundan təxliyə başladı


Adanadakı ABŞ konsulluğundan təxliyə başladı

ABŞ Türkiyənin Adana şəhərindəki konsulluq işçilərinin bir hissəsini təxliyə edir.
Bu barədə Dövlət Departamenti məlumat yayıb.
"Adanadakı (Cənubi Türkiyə) ABŞ konsulluğunun əsas olmayan işçilərinin və konsulluğun əməkdaşlarının ailə üzvləri təxliyə ediləcək".
Səbəb olaraq İranla artan münaqişə fonunda təhlükəsizlik riskləri göstərilir. Dövlət Departamenti Türkiyə üçün səyahət tövsiyəsini 2 səviyyəsində saxlayır ("artan ehtiyat").
Xatırladaq ki, Adana şəhəri Suriya ilə sərhəd yaxınlığında yerləşir və regionda mühüm logistika mərkəzidir.
9-03-2026, 14:47
Ceyhun Bayramov almaniyalı həmkarı ilə Yaxın Şərqi müzakirə etdi


Ceyhun Bayramov almaniyalı həmkarı ilə Yaxın Şərqi müzakirə etdi

Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadeful Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tərəflər regionda mövcud təhlükəsizlik vəziyyətini və Yaxın Şərqdə artan gərginliyin regional və qlobal təhlükəsizliyə təsirlərini müzakirə ediblər.
Almaniya naziri İranın ölkəmizə qarşı həyata keçirdiyi dron hücumlarından narahatlığını ifadə edib, hücumları qətiyyətlə pisləyib, ölkəmizlə həmrəy olduğunu bildirib.
Almaniya naziri ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi istiqamətində göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib.
Telefon danışığı zamanı həmçinin Azərbaycan–Almaniya ikitərəfli münasibətlərinin inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
9-03-2026, 14:41
Doqquz nəfər imtahandan çıxarıldı


Doqquz nəfər imtahandan çıxarıldı

Bu gün Dövlət İmtahan Mərkəzinin 11 illik orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanında 9 nəfər mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.
Qeyd olunan hallar protokollaşdırılıb və araşdırma aparılır.
Martın 10-dan etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 7 həftə ərzində elan olunması nəzərdə tutulur.
9-03-2026, 14:20
Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırdı


Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırdı

Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilib.
Bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan “Facebook”da bildirib.
Baş nazir Nikol Paşinyanın sədrliyi ilə keçirilən iclasda parlamentin sədri Alen Simonyan və digər rəsmi şəxslər iştirak ediblər.
Təhlükəsizlik Şurasının iclasında bölgədəki vəziyyət müzakirə edilib.
9-03-2026, 14:12
Putin Müctəba Xameneini təbrik etdi


Putin Müctəba Xameneini təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin İranın Ali Lideri seçilməsi münasibətilə Müctəba Xameneini təbrik edib.
Bu barədə Kremlin saytında bildirilib.
Putinin təbrikində deyilir: "İran İslam Respublikasının Ali Lideri Zati-aliləri Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə... İran İslam Respublikasının Ali Lideri seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin".
9-03-2026, 13:54
ABŞ rəsmilərinin İsrailə səfəri ləğv edildi


ABŞ rəsmilərinin İsrailə səfəri ləğv edildi

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin İsrailə sabah nəzərdə tutulan səfəri ləğv edilib.
Bu barədə “The Jerusalem Post”a məlumatlı mənbələr bildirib.
Qeyd edək ki, Uitkoffla Kuşnerin İsrailə səfəri zamanı Netanyahu ilə görüşü planlaşdırılırdı.
9-03-2026, 13:48
ABŞ diplomatlarını Səudiyyə Ərəbistanından çıxarır


ABŞ diplomatlarını Səudiyyə Ərəbistanından çıxarır

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanında fəaliyyət göstərən bəzi diplomatlara və digər dövlət işçilərinə bu ölkəni tərk etməklə bağlı tapşırıq verib.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
"Dövlət Departamenti fövqəladə vəzifələrə aid olmayan tapşırıqları yerinə yetirən ABŞ dövlət qulluqçularına, həmçinin onların ailə üzvlərinə təhlükəsizlik təhdidi səbəbi ilə Səudiyyə Ərəbistanını tərk etməyi tapşırıb", - deyə məlumatda bildirilib.
ABŞ hakimiyyəti daha əvvəl vətəndaşlarına İranın raket və PUA hücumları təhlükəsi səbəbindən Səudiyyə Ərəbistanına səfər planlarını yenidən nəzərdən keçirməyi tövsiyə etmişdi.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!