Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
1-04-2026, 12:30
Türkiyədə bədbəxt hadisə: 19 nəfər ölüb


Türkiyədə bədbəxt hadisə: 19 nəfər ölüb

Türkiyənin Muğla vilayətinin Bodrum sahillərində qanunsuz miqrantları daşıyan rezin qayıq batıb.
NTV-nin məlumatına görə, hadisə nəticəsində 19 qanunsuz miqrant ölüb. Hadisənin səbəbi hələlik məlum deyil.
Daxil olan məlumatdan sonra əraziyə sahil mühafizə qrupları göndərilib. Onlar əvvəlcə 11 qanunsuz miqrantın cəsədini aşkar ediblər.
Xilasetmə işləri davam etdikcə ölənlərin sayı 19-a çatıb. Həmçinin 20 nəfər xilas edilib.
Qurbanlardan birinin körpə olduğu bildirilir.
1-04-2026, 11:57
Trampın elçisindən mesajlar alıram - İranın XİN başçısı


Trampın elçisindən mesajlar alıram - İranın XİN başçısı

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ ilə mövcud müzakirələr danışıqlar deyil, birbaşa və ya regiondakı dost vasitəçilər vasitəsilə mesaj mübadiləsi ilə məhdudlaşır.
“Əl-Cəzirə”yə müsahibəsində Əraqçi ABŞ prezidentinin xüsusi elçisi Stiv Uittkoffdan birbaşa mesajlar aldığını etiraf etsə də, bunun rəsmi danışıqlar demək olmadığını vurğulayıb.
O, ABŞ mesajlarının Xarici İşlər Nazirliyi vasitəsilə çatdırıldığını və təhlükəsizlik qurumları arasında davamlı əlaqələrin olduğunu qeyd edib. Əraqçi ABŞ-ın İran daxilində heç bir konkret qurumla danışıqların aparmadığını və mesaj mübadiləsinin hökumət çərçivəsində - Ali Milli Təhlükəsizlik Şurasının nəzarəti altında baş verdiyini iddia edib.
O bu mesajların xəbərdarlıqlar və ya ortaq perspektivlər ehtiva etdiyini və müəyyən kanallar vasitəsilə çatdırıldığını bildirib.
Amerikanın şərtlərinə İranın reaksiyası ilə bağlı Əraqçi bildirib ki, rəsmi Tehran 15 təklifə heç bir cavab göndərməyib və indiyə qədər öz təklifi və ya şərtini də təqdim etməyib.
O, ölkəsinin müharibəyə son qoymaq üçün şərtlərdən danışaraq, atəşkəsi qəbul etməyəcəklərini, əksinə təkcə İranda deyil, bütün regionda hərbi əməliyyatların tamamilə dayandırılmasını istədiklərini vurğulayıb.
Əraqçi İranın şərtlərinin hücumların təkrarlanmayacağına və itkilərə görə kompensasiyanın təmin edilməsinə zəmanət olduğunu təsdiqləyib. O, danışıqlarla bağlı hələlik heç bir qərar verilmədiyini və İran xalqının təhdid edilə bilməyəcəyini, Amerika prezidentinin onlara hörmətlə yanaşmalı olduğunu vurğulayıb.
Dəniz gəmiçiliyinə gəldikdə isə Əraqçi Hörmüz boğazının yalnız İrana qarşı müharibə aparanlar üçün bağlı olduğunu təsdiqləyib. O, dost ölkələrin gəmilərinin boğazdan təhlükəsiz keçməsini təmin etmək üçün bütün lazımi tədbirləri gördüyünü qeyd edib.
1-04-2026, 11:35
Təyyarə qəzasında ölənlərin sayı 30-a çatdı


Təyyarə qəzasında ölənlərin sayı 30-a çatdı

Rusiyanın ilhaq etdiyi Krımda An-26 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
Rusiya İstintaq Komitəsinin açıqlamasına görə, martın 31-də baş verən hadisə zamanı təyyarənin göyərtəsində 30 nəfər – 27 sərnişin və 3 ekipaj üzvü olub.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi təyyarədə 29 nəfərin olduğunu bildirmişdi.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 351-ci maddəsi (uçuş qaydalarının pozulması) üzrə cinayət işi başlanıb.
Məlumata görə, təyyarə qayaya çırpılıb.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, təyyarəyə kənardan hər hansı zərbə təsiri olmayıb.
1-04-2026, 11:23
Hörmüzə görə İranla müharibəyə hazırlaşır


Hörmüzə görə İranla müharibəyə hazırlaşır

Birləşmiş Ərəb Əmirlikləri Hörmüz boğazında gəmiçiliyin bərpası üçün İrana qarşı hərbi variantı nəzərdən keçirir.
Bu barədə "The Wall Street Journal" nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, BƏƏ ABŞ və digər müttəfiqlərlə birlikdə mümkün hərbi əməliyyata dəstək verməyə hazırdır. Bu çərçivədə ölkə, o cümlədən, ərazinin minalardan təmizlənməsi istiqamətində kömək göstərə bilər.
Nəşr yazır ki, Körfəz ölkələri BMT Təhlükəsizlik Şurasının Hörmüz boğazının açılması üçün güc tətbiqinə icazə verən qətnamə qəbul etməsində israrlıdır.
BƏƏ Xarici İşlər Nazirliyi isə bu cür planların mövcudluğunu təkzib etməyib. Bildirilib ki, Hörmüz boğazında gəmiçilik azadlığının qorunmasının vacibliyi ilə bağlı “geniş qlobal konsensus” mövcuddur.
Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı müharibəsindən əvvəl dünya üzrə dəniz yolu ilə ixrac olunan neftin təxminən beşdə biri Hörmüz boğazından daşınırdı. Boğazın bağlanması isə enerji daşıyıcılarının dünya bazarında qiymətlərinin kəskin artmasına səbəb olub.

1-04-2026, 00:22
Türkiyə 24 ildən sonra dünya çempionatında oynayacaq


Türkiyə 24 ildən sonra dünya çempionatında oynayacaq

Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində final oyunları keçirilib.
Türkiyə millisi həlledici görüşdə Kosovonun qonağı olub. Matç “ay-ulduzlular”ın minimal hesablı qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 53-cü dəqiqədə Kərəm Aktürkoğlu vurub. DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanan komanda D qrupunda ABŞ, Avstraliya və Paraqvayla mübarizə aparacaq.
Digər matçda isə İsveç Polşanı 3:2 hesabı ilə üstələyərək finalda iştirak hüququ əldə edib.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək.
1-04-2026, 00:20
Ağdamda 22 yaşlı şəxs dayısı qızını üzündən bıçaqladı


Ağdamda 22 yaşlı şəxs dayısı qızını üzündən bıçaqladı

Ağdam rayonunda dayısı oğlu tərəfindən bıçaqlanan qız paytaxta göndərilib.
Rayon sakini Leyla Cəfərova müxtəlif dərəcəli bıçaq xəsarətləri alıb. Yaralı üz nahiyəsinin və sol əlinin kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya çatdırılıb. Tibb müəssisəsində zərərçəkənə ilkin tibbi yardım göstərilib və yaralarına tikiş qoyulub. Lakin həkimlərin qərarına əsasən, vəziyyətinin daha ciddi müayinə və müalicə tələb etməsi səbəbindən L.Cəfərova paytaxtdakı ixtisaslaşmış travmatologiya xəstəxanasına yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Ş.Bayramov saxlanılıb.
Hadisənin hansı zəmində baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
1-04-2026, 00:07
Azərbaycanda elektron siqaretlər qadağan olunub


Azərbaycanda elektron siqaretlər qadağan olunub

Azərbaycanda aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, istifadəsi qadağan edilib.
Bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi "Tütün və tütün məmulatı haqqında" qanuna dəyişiklikdə qeyd olunub.
Belə ki, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilib.
Elektron siqaret qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsuldur. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər. Qızdırılan tütün məmulatı isə elektron siqaret hesab edilməyəcək.
Qızdırılan tütün məmulatı tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulatdır.
Prezident İlham Əliyevin İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləməsi ilə qadağanı pozan fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1650 manatdan 2 200 manatadək, hüquqi şəxslər 4 000 manatdan 5 000 manatadək məbləğdə cərimə ediləcək.
Qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimələnəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!