Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                       
Tarix : 17-09-2019, 13:50
Astronomlar potensial ulduzlararası komet görüblər

Krım astronomu Gennadiy Borisov ulduzlararası komet ola biləcək ilk yeni obyekt kəşf edib.
Butov.az-ın Trend-ə istinadən məlumatına görə, Borisovun və bəzi astronomların hesablamalarına əsasən, yeni obyektin orbiti inanılmaz dərəcədə yüksək ekssentrisitetə - 3-ə bərabər olması, onu ekssentrisiteti 1,2-ə bərabər olan ulduzlararası Oumuamua asteroidindən daha da təəccüblü edir. Kiçik Planetlər Mərkəzi tərəfindən yeni kometin kəşfi rəsmi olaraq qəbul edilənə qədər bir çox astronomlar mövcud hesablamaların doğru olmasına şübhə edirdilər. Müvəqqəti olaraq gb00234 kimi təyinat almış komet haqqında məlumat Kiçik Kometlər Mərkəzinin saytında artıq mövcuddur. Günəş sisteminin digər cisimləri kimi, kometlər bir qayda olaraq, 1-dən az eksentrisitetə malik elliptik orbitlərdə hərəkət edirlər. Günəş ətrafında kometlərin dolanma periodu yüz illərlə ola bilər, lakin bütün kometlər gec-tez qayıdırlar.
Hiperbolik orbitləri olan onlarla kometlər mövcuddur ki, ekssentrisitetləri vahiddən 1%-dək fərqlənir. Lakin onları ulduzlararası komet hesab etmək olmaz. Hərçənd, ekssentrisitetlərin belə qiymətləri ölçmə xətaları və ya nəhəng planetlərin cazibə qüvvəsi təsiri ilə də əlaqədar ola bilər.
İndiyədək məlun olan yeganə ulduzlararası obyekt - 18 oktyabr 2018-ci ildə kəşf edilmiş, trayektoriyasının ekssentrisiteti 1,2-yə yaxın olan açıq hiperbolik trayektoriya boyunca saniyədə 26 kilometr sürətlə hərəkət edən asteroid "Oumuamua"dır. Ekssentrikliyin vahiddən bir belə fərqlənməsi obyektin planet sistemimizin xaricindən gəldiyini və hazırda isə onu tərk etdiyini göstərir.
Avqustun 30-da Krım Astrofizika Rəsədxanasının əməkdaşı, astronom Gennadi Borisov tərəfindən yeni potensial ulduzlararası obyekt aşkar edilib. Onun və digər astronomların apardığı müşahidələrə əsaslanan hesablamalara görə bu obyektin ekssentrisiteti inanılmaz dərəcədə böyükdür və təxminən 3-ə bərabərdir. Bundan əvvəl belə ekssenktrisitetə malik göy cismi aşkar edilməmişdir. Bu onu göstərir ki, obyekt ulduzlar arası fəzadan Günəş sisteminə düşüb.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!