Bağlı qapılar arxasında 1 saat danışdılar .....                        Paşinyanın yeni imici .....                        Turşudan zəhərlənən qadın xəstəxanada öldü .....                        Mirzoyan iranlı həmkarı ilə danışıqlar apardı .....                        Siz COP prosesini pozmağa çalışırdınız! - Prezidentin köməkçisi .....                        Cəbrayılda ağır qəza: Qohumlar öldülər .....                        "Roma"nın yeni baş məşqçisi .....                        XİN-dən Paşinyana tutarlı cavab .....                        Yaşıl Rəqəmsal Fəaliyyətin açılış sessiyası keçirilib .....                       
Tarix : 27-09-2019, 15:20
Yupiter böyüklüyündə “yad” planet kəşf olunub
Planetləri öyrənən Avropa astronomları uzaq “cırtdan” qırımızı ulduzun yaxınlığında planetlərin yaranması nəzəriyyəsinə uyğun gəlməyən və Yupiter böyüklüyündə olan yeni göy cismi kəşf ediblər. Bu qeyri-adi planetini kəşfinin ehtimal olunan nəticələri “Science” jurnalında əsaslandırılıb.
Butov.az AZƏRTAC-aistinadla xəbər verir ki, kəşfin müəlliflərindən biri, Almaniyanın Heydelberq Astronomiya İnstitutunun əməkdaşlı Hubert Klark deyib: “bu cür planetin mövcudluğunu onun çox qalın və ağır protoplanet diskində olması halında izah etmək olardı. Lakin həmin diskin mövcudluğu da sual altındadır. Çünki bu cür strukturlar davamlı deyil və ulduzun özünün formalaşması vaxtı dağılır. Üstəlik, biz onları heç vaxt yeni meydana gələn ulduzlarda görməmişik”.
Qeyd olunur ki, son on ildə astronomlar Günəş sisteminin hüdudlarından kənarda 4 mindən çox planet aşkar ediblər. Onların bir hissəsi ölçüsünə və xüsusiyyətlərinə görə Yeri, qalanları Yupiteri və digər nəhəng planetləri xatırladırlar. Hazırda astronomlar bu dünyaların “siyahıya alınması” ilə məşğuldur və onların necə yaranmasını anlamağa çalışırlar. Bu yaxınlarda isə alimlər belə qənaətə gəliblər ki, bu və ya digər ulduzun ölçüsü, habelə onun təkində olan “metalların” miqdarı heç də təsadüfi deyil. Burada Metal sözü dırnaq arasında verilib, çünki astronomlar hidrogen və heliumdan ağır bütün elementləri bu cür adlandırırlar. Məsələn, Yupiterdən böyük olan planetlər adətən iri ulduzlarla qonşu olur və demək olar ki, tamamilə hidrogen və heliumdan ibarətdirlər.
Alimlər qaz nəhənglərinin bu xüsusiyyətini onunla əlaqələndirirlər ki, ulduz sistemlərinin və planetlərin yaranması müəyyən nizamla baş verir. İndi onlar hesab edirlər ki, bu prosesin başlanması üçün göy cisminin mərkəzində qaz və tozu ətrafına toplayan kiçik daş nüvə olmalıdır. Yerin və Yupiterin gələcək analoqlarının bu nüvəsi onların çəkisinin onda bir hissəsindən böyük olmur. Eyni zamanda, astronomların fikrincə, iri qaz nəhəngləri qırmızı “cırtdan” ulduzların ətrafında formalaşa bilməzlər, çünki orada bunun üçün şərait yoxdur.
“GJ 3512” adlanan və Böyük Ayı bürcündə, Yerdən 30 işıq ili məsafədə yerləşən qırmızı “cırtdan” ulduzu müşahidə edən alimlər müəyyən ediblər ki, həmin qayda həmişə keçərli olmur. İndi kəşf olunan planeti asanlıqla Yerin və Ayın arasındakı boşluqda yerləşdirmək mümkündür və bunun üçün astronomik meyarla on və ya yüz milyonlarla il tələb olunur. BU səbəbdən də alimlər hesab edirlər ki, bu gənc ulduzun ətrafında daha çox planetlər ola bilər.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!