21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                        Pakistanda İranın maraqlarını müdafiə edirik - Pezeşkian .....                        Kürdə suyun səviyyəsi yüksəldi .....                       
Tarix : 4-12-2019, 07:09
Yaponiya Parlamenti ABŞ ilə ticarət sazişini təsdiqləyib
Yaponiya parlamenti dekabrın 4-də ABŞ ilə ticarət müqaviləsini təsdiqləyib, ali palatanın iclası İnternetdə canlı yayımlanıb.
Butov.az-ın Trend-ə istinadən məlumatına görə, Yaponiyada razılaşma ABŞ-ın yapon avtomobil sənayesi məhsullarına rüsumu artırmamaq üçün öhdəliklərin sənəd üzərində yazılmaması səbəbindən müxaliflər tərəfindən tənqid olunub. Sənəddə yalnız tərəflərin "etimad münasibətlərinə söykənən razılaşma ruhuna zidd hərəkətlər etməyəcəkləri" deyilib.
Saziş kənd təsərrüfatı məhsulları və istehsal olunan malların ticarətində gömrük qaydalarını tənzimləyir. Xüsusilə, ABŞ-ın kənd təsərrüfatı məhsulları üçün bazar açması tələbinə cavab olaraq, Yaponiya donuz əti və mal əti rüsumlarını Trans-Sakit Okean Tərəfdaşlığı ölkələri üçün nəzərdə tutulmuş vergilərdən fərqli olmamaq şərti ilə azaldmaqa raziliq verib.
İkitərəfli ticarət sazişinə ehtiyac ABŞ prezidenti Trampın, Trans-Sakit Okean Tərəfdaşlığına qoşulmaqdan imtina etdiyindən sonra yaranıb.
Danışıqlar bu ilin aprel ayında başlayıb, son nəticə sentyabr ayında iki ölkə liderlərinin görüşündə əldə edilib.
Saziş yanvarın 1-dən qüvvəyə minəcək.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!