Bakı Təhsil İdarəsində yeni müavinlər - Kollektivə təqdim olundular .....                        Ərdoğan konsulluğa hücumdan danışdı .....                        Baş nazir hökumət üzvlərini topladı - Nefti müzakirə etdilər .....                        Daha bir ölkə İrana qarşı müharibəyə qoşulmağa hazırdır .....                        Mərkəzi Bankın departament rəhbəri işdən çıxdı .....                        İran ABŞ ilə bütün danışıqları dayandırıb .....                        Hava küləkli olacaq - XƏBƏRDARLIQ .....                        Azərbaycanda bu qanun dəyişdi .....                        Rusiya İrana kəşfiyyat dəstəyi verib? – İDDİA .....                       
Tarix : 19-08-2021, 09:08
BMT-nin Əfqanıstandakı agentlikləri müvəqqəti olaraq Almatıya köçəcək


Birləşmiş Millətlər Təşkilatının Əfqanıstanda akkreditə olunmuş agentliklərini müvəqqəti olaraq Almatıda yerləşdirəcəklər, çərşənbə günü axşam saatlarında onların dislokasiyası başlayıb.

"BMT daxili siyasi vəziyyətin gərginləşməsi ilə əlaqədar Qazaxıstana müraciət edərək UNAMA və BMT-nin Əfqanıstanda akkreditə olunmuş digər agentliklərinin yardım missiyasının Almatıya müvəqqəti köçürülməsini xahiş edib. Qazaxıstanın BMT ilə hərtərəfli əməkdaşlığı ruhunda və bu təşkilatın tam hüquqlu üzvü kimi öhdəlikləri çərçivəsində Prezident Kasım-Jomart Tokayev BMT-nin müraciətinə dəstək vermək barədə qərar qəbul edib", - deyə XİN-in yaydığı məlumatda bildirilir.

BMT-nin agentliklərinin nə qədər əməkdaşının Almatıya köçürülməsi barədə isə məlumat verilmir.

"Əfqanıstanda vəziyyət sabitləşənə qədər UNAMA-nın və BMT-nin digər agentliklərinin Almatıdakı ofislərinin yerləşmə yeri və gələcək fəaliyyətinin altı aylıq olacağı gözlənilir. İşçilərin yerləşməsi, ofis kirayəsi və digər xərclər tam olaraq BMT büdcəsindən maliyyələşdiriləcək ”, - deyə məlumatda bildirilir.


Paylaş



Bölmə: Dünya / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!