Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                       
Tarix : 27-08-2021, 10:21
Casusluqla bağlı məhkəmə işinə start verilib


İsveçdə son 18 ildə ilk dəfə casusluqla bağlı məhkəmə işinə start verilib.

Casusluqda şübhəli bilinən Yöteborq şəhərinin adı çəkilməyən 47 yaşlı sakininin məhkəməsi başlayıb. O gizli xarakter daşıyan məlumatları digər ölkəyə ötürməkdə təqsirləndirilir.

Belə ki, İsveçin “Volvo” və “Scania” şirkətlərinə aid olan sənədləri əldə edən təqsirləndirilən şəxs 2019-cu ilin fevralında Stokholmun mərkəzindəki restoranlardan birində, bu məlumatları ötürmək istədiyi an həbs olunub.

İsveç təhlükəsizlik polisinin məlumatına görə, məlumatları əldə etmək istəyən şəxs, burada diplomatik iş adı altında fəaliyyət göstərən xarici kəşfiyyat məmuru olub. Görüş əsnasında gizli xarakter daşıyan məlumatları bu adama ötürəndən sonra hər iki şəxs polis tərəfindən saxlanılıb.

İstintaq nəticəsində, 47 yaşlı təqsirləndirilənin 2017-ci ilin yayından başlayaraq xarici ölkə maraqları uğrunda casusluq fəaliyyəti ilə məşğul olduğu da üzə çıxıb. O gizli məlumatları almaq üçün daha əvvəl Yöteborqdakı “Volvo Cars” və Södertälye şəhərindəki “Scania” şirkətində çalışıb. O aldığı tapşırığa əsasən, iş kompüterlərindən məxfi məlumatları şəxsi kompüterinə, sonra isə xarici kəşfiyyat işçisinə USB vasitəsilə ötürməli idi.

Beləliklə, təqsirləndirilən şəxs İsveçə qarşı casusluq və ya qanunsuz kəşfiyyat fəaliyyəti aparmaqda günahlandırılır. Əgər məhkəmə onun qanunsuz casusluq etdiyi qərarına gələrsə, ona 6 ilə qədər həbs cəzası kəsilə bilər. Məhkəmə cümə axşamı günü başlayıb və sentyabrın 1-də başa çatması nəzərdə tutulur.

Qeyd edək ki, bu, son 18 ildə İsveçdə casusluq ittihamı ilə aparılan ilk məhkəmə işidir.


Paylaş



Bölmə: Dünya / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!