Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                       
Tarix : 1-09-2021, 08:46
Yoşihide Suqa: Parlamentin ....


Sentyabrın 1-də Yaponiyanın Baş naziri Yoşihide Suqa jurnalistlərə deyib ki, hazırkı şəraitdə parlamentin aşağı palatasının buraxılması mümkün deyil.

Ölkədə mövcud vəziyyəti şərh edən Y.Suqa deyib: “Bizim əsas vəzifəmiz koronavirusa qarşı mübarizədir və indiki şərait aşağı palatanın buraxılmasına imkan vermir”. Baş nazir, həmçinin bildirib ki, o, hakim Liberal Demokratik Partiyanın (LDP) sədrinin seçkilərini də daha sonraya saxlamaq niyyətindədir.

Xəbər verdiyimiz ki, LDP sədrinin seçkiləri sentyabrın 29-a təyin edilib. Aşağı palatanın deputatlarının səlahiyyətləri isə oktyabrın 21-də başa çatır. Bununla yanaşı, qeyd edək ki, Yaponiyada parlament vaxtından əvvəl buraxılmadan deputatların səlahiyyətlərinin başa çatması ilə əlaqədar son seçkilər 1976-cı ildə keçirilib.

Əgər LDP-nin daxili seçkilərində Y.Suqa yenidən partiyanın lideri seçilməzsə, bu zaman onun səlahiyyətləri sələfinə keçəcək. Həmin şəxs yeni kabineti formalaşdıracaq. Lakin onun bunu oktyabrın 5-dək, aşağı palataya seçki kampaniyası başlayanadək başa çatdırması mümkün deyil.

Qeyd edək ki, hazırda LDP və onun koalisiya tərəfdaşı olan “Komeyto” partiyası aşağı palatada sabit üstünlüyə malikdir. Yəni palatadakı 465 yerdən 305-i bu partiyaların əlindədir.

Bununla yanaşı, aparılmış son sosial sorğuların nəticələrinə görə, əhalinin vaksinasiyanın sürətindən və koronavirusa qarşı tədbirlərdən narazılığı nəticəsində hökumətin reytinqi 30 faizdən aşağı düşüb.


Paylaş



Bölmə: Dünya / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!