Prezident AZAL təyyarəsinin vurulmasından danışdı .....                        Netanyahunun 5 əsas prinsipi - SİYAHI .....                        3 liderin birgə görüşü olacaq - Tramp AÇIQLADI .....                        Sabah Ağdərənin iki kəndinə KÖÇ OLACAQ .....                        Vüqar Tapdıqlı vəfat etdi .....                        Növbəti görüş İrəvan və ya Bakıda baş tutmalıdır - Kostanyan .....                        Balıkesir yenidən silkələndi .....                        Azərbaycanda bu taksi şirkəti ləğv edilir .....                        Ərdoğandan terrorla bağlı mühüm mesaj .....                       
Tarix : 7-12-2015, 11:30
Rusiyadan Türkiyəyə daha bir təxribat - FOTO


Butov.az-ın Qaynarinfo-ya istinadən xəbərinə görə, Rusiya gəmiləri Türkiyənin İstanbul boğazından keçən Rusiya gəmisində olan əsgər təxribat xarakterli hərəkətə yol verib. Anspress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, gəmi boğazdan keçərkən bir Rusiya əsgəri çiynində raketlə görünüb.

Raketin istiqaməti dənizin sahilinə tərəf olub. Hadisə baş verdiyi vaxt ərazidə olan gəmi gözətçiləri Yörük Işık və Alper Boler çiynində raket olan əsgərin şəklini çəkiblər.

Caesar Kunikov adlı gəmi Rusiyanın Qara dəniz donanmasına aid olub. Hadisə dekabrın 4-də baş versə də şəkillər bu gün sosial şəbəkələrdə paylaşılıb.

Gəminin hansı istiqamətdə üzdüyü barədə məlumat verilməyib. Boğazdakı sərnişinlər bildiriblər ki, Rusiya əsgərləri sərnişin gəmisini görən kimi raketi yuxarı qaldırıblar.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Rusiya ilə qırıcı qalmaqalının davam etdiyi bir vaxtda əsgərlərin bu addımı təxribatdır: “İstər Rusiya isətərsə də digər dövlətlərin gəmilərinin boğazlardan necə keçəcəyi barədə qanunlar məlumdur. Heç bir dövlətin boğazlardan keçməsi təhlükə yaratmır. Bütün gəmilər müqavilə əsasında boğazlarda hərəkət edə bilər. Amma Rusiya əsgərlərinin bu hərəkətləri təxribatdır".

Ötən gün isə Türkiyə 4 Rusiya gəmisini boğazlardan keçərkən saxlayıb. "Omsk 105", "Rusich 1", "Neva" və "Kristal" gəmilərdə yoxlamalar başlayıb. Gəmilər PSC yoxlanışı üçün (PSC ölkələrin limanlarına gələn xarici bayraqlı gəmilərə beynəlxalq konvansiyonların tələbinə uyğunlun yoxlanış formasıdır) saxlanılıb.

Son bir həftə ərzində Rusiya limanlarına yük daşıyan 5 Türkiyə gəmisi PSC yoxlanışı üçün (PSC ölkələrin limanlarına gələn xarici bayraqlı gəmilərə beynəlxalq konvansiyonların tələbinə uyğunlun yoxlanış formasıdır) saxlanılıb.

Hətta biri necə gün əvvəl Türkiyənin boğazları bağlayacağı barədə məlumat yayılmışdı. Amma bu məsələ təstiqini tapmadı. Rusiya və Türkiyə arasında qırıcı qalmaqalından sonra münasibətlər gərginləşib.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!