Nazirliyin Media və kommunikasiya şöbəsi ləğv edilib .....                        Ağdaşda 28 yaşlı qadın itkin düşüb .....                        Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik açıqladı .....                        Kuryer işləyən azərbaycanlı güllələnərək öldürüldü .....                        Rusiyanın daha bir generalı ölüb .....                        Qənirə Paşayeva mükafatı qalibə təqdim olundu .....                        Tehran “İranı Daş dövrünə qaytaracağıq” deyən Trampa cavab verdi .....                        Türkiyə 11 gəmisini Hörmüzdən çıxara bilmir .....                        Türkiyə İranı kölgədə qoyacaq ballistik raketlər hazırlayır .....                       
Tarix : 13-04-2024, 15:15
Türkiyədə Beynəlxalq Mədəniyyət Yolu Festivalı başladı


Türkiyədə Beynəlxalq Mədəniyyət Yolu Festivalı başladı

Bu gündən etibarən Türkiyədə Beynəlxalq Mədəniyyət Yolu Festivalı başlayıb.
Noyabrın 10-dək davam edəcək festival çərçivəsində Türkiyənin müxtəlif vilayətlərində yeddi minə yaxın tədbir keçiriləcək.
Adana vilayətində start götürən festivalın açılış mərasimində çıxış edən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, bu gündən etibarən Adananın otuz fərqli nöqtəsində beş yüzədək tədbir keçiriləcək. Bu tədbirlərdə minə yaxın sənətçi çıxış edəcək.
Bundan sonra keçiriləcək Mədəniyyət Yolu festivallarında həm şəhər, həm də iştirakçı sayını artırmağı nəzərdə tutduqlarını qeyd edən nazir tədbirin 2028-ci ildə Türkiyənin 35 şəhərini əhatə etməsinin planlaşdırıldığını deyib.
Bu il ilk dəfə Beynəlxalq Portağal Çiçəyi Karnavalı ilə başlayan festivala süni intellekt vasitəsilə Türkiyənin Ulu Öndəri Mustafa Kamal Atatürkün canlandırılması, eləcə də Qaziantep Beynəlxalq Qastronomiya, Konya Mistik Musiqi, Nevşehir Kapadokya Hava Balonu festivalları kimi bir sıra digər yeniliklər də əlavə edilib.
Konsertlər, sərgilər, milli mətbəx, teatr, opera və balet tamaşaları, uşaqlar üçün əyləncələr və bu kimi bir çox fərqli tədbiri əhatə edən festivalın əsas məqsədi müxtəlif yaş və qrupdan insanları bir araya gətirərək, Türkiyənin şəhərlərini dünyada tanıdılması baxımından daha geniş auditoriyaya çatdırmaq, eyni zamanda mədəniyyət və incəsənət sahəsinə töhfə verməkdir.
Qeyd edək ki, Türkiyə Mədəniyyət Yolu dünyanın vaxt baxımından ən uzun zaman davam edən, eləcə də ən çox sənətçi və iştirakçısına ev sahibliyi edən festivalıdır.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!