Reper Əkbər Novruzlu həbs olundu .....                        Ukrayna hökuməti istefa verdi .....                        "Əl Ərəbiyyə" telekanalının Suriyadakı ofisi vuruldu .....                        Qohumunu 40 manat borca görə bıçaqlayan şəxs azadlığa buraxıldı .....                        Ziya Bünyadov prospekti ilə Böyükşor-Pirşağı yolunun kəsişməsində dəyişiklik .....                        Oquldjaxan Atabayeva Bakı Kitab Mərkəzində .....                        Paşinyan Əliyevlə ikitərəfli görüşlərə davam etmək istəyir .....                        Göyçə gölündə suyun səviyyəsi aşağı düşüb .....                        Cəlilabadda dağlıq ərazidə yanğın məhdudlaşdırıldı - YENİLƏNİB .....                       
Tarix : 4-07-2016, 11:22
Türkiyə Rusiya aviasiyasına hərbi baza verəcək


Türkiyə hökuməti NATO-nun ölkə ərazisindəki İncirlik hərbi hava bazasını Rusiya hərbi aviasiyasına açmağa hazırlaşır.


Butov.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TRT Haber” telekanalına müsahibəsində deyib.

M. Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Soçidə keçirdiyi görüşün detallarından danışaraq ikitərəfli əlaqələr və regional problemlərin müzakirəsi baxımından görüşün çox faydalı olduğunu bildirib. İŞİD-lə mübarizə məsələsində Rusiya ilə əməkdaşlığa hazır olduqlarını nəzərə çatdıran nazir İncirlik hərbi hava bazasını Rusiyaya aça biləcəklərini vurğulayıb: “İŞİD terror təşkilatına qarşı biz hər kəslə əməkdaşlıq edə bilərik. Bilirsiniz ki, İŞİD-ə qarşı aktiv mübarizəyə qatılmaq istəyənlərə İncirlik hava bazamızı açmışıq. Rusiya ilə də eyni şəkildə niyə əməkdaşlıq etməyək? Çünki bu terror təşkilatı hamımızın düşmənidir və ona qarşı mübarizə aparılmalıdır, bu məsələdə Sergey Lavrovun da dediyi kimi, razılığa gəlmişik”.

M. Çavuşoğlu iyulun sonu, avqustun əvvəlində iki ölkə prezidentinin görüşəcəyini də söyləyib: “Digər nazirlərlə birlikdə bu görüşə hazırlıq görəcəyik. İqtisadiyyatla bağlı addımlar atılacaq və qərarlar qəbul olunacaq. Enerji sahəsində və digər sahələrlə əlaqədar müvafiq nazirlər bir araya gələcək”.

M. Çavuşoğlu Rusiya-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısına hazırlığın başladığını və həmkarı S. Lavrovu Antalyaya dəvət etdiyini də əlavə edib.

Qeyd edək ki, Türkiyənin İncirlik hərbi hava bazası eyni zamanda NATO-nun istifadəsində olan hərbi bazalardan biridir. Burada hazırda Türkiyə ilə yanaşı, ABŞ, Britaniya və Almaniyanın hərbi təyyarələri yerləşdirilib.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!