Pəhləvidən ABŞ-yə çağırış: İrana hərbi müdaxilə edin! .....                        TRIPP-in Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz reallaşacaq .....                        Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı .....                        Prezident: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq .....                        İlham Əliyev Zelenski ilə görüşdü - FOTO .....                        ABŞ həmişə Avropanın övladı olacaq - RUBİO .....                        Fidan Qəzzanı idarə edəcək komitə üzvləri ilə görüşdü .....                        Azərbaycan Prezidenti: “Bizim sərhədlərimizdə sülh qurulur” .....                        İlham Əliyev: "Xəzərin dibi ilə fiber-optik layihə hazırlanır" .....                       
Tarix : 16-11-2016, 09:16
Moskva nə etsə də, İrəvan çarəsizdir…

Ölkə başçısının hərbi təlimlərlə bağlı cəbhə bölgəsinə səfəri ermənilərə və onların himayədarlarına mühüm mesaj idi.

Butov.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin cəbhəyanı bölgələrə səfəri ilə bağlı Axar.az-a danışarkən millət vəkili, politoloq Rasim Musabəyov deyib. Millət vəkili bildirib ki, Dağlıq Qarabağ məsələsinin həll prosesinin uzadılması müharibə riskini artırır:

“Prezident İlham Əliyevin hərbi təlimlərlə bağlı cəbhəyə səfəri ermənilərə və onların himayədarlarına mühüm mesaj idi. Ölkə başçısı birmənalı şəkildə bildirdi ki, Azərbaycan torpaqlarının işğalını davam etdirəcəklərinə inananlar yanılırlar. Baş verənlərdən dərs çıxarmayanlar Aprel hadisələrini təkrar yaşamalı olacaqlar, çünki Azərbaycan öz torpaqlarını heç vaxt güzəştə getməyəcək”.

Politoloq Prezidentin cəbhə bölgəsinə səfərindən cəmi iki gün sonra Rusiyanın Ermənistanla birgə Vahid Ordu Bölmələri yaratmaq qərarına da münasibət bildirib:

“Bu, reallıqda heç nəyi dəyişmir. Ona görə ki, rus ordusu onsuz da Ermənistanda yerləşib. Ancaq hamı üçün tamamilə aydındır ki, rus ordusu erməni generalının tapşırığını yox, əksinə, erməni generalı rus ordusunun tapşırığını yerinə yetirəcək. Hər halda Rusiyanın bu addımı tamamilə mənfi bir qərardır. Çünki Rusiya tərəfindən atılan belə addımlar ermənilərin iddialarını artırır”.

Qeyd edək ki, Azərbaycan noyabrın 12-də, Konstitusiya günündə 60 min hərbçi, yüzlərlə ağır texnika və artilleriya qurğusunun iştirakı ilə irimiqyaslı hərbi təlimlərə start verib. Təlimlər noyabrın 18-dək davam edəcək.

Eyni gündə Prezident İlham Əliyev Füzuli və Beyləqan rayonlarına səfər edib. Ordumuzun istənilən an düşmən hədəfini məhv etməyə qadir olduğunu bildirən ölkə başçısı vurğulayıb ki, əgər erməni silahlı qüvvələri Aprel döyüşlərindən düzgün nəticə çıxarmasa, gələcəkdə Lələtəpə kimi bir çox uğurlu əməliyyatlar olacaq.

Əməliyyatları izləyən düşmən Azərbaycan ordusunun təmas xəttində fəallığını artırmasından narahatlığını gizlətməyib.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!