Paşinyan: Karapetyan Baş nazirliyə namizəd ola bilməz .....                        Tütün qaçaqmalçılığı məhkəməsində gözlənilməz QƏRAR .....                        Hava limanında həyəcan: Uçuşa hazırlaşan təyyarə təcili boşaldıldı .....                        Luvr muzeyində su sızması - Əsərlər zədələndi .....                        Bakıda daha bir narkokuryer saxlanıldı - VİDEO .....                        Ermənistan Avropa müşahidəçilərinin sərhəddə qalmasını istəyir .....                        “Mançester Yunayted”in baş məşqçisi ayın ən yaxşısı seçildi .....                        Rusiyanın “kölgə donanması”na zərbə: 91 gəmiyə sanksiya .....                        İlham Əliyev Münxendə Robert Kalinaka ilə görüşdü .....                       
Tarix : 1-08-2017, 13:40
Almaniya Avropa İttifaqını Türkiyəyə iqtisadi təzyiq göstərməyə çağırıb

Almaniya hökuməti Avropa İttifaqının icra orqanı Avropa Komissiyasına müraciət edərək Türkiyə ilə Gömrük Birliyi anlaşmasının yenilənməsinin təxirə salınmasını istəyib.

Butov.az “Reuters”ə istinadən verdiyi xəbərə görə, Almaniya Avropa Komissiyasından Türkiyəyə iqtisadi təzyiq göstərilməsini də tələb edib.

Bu tələblər Almaniya tərəfindən Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini və Avropa Komissiyasının genişlənməyə məsul nümayəndəsi Yohhanes Hana göndərilən məktubda əksini tapıb. Məktubda Aİ üzvlüyünə hazırlıq mərhələsi çərçivəsində Türkiyəyə ayrılan maddi yardımların kəsilməsi məsələsinin konkretləşdirilməsi tələb edilir. Eyni zamanda, Berlin hesab edir ki, Aİ Türkiyə ilə Gömrük Birliyi anlaşmasının müasirləşdirilməsi mövzusunda Ankara ilə aparılan müzakirələri dondurmalı, demokratiya və hüququn üstünlüyünə hörmək etməsi üçün Türkiyəyə təzyiq göstərməlidir.

Qeyd edək ki, Türkiyə ilə Almaniya arasında bir müddətdir gərginlik hökm sürür. Gərginliyin səbəbi Almaniyanın Türkiyədə hərbi çevriliş cəhdində ittiham edilən hərbçilərə, mülki şəxslərə, eləcə də Türkiyədən mühacirət etmiş jurnalistlərə sığınacaq verməsi, Türkiyənin isə Almaniya vətəndaşı olan jurnalisti və hüquq müdafiəçisinin həbs etməsidir.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!