Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                       
5-11-2022, 17:36
İranda etirazçılar SEPAH zabitini öldürüb


İranda etirazçılar SEPAH zabitini öldürüb

İranın Kərəc şəhərində hökumət əleyhinə nümayişlər zamanı İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabiti öldürülüb, beş polis yaralanıb. Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. Məlumata görə, etirazçılar Kərəc şəhərinin “Beheşt Səkinə” qəbiristanlığında toplaşaraq “Ölüm olsun diktatora!” şüarlarını səsləndiriblər. Etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Kərəcdə etirazları nəzarətdə saxlamaq üçün qonşu əyalətlərdən əlavə qüvvələr yeridilib.
5-11-2022, 17:27
Putin istəsə, müharibəyə sabah son qoyar


Putin istəsə, müharibəyə sabah son qoyar

Rusiya bilməlidir ki, nüvə müharibəsinin qalibi olmayacaq. Bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib. Baş katib qeyd edib ki, Ukraynada müharibəni Rusiya Prezidenti Vladimir Putin başladıb: “Bu, onun seçimi idi. Əgər istəsə, müharibəyə sabah son qoya bilər".
5-11-2022, 15:51
Şimali Koreya ballistik raketləri işə saldı


Şimali Koreya ballistik raketləri işə saldı

Şimali Koreya Yapon dənizi istiqamətinə 4 raket buraxıb. Bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Bildirilib ki, buraxılmış daha 4 raket ballistik raketlər olub. Qeyd edək ki, son dövrlər KXDR-in hərbi sahədə aktivləşməsi Cənubi Koreya və ABŞ-ın narahatlığına səbəb olub.
5-11-2022, 15:42
Rusiyada faciə - 13 nəfər “Poliqon”da yandı


Rusiyada faciə - 13 nəfər “Poliqon”da yandı

Rusiyanın Kostroma şəhərində “Poliqon” kafesində baş verən yanğında 13 nəfər ölüb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Hadisə ilə əlaqədar 250 nəfər ərazidən təxliyə olunub. Məlumata görə, yanğına pirotexniki vasitələrdən istifadə səbəb olub.


5-11-2022, 15:39
İrandakı etirazlarda daha 16 nəfər ölüb


İrandakı etirazlarda daha 16 nəfər ölüb

İranda işgəncələrə məruz qalan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra alovlanan etirazlarda daha 16 nəfər həyatını itirib. Butov.az xəbər verir ki, hadisə sünni əhalinin kompakt yaşadığı Sistan-Bəlucistan ostanının Haş şəhərində baş verib. Belə ki, cümə namazından sonra təşkil olunmuş növbəti etiraz aksiyasına təhlükəsizlik qüvvələri sərt müdaxilə edib. Nəticədə 16 etirazçı həyatını itirib. 2 gün əvvəl isə İranın Kərəc şəhərində aksiyalar zamanı etirazçılarla polis əməkdaşları arasında qarşıdurma yaşanıb. İğtişaşlarda 2 etirazçı və 1 polis dünyasını dəyişib. Qeyd edək ki, İranda hicab qaydasının pozulması iddiası ilə saxlanılan 22 yaşlı Məhsa Əmininin 16 sentyabrda dünyasını dəyişməsindən sonra iğtişaşlar başlayıb. Ailəsi onun polis tərəfindən döyüldüyünü bildirir, rəsmi qurumlar isə bu ittihamı qəbul etmir.
5-11-2022, 15:37
Dardanel boğazı bağlandı


Dardanel boğazı bağlandı

Türkiyənin Çanaqqala vilayətindən keçən Dardanel boğazında ekstremal hava şəraiti ilə əlaqədar gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb. Buna səbəb sis-dumanlı hava şəraiti nəticəsində görmə məsafəsinin minimuma enməsi olub. Çanakkale Gəmi Nəqliyyatı İdarəsinin qərarına görə, hava şəraitinin normallaşmasından sonra qadağa ləğv olunacaq və gəmilərin Dardanel boğazında hərəkəti bərpa olunacaq.
5-11-2022, 15:32
Rusiya ordusu 3 istiqamətdən hücuma keçib


Rusiya ordusu 3 istiqamətdən hücuma keçib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müharibə ilə bağlı son vəziyyəti açıqlayıb. Butov.az xəbər verir ki, rəsmi açıqlamada ümumilikdə 14 yaşayış məntəqəsində hücumların dəf edildiyi bildirilib. Qeyd olunub ki, Luqansk və Donetsk vilayətlərində təmas xətti boyunca gərginlik davam edib. Belə ki, Ukraynanın Baxmutsk, Avdeyevsk, Novopavlovsk yaşayış məntəqələri istiqamətində hücum edilib. Xatırladaq ki, müharibə bu il 24 fevralda Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayıb. Daha sonra Rusiya“Donetsk XR”, “Luqansk XR”, Xerson və Zaporojye vilayətlərini birtərəfli qaydada ilhaq edib.
5-11-2022, 00:20
Xersonda komendant saatı elan edildi


Xersonda komendant saatı elan edildi

Rusiyanın ilhaq etdiyi Xerson vilayətində bir günlük komendant saatı elan edilib. Bu barədə Xerson vilayət rəhbərinin müavini Kirill Stremousov bildirib. Məlumata görə, Xersonda komendant saatı elan edilən zaman Rusiyanın ilhaq etdiyi Donetskdə Ukrayna Silahlı Qüvvələri tərəfindən hücumlar həyata keçirilib. Ukrayna ordusunun hücumları zamanı Makiivka və Horlivka ilə yanaşı, Donetskin mərkəzinə də 26 top mərmisinin düşdüyü qeyd olunub.
4-11-2022, 22:54
Vardanyanın yeni "vəzifə"si təsdiqləndi


Vardanyanın yeni "vəzifə"si təsdiqləndi

Rusiyadan Xankəndi şəhərinə köçən erməni biznesmen Ruben Vardanyan qondarma qurumun "dövlət naziri" vəzifəsinə təyin edilib. Bu barədə erməni mətbuatı məlumat yayıb. Qeyd edək ki, bir müddət əvvəl Arayik Arutyunyan Vardanyana bu "vəzifə"ni təklif etmişdi. İş adamı Vardanyan Rusiyada “Troyka Dialoq” şirkətinin təsisçisi və Skolkovo İdarəetmə məktəbinin ilk rəhbəridir. Bu ilin sentyabr ayında Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Xankəndiyə köçmək niyyətində olduğunu açıqlamışdı.
4-11-2022, 22:48
Çin ordusu Tayvan boğazında əməliyyata hazırlaşır


Çin ordusu Tayvan boğazında əməliyyata hazırlaşır

Çin Xalq Azadlıq Ordusu Tayvan boğazında mümkün hərbi əməliyyatlara hazırlaşmağa davam edir. Bunu Çin Müdafiə Nazirliyinin nümayəndəsi Tan Kefeyi deyib.“Tayvanın məsələsi Çinin daxili işidir və heç bir xarici müdaxiləyə icazə verilmir. Hazırda Birləşmiş Ştatlar davamlı olaraq vahid Çin prinsipini məhv edir", - o bildirib. Nazirlik rəsmisinin sözlərinə görə, bu hərəkətlər Çinin suverenliyini və ərazi bütövlüyünü ciddi şəkildə pozur, Tayvan boğazında sülh və sabitliyi təhdid edir:"Çin Xalq Azadlıq Ordusu təlim keçməyə və müharibəyə hazırlaşmağa davam edir".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!