Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                       
4-11-2022, 22:44
Saakaşvilinin vəziyyəti pisləşib


Saakaşvilinin vəziyyəti pisləşib

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvilinin səhhəti pisləşib. Bu barədə siyasətçinin anası Giuli Alasania bildirib. Məlumata görə, Saakaşvili mart ayından bəri çox çəki itirib və mütəmadi olaraq qızdırması qalxır. O əlavə edib ki, həkimlər çox çalışsalar da, xəstəliyin səbəbini müəyyən edə bilməyiblər. Saakaşvilinin vəziyyəti getdikcə ağırlaşır.
4-11-2022, 22:42
ABŞ-dan Ukraynaya 400 milyon dollarlıq yardım


ABŞ-dan Ukraynaya 400 milyon dollarlıq yardım

ABŞ Ukraynaya növbəti 400 milyon dollarlıq hərbi yardım paketini açıqlayıb. Bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yeni yardım paketinə Sovet dövründən qalma tanklar, zirehli texnikalar, pilotsuz uçuş aparatları, hərbi gəmilər və digər silahlar daxildir.
4-11-2022, 22:40
Ermənistanda qarşıdurma gözlənilir - ABŞ-dan xəbərdarlıq


Ermənistanda qarşıdurma gözlənilir - ABŞ-dan xəbərdarlıq

ABŞ-ın Ermənistandakı səfirliyi bu ölkədə olan vətəndaşlarına xəbərdarlıq edib. Bu barədə səfirliyin sosial media hesabında məlumat yayılıb. Qeyd olunub ki, İrəvanda 5 noyabrda keçirilməsi gözlənilən mitinq zamanı qarşıdurmalar ola və gözlənilməz vəziyyət yarana bilər. ABŞ-ın Ermənistandakı səfirliyi öz vətəndaşlarını mitinqdə iştirakdan çəkinməyə və insanların sıx toplaşdığı yerlərdən uzaq olmağa çağırıb: “Hətta dinc keçirilməsi nəzərdə tutulan mitinqlər də qarşıdurmaya çevrilə bilər və bu səbəbdən sərt tədbirlərin tətbiqi gözlənilir". Xatırladaq ki, sabah Ermənistan müxalifəti Fransa meydanında mitinq keçirəcək.
4-11-2022, 22:33
İranın xarici işlər naziri də Baydenə cavab verdi: “İkiüzlü olmayın!”


İranın xarici işlər naziri də Baydenə cavab verdi: “İkiüzlü olmayın!”

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian özünün sosial media hesabından ABŞ naziri Co Baydenin açıqlamalarına reaksiya verib. İranlı nazir Twitter-də yazıb: "İranda baş verən son hadisələrdə zorakılıq və terrorizmi təşviq edən Ağ Ev eyni vaxtda nüvə anlaşması üzərində işləyir", - nazir Əmir Abdullahian deyib. Nazir Baydenə xitabən “İkiüzlü davranışınıza və İŞİD-i dəstəkləməyə son qoyun” deyib. Xatırladaq ki, ABŞ prezidenti Bayden bugünkü açıqlamasında “Narahat olmayın, biz İranı tezliklə azad edəcəyik” söyləməklə Tehran rəsmilərini hiddətləndirib. Co Baydenin sözlərinə cavab verən president Rəisi "İran 43 il əvvəl azadlığını əldə edib və bir daha ABŞ-ın əsarətinə düşmək istəmir. Biz heç vaxt ssizin üçün sağmal inək olmayacağıq!” deyib.
4-11-2022, 22:24
Putin Xersonun boşadılması əmrini verdi


Putin Xersonun boşadılması əmrini verdi

Rusiya Prezidenti Vladimir Putin Xerson sakinlərinin şəhərdən təxliyə edilməsi əmrini verib. O, bu barədə jurnalistlərə açıqlamasında deyib. Putinin sözlərinə görə, xersonlular əks-hücum və digər tədbirlərdən əziyyət çəkməməlidir. "İndi Xersonda yaşayanlar ən təhlükəli hərbi əməliyyatlar zonasından çıxarılmalıdır", - Rusiya lideri bildirib. Qeyd edək ki, son həftələrdə Ukrayna ordusu Xerson istiqamətlərdə əks hücuma keçib. Artıq oktyabrın 24-də Ukrayna Müdafiə Nazirliyi Xerson vilayətində 90-dan çox yaşayış məntəqəsinin azad edilməsi barədə məlumat yayıb.
4-11-2022, 22:19
Rusiyada məhbuslar döyüşə göndərilir


Rusiyada məhbuslar döyüşə göndərilir

Rusiya prezidenti Vladimir Putin səfərbərlik çərçivəsində bəzi ağır cinayətlərə görə məhkumluğu olan vətəndaşların hərbi xidmətə cəlb edilməsinə icazə verən qanunu imzalayıb. Bu barədə Kremlin saytında dərc olunan qanunda qeyd edilib. Qanuna əsasən, ağır cinayətlərə görə götürülməmiş və ödənilməmiş məhkumluğu olan ruslar səfərbərlik çərçivəsində hərbi xidmətə çağıra biləcəklər. Sənəddə, həmçinin səfərbərliyə məruz qalmayan məhkum edilmiş şəxslərin siyahısı da var. Xüsusilə, qanun dövlətə xəyanət, casusluq, silahlı üsyan, dövlət xadiminin həyatına qəsd etmə maddələri ilə götürülməmiş məhkumluğu olan və yetkinlik yaşına çatmayan şəxsin cinsi toxunulmazlığı əleyhinə cinayətlər törətmiş vətəndaşlara şamil edilməyəcək.
4-11-2022, 16:28
4 ölkələrin XİN rəhbərləri görüşdü


4 ölkələrin XİN rəhbərləri görüşdü

ABŞ, Almaniya, Böyük Britaniya və Fransa xarici işlər nazirləri görüşüb. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken "Twitter" hesabında bildirib. "Geniş spektrli mövzular üzrə gedən müzakirələrimizi və koordinasiyamızı davam etdirmək üçün görüşdük. Transatlantik əməkdaşlıq qlobal problemlərin həlli üçün açardır", - Blinken deyib. Qeyd edək ki, görüş Almaniyada G7 ölkələrinin XİN başçılarının iclası çərçivəsində baş tutub.
4-11-2022, 16:20
Putin səfərbərliyə cəlb olunanların sayını açıqladı


Putin səfərbərliyə cəlb olunanların sayını açıqladı

Rusiyada qismən səfərbərlik çərçivəsində orduya 318 min nəfər cəlb olunub. Bu barədə məlumatı Rusiya Prezidenti Vladimir Putin açıqlayıb. Onun sözlərinə görə, həmin şəxslərin 49 mini artıq döyüş tapşırıqları icra edir, digərləri isə hazırlıq mərhələsindədir. Putin, həmçinin qeyd edir ki, Rusiya Silahlı Qüvvələrinə qoşulmaq istəyən könüllü şəxslərin axını davam edir: “Buna görə, səfərbərliyə cəlb olunanların sayı artıq 300 mini ötüb”. Xatırladaq ki, Rusiyada sentyabrın 21-i elan olunan qismən səfərbərlik oktyabrın 28-i başa çatıb. Səfərbərlik çərçivəsində 300 min nəfərin orduya cəlb olunması planlaşdırılırdı.
4-11-2022, 16:10
Ərdoğan Qərbi günahlandırdı


Ərdoğan Qərbi günahlandırdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrini Afrikanın aclıqdan əziyyət çəkən ölkələrinin problemlərinə biganə yanaşmaqda günahlandırıb. Butov.az xəbər verir ki, Ərdoğanın sözlərinə görə, o, rusiyalı həmkarı Vladimir Putinlə ehtiyacı olan ölkələrə pulsuz taxıl tədarükü haqqında razılığa gəliblər. Ərdoğan deyib ki, 2022-ci il noyabrın 15-16-da İndoneziyada keçiriləcək G20 sammitində Afrika ölkələrinin ərzaq təminatı məsələsini qaldırmağı planlaşdırır. Türkiyə lideri Qərbin Afrika ölkələrindəki aclıq problemlərinə münasibətini tənqid edərək, bunu biabırçılıq adlandırıb. O, Qərbi bu problemlər fonunda “insanlıq dərsi” verməkdə suçlayıb. Noyabrın 3-də Rusiya Ukraynanın kənd təsərrüfatı məhsullarının Qara dəniz vasitəsilə ixracı üçün “taxıl müqaviləsi”ndə iştirakını bərpa etmək qərarına gəlib. Rəsmi Moskva bildirib ki, Rusiya tərəfi Ukraynadan zəmanət alıb, ona əsasən, Kiyev taxıl dəhlizindən Moskvaya qarşı hərbi əməliyyatlar üçün istifadə etməyəcəyinə söz verib. Türkiyə danışıqlarda vasitəçi kimi çıxış edib.
4-11-2022, 16:07
Ukrayna Avropa İttifaqına daxil olacaq - Zelenski


Ukrayna Avropa İttifaqına daxil olacaq - Zelenski

ABŞ-da hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Amerika cəmiyyətinin əksəriyyəti Ukraynanın yanındadır. Ona görə də Amerika cəmiyyətinin Ukraynaya dəstəyinin davam etdirilməsi ilə bağlı narahatlığa əsas görmürəm. Bunu xarici KİV-ə müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. Zelenski deyib ki, Amerika cəmiyyətinin seçiminə hörmətlə yanaşacaqlarını açıqlayıb:"Müharibə ona görə başladı ki, Rusiya bizi müstəqil ölkə, Avropa ölkəsi kimi tanımır. Xalqın müstəqil olmaq istədiyi Belarusda da eyni şey olacaq. Niyə Rusiya Belarusda insanların necə yaşamasına qərar verməlidir?". Zelenski, həmçinin ölkəsinin Avropa İttifaqına daxil olacağını söyləyib: "Gec və ya tez olacağını demək istəmirəm, çünki artıq gec olduğuna inanıram”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!