Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                       
4-11-2022, 15:28
Rəisi Baydenə cavab verdi: İran əsla sağmal inək olmayacaq!


Rəisi Baydenə cavab verdi: İran əsla sağmal inək olmayacaq!

İran prezident İbrahim Rəisi ABŞ prezidenti Co Baydenin “Biz tezliklə İranı azad edəcəyik” açıqlamasına cavab verib. Butov.az xəbər verir ki, İbrahim Rəisi ABŞ-ın müharibələrdə və qan tökülmələrində aparıcı rol oynadığını, xalqların maraqlarını öz maraqları naminə məhv etdiyini bildirib. O, ABŞ prezidenti Co Baydeni İrandakı iğtişaşları dəstəkləməkdə ittiham edib. İran prezidentinin sözlərinə görə, bu gün imperializmin simvolu ABŞ-da hökmranlıq edən sistemdir. O, Amerikanı “böyük şeytan” adlandırıb. İbrahim Rəisi çıxışının sonunda belə deyib:“Bir neçə saat əvvəl ABŞ prezidentinin İranı azad etmək istədikləri ilə bağlı açıqlamalarını eşitdim. Baydenə demək istəyirəm: İran 43 il bundan əvvəl azad edilib və biz heç vaxt sağmal inək olmayacağıq!”.
4-11-2022, 15:23
“Putinlə razılaşdıq, taxıl pulsuz veriləcək” - Ərdoğan


“Putinlə razılaşdıq, taxıl pulsuz veriləcək” - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya dövlət başçısı Vladimir Putinlə taxıl məsələsində razılığa gəldiklərini açıqlayıb. Ərdoğan bu barədə 19-cu MÜSİAD “Expo” sərgisində çıxışı zamanı danışıb.“Vladimir Putin taxılı pulsuz şəkildə Cibuti, Somali və Sudana göndərmək barədə təklif etdi. Həmfikir olduq, razılaşdıq. Atmalı atdığımız addım budur. Ehtiyacı olan ölkələrə taxıl pulsuz çatdırılacaq”, - Türkiyə lideri əlavə edib. Qeyd edək ki, bir neçə gün öncə Rusiya “taxıl sazişi”nin icrasını bərpa edib. Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, Moskva Ukraynadan yazılı təminat alıb - Kiyev taxıl dəhlizindən Moskvaya qarşı hərbi əməliyyatlar üçün istifadə etməyəcəyinə söz verib.
4-11-2022, 15:20
İsrail Qəzzaya zərbələr endirdi


İsrail Qəzzaya zərbələr endirdi

İsrail Fələstinin Qəzza zolağına zərbələr endirib. Bu addımın HƏMAS-ın raket zərbələrinə cavab olaraq atıldığı bildirilib. İlkin məlumata görə, İsrail hərbçilərinin zərbələri nəticəsində yaralanan və ya ölən olmayıb. Qeyd edək ki, Qəzza zolağı Fələstinin əsas hissəsi olan İordan çayının qərb sahillərindən kənarda yerləşir. Aralıq dənizi sahilində yerləşən ərazi uzun müddət embarqo altında saxlanılıb.
4-11-2022, 14:57
Türkiyə ordusu şəhid verdi


Türkiyə ordusu şəhid verdi

Türkiyə ordusunun hərbi qulluqçusu İraqda şəhid olub. Hadisə İraqın şimalındakı “Pençe-Kilit” əməliyyat bölgəsində baş verib. Terrorçuların açdığı atəş nəticəsində hərbçi Lokman Akçağlayan həyatını itirib. Hazırda bölgədə antiterror əməliyyatları davam etdirilir.
4-11-2022, 14:52
Rusiya enerji terroru həyata keçirir - Zelenski


Rusiya enerji terroru həyata keçirir - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı ölkəsinə qarşı “enerji terroru” həyata keçirməkdə günahlandırıb. Butov.az xəbər verir ki, Zelenski Rusiyanın Ukraynanın enerji təchizatı sistemlərinə hücum etdiyini bəyan edib. Onun sözlərinə görə, Rusiya tərəfindən Ukraynanın elektrik infrastrukturuna vurulan zərər nəticəsində 4.5 milyon insan işıqsız qalıb. “Rusiya Ukraynaya qarşı enerji terroru gerçəkləşdirir”, - deyə o əlavə edib.
4-11-2022, 14:50
Koreya yarımadasında gərginlik - Qırıcılar havaya qaldırıldı


Koreya yarımadasında gərginlik - Qırıcılar havaya qaldırıldı

Cənubi Koreya aviasiyası təyyarələrini havaya qaldırıb. Bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Koreyanın bu addımı Şimali Koreyanın hərəkətlərinə cavab olaraq atdığı bildirilib. Belə ki, KXDR son vaxtlar hərbi aviasiya sahəsində aktivləşmə nümayiş etdirir. Bu ölkə tərəfindən ümumilikdə 180-ə yaxın təyyarənin iştirakı ilə manevrlər gerçəkləşdirilib. Qeyd edək ki, ABŞ müdafiə naziri Lloyd Ostin də Şimali Koreyanın addımlarını pisləyib.
4-11-2022, 14:48
Paşinyanın partiyasında skandal - “Qara siyahı” üzə çıxdı


Paşinyanın partiyasında skandal - “Qara siyahı” üzə çıxdı

Ermənistanda hakim Vətəndaş Müqaviləsi Partiyasının qurultayında skandal yaşanıb. Bu barədə “Joğovurd” qəzeti yazıb. Məlumata görə, uyğunsuz hesab edilən bir sıra partiya funksionerləri “qara siyahı”ya salınıb. Həmçinin partiyanın əsas simalarının çoxu qurultayda təşkil olunmuş seçkilərdə rəhbər orqanlara düşə bilməyib. İdarə heyətinə düşə bilməyən funksionerlər arasında narazılıq yaranıb. Qəzet yazır ki, ilk 15-liyə əvvəllər az səs toplamış bəzi nazirlər – Ermənistanın fövqəladə hallar naziri Armen Pambuxçyan və səhiyyə naziri Arsen Torosyan daxil olublar. Baş nazir Nikol Paşinyan isə 4 səs çox toplayaraq 945 səs yığıb. Həmçinin bildirilir ki, partiya daxilində fəaliyyət göstərən xüsusi qrup formalaşıb və bu xüsusi qrup seçkinin gedişini “koordinasiya” etməklə məşğul olub.
4-11-2022, 14:45
Kiyevdə 450 min mənzil işıqsız qalıb


Kiyevdə 450 min mənzil işıqsız qalıb

Ukraynanın paytaxtı Kiyev şəhərində 450 minə yaxın mənzilin elektrik enerjisi kəsilib. Bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko bildirib.“Kiyev şəhərində 450 minə yaxın mənzil işıqsız qalıb”, - deyə mer söyləyib. Onun sözlərinə görə, problemin səbəbi sistemdəki yüklənmədən qaynaqlanır. Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu və müharibə başlayandan bəri ölkənin müxtəlif şəhərlərində vaxtaşırı olaraq elektrik enerjisi təminatında problemlər yaşanır.
4-11-2022, 14:43
Bayden: İranı azad edəcəyik


Bayden: İranı azad edəcəyik

ABŞ dövlət başçısı Cozef Bayden Kaliforniya ştatında çıxışı zamanı İranda baş verən son hadisələrə toxunub. Butov.az xəbər verir ki, Co Bayden İranın azad olunacağını bəyan edib. “Biz İranı azad edəcəyik. Onlar tezliklər özlərini azad edəcəklər”, - deyə ABŞ lideri vurğulayıb. Xatırladaq ki, İranda polis tərəfindən hicab qaydasının pozulması iddiası ilə həbs olunan 22 yaşlı Məhsa Əmininin 16 sentyabrda dünyasını dəyişməsindən sonra iğtişaşlar başlayıb. Ailəsi onun polis tərəfindən döyüldüyünü bildirir, rəsmi qurumlar isə bu ittihamı qəbul etmir. İranın dövlət başçısı İbrahim Rəisi iğtişaşlara qarşı qətiyyətlə mübarizə aparacaqlarını bəyan edib.
3-11-2022, 20:15
Avropa İttifaqından İrəvan və Bakıya delimitasiya çağırışı


Avropa İttifaqından İrəvan və Bakıya delimitasiya çağırışı

Avropa İttifaqı (Aİ) İrəvan və Bakını sərhədlərin delimitasiyasında irəliləyiş əldə etməyə çağırır. Bunu Aİ-nin Xarici Fəaliyyət Xidmətinin baş katibi Stefano Sannino tvitter-də yazıb. “Mən Brüsseldə baş nazirin müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin rəhbərlik etdiyi Ermənistan və Azərbaycanın sərhəd komissiyalarını salamlamağa şadam. Avropa İttifaqı tərəfləri yerlərdə təhlükəsizliyi yaxşılaşdırmaq və sərhədlərin delimitasiyası ilə bağlı irəliləyiş əldə etmək üçün addımlar atmağa çağırır”. Qeyd edək ki, Brüsseldə Ermənistan və Azərbaycanın sərhəd komissiyalarının üçüncü iclası keçirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!