ŞƏRƏFLİ ÖMRÜN AKKORDLARI .....                        Trampdan Nobel mükafatı ilə bağlı açıqlama .....                        Ələtdəki hava limanına yeni rəhbər təyin edildi .....                        “HƏMAS dağıdılmasa, Netanyahu hökumətini devirəcəyik” .....                        Qəzzada müharibə başa çatdı: döyüşlər dayandırıldı .....                        Əminəm ki, Rusiya-Ukrayna müharibəsi də bitəcək .....                        Qəzzaya yardım aparan gəmidə azərbaycanlılar da var imiş - RƏSMİ .....                        MDB nazirləri Düşənbədə görüşdülər .....                        Qardaşı tərəfindən bıçaqlanan gənc xəstəxanada öldü .....                       
25-09-2025, 10:10
Britaniyada güclü partlayış


Britaniyada güclü partlayış

Britaniyanın Suindon şəhərində güclü partlayış baş verib.
Ərazidə yerləşən anbarlar partlayıb.
Yerli mətbuat orqanları partlayışın sənaye zonasında baş verdiyini qeyd edirlər.
Ətraf ərazidə sakinlərin təxliyə edildiyi bildirilir.
25-09-2025, 09:55
Paşinyan Rusiyaya getdi


Paşinyan Rusiyaya getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.
Bu haqda Ermənistan mediası məlumat yayıb.
Bildirilib ki, sentyabrın 25-də Baş nazir Moskvada keçiriləcək “Beynəlxalq Nüvə Həftəsi” konfransında iştirak edəcək.
24-09-2025, 22:54
Urmiya gölü tamamilə qurudu


Urmiya gölü tamamilə qurudu

İranın şimal-qərbində yerləşən və Asiyanın ən iri duzlu gölü sayılan Urmiya gölü tamamilə quruyub.
Bu barədə Almaniyanın "Bild" nəşri peyk görüntülərinə istinadən məlumat yayıb.
2025-ci ilin yayında göldən geriyə yalnız çatlamış quru torpaq və bir neçə kiçik gölməçə qalıb.
Mütəxəssislər və müxalif media qurumları Urmiyanın yox olmasını ekoloji fəlakət adlandırır və bunun səbəbkarı kimi İran hakimiyyətini göstərirlər.
"Iran News Update" bildirir ki, ölkədə bir milyondan çox qanunsuz artezian quyusu mövcuddur və onlar illərlə yeraltı suları tükədib. Bundan başqa, kənd təsərrüfatı sektoru ölkənin 88% su resursunu istifadə etsə də, ÜDM-də payı cəmi 10% təşkil edir.
İran prezidenti Məsud Pezeşkiyan da böhranı etiraf edərək bildirib ki, artıq Tehranda “su qalmayıb” və hökumət paytaxtın köçürülməsini müzakirə edir.
Urmiyanın quruması bölgədə yüz minlərlə insanın həyatına mənfi təsir göstərib. Əhalisinin əhəmiyyətli hissəsini azərbaycanlıların təşkil etdiyi regionda indi duz fırtınaları baş verir, torpaq məhsuldarlığını itirir və kənd təsərrüfatı faktiki olaraq mümkünsüz hala düşür.
Ekoloqlar xəbərdarlıq edir ki, bu proses davam edərsə, İranın digər bölgələrində də oxşar fəlakətlər qaçılmaz ola bilər.

24-09-2025, 22:32
Türkiyədə bələdiyyə sədri saxlanıldı


Türkiyədə bələdiyyə sədri saxlanıldı

Türkiyədə hüquq-mühafizə orqanları korrupsiya işi çərçivəsində Kırıkkale vilayətinin Yahşihan bölgəsinin bələdiyyə sədri Ahmet Sunquru həbs edib.
O, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvüdür.
Sunqurla yanaşı onun müavini, keçmiş bələdiyyə sədrinin müavini, şəhərsalma şöbəsinin müdiri, bələdiyyənin sabiq rəhbəri və bir iş adamı da istintaq təcridxanasına yerləşdirilib. Ümumilikdə 5 nəfər saxlanılıb.
Hadisədən sonra AKP Mərkəzi İcraiyyə Komitəsi məsələni partiyanın Mərkəzi İntizam Komissiyasına göndərib və Sunqurun partiyadan xaric edilməsi müzakirəyə çıxarılıb.
Qeyd edək ki, eyni istintaq çərçivəsində bu ilin 27 may və 19 avqust tarixlərində Yahşihanın keçmiş meri Osman Türkyılmaz və digər şəxslər də saxlanılmışdı.
24-09-2025, 21:22
1 saat danışıqlar apardılar


1 saat danışıqlar apardılar

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Marko Rubio arasında danışıqlar yekunlaşıb.
Bu barədə xarici KİV məlumat yayıb.
BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 80-ci sessiyası çərçivəsində keçirilən danışıqlar bağlı qapılar arxasında keçirilib və bir saat davam edib.
24-09-2025, 20:52
Bakı və İrəvan dəvət edildi, Tbilisi çağırılmadı


Bakı və İrəvan dəvət edildi, Tbilisi çağırılmadı

Gürcüstan Avropa İttifaqının (Aİ) xarici işlər nazirlərinin 20 oktyabrda Lüksemburqda keçiriləcək iclasında iştirak etməyəcək.
Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumata görə, toplantıya Mərkəzi Asiya və Şərq Tərəfdaşlığı ölkələrinin - Azərbaycan, Ermənistan, Türkiyə, Türkmənistan, Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstanın xarici işlər nazirləri dəvət olunub. Lakin Gürcüstan yalnız səfir səviyyəsində çağırıldığı üçün buna etiraz edərək tədbirdə iştirakdan imtina edib.
XİN bəyan edib ki, Gürcüstanın bu formada dəvət olunması “qeyri-ciddi münasibət” kimi qiymətləndirilir və ölkənin rolunu kiçiltmək cəhdi təsiri bağışlayır:
“Nazirlərin görüşünə Gürcüstan səfir səviyyəsində dəvət olunub. Bu, qəbuledilməzdir və əsasları aydın deyil. Bu addım siyasi manipulyasiya və radikal gündəmin təşviqi kimi görünür”.
Nazirlik əlavə edib ki, Gürcüstanın regional təhlükəsizlik və əməkdaşlıq məsələlərində lazımi səviyyədə iştirakı Aİ üçün vacibdir. Rəsmi Tbilisi ümid edir ki, Aİ-nin əksər üzvləri ölkənin Avropa ilə Asiya arasında körpü rolunu qiymətləndirir və Avropa Xarici Fəaliyyət Xidmətinin mövqeyini bölüşmür.
24-09-2025, 20:35
Rus təyyarələri Almaniya gəmilərini izlədi


Rus təyyarələri Almaniya gəmilərini izlədi

Rusiyanın hərbi təyyarələri Baltik dənizində Almaniyanın “Hamburq” freqatının üzərində iki dəfə aşağı hündürlükdə uçaraq müşahidələr aparıb.
Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Bundestaqdakı çıxışı zamanı bildirib.
Nazir bu hadisəni sərt tənqid edərək deyib ki, Moskva NATO ölkələrinin sərhədlərini sınaqdan keçirir. Rusiya dronlarının və hərbi təyyarələrinin Polşa və Estoniya hava məkanına daxil olması, eləcə də Almaniya freqatının üzərində uçuş aparması son bir neçə gündə rəsmi Moskva tərəfindən NATO-ya qarşı təzyiqlərin artdığını göstərir.
Boris Pistorius vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin NATO üzvlərini sınağa çəkmək və alyansın zəif tərəflərini müəyyənləşdirib, bundan istifadə etmək niyyətindədir. Lakin alyans bu təxribatlara qətiyyətlə, eyni zamanda, səbir və soyuqqanlılıqla cavab verərək Putinin məqsədlərinə çatmasına imkan verməyəcək.
Qeyd edək ki, “Hamburq” freqatı hazırda NATO-nun “Neptun Strike 25-3” genişmiqyaslı hərbi təlimində iştirak edir. Sentyabrın 26-dək davam edəcək bu çoxmillətli hərbi təlim Aralıq, Adriatik, Şimal və Baltik dənizlərini əhatə edir. Təlimə NATO-nun 13 üzv dövlətindən 10 mindən çox şəxsi heyət cəlb olunub.
24-09-2025, 19:47
Ermənistanda səs-küylü cinayət: Vardanyanın partiyasında olan müxalifətçini kim öldürüb?


Ermənistanda səs-küylü cinayət: Vardanyanın partiyasında olan müxalifətçini kim öldürüb?

Ermənistanın Armavir vilayətində yerləşən Parakar icmasının rəhbəri Volo­diya Qriqoryan silahlı hücum nəticəsində öldürülüb.
Hadisə ötən gecə baş verib və Ermənistan böyük rezonans doğurub. Qriqoryanla birlikdə Abarat vilayətinin kriminal polis idarəsinin zabiti Karen Abramyan da qətlə yetirilib. Daha bir nəfər isə yaralanıb.
Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan bildirib ki, polisə hadisə barədə məlumat saat 23:50-də daxil olub. Dərhal əməliyyat qrupu əraziyə göndərilib. Hazırda 100-dən çox polis əməkdaşı istintaq tədbirlərinə cəlb olunub. Onların sözlərinə görə, maskalı və əlcəkli şəxs küçədə dayanan üç nəfərə yaxınlaşaraq atəş açıb.
Volo­diya Qriqoryan mart ayında keçirilən bələdiyyə seçkilərində hakim “Vətəndaş müqaviləsi” partiyasının namizədini məğlub edərək Parakarın icma rəhbəri seçilib.
O, hazırda Bakıda mühakimə olunan erməni əsilli oliqarx Ruben Vardanyanın sponorluğu ilə yaradılan “Yaşamaq üçün ölkə” partiyasını təmsil edirdi. Qriqoryanın seçkidə qalib gəlməsi digərpartiyaların dəstəyi ilə mümkün olmuşdu.
Hadisə ilə bağlı hələlik konkret versiya irəli sürülməyib. Ermənistan mediasında bunun kriminal “hesablaşma” və ya siyasi motivli sui-qəsd ola biləcəyi ehtimalları müzakirə olunur.
Baş nazir Nikol Paşinyan “Facebook” səhifəsində hücumu qətiyyətlə pisləyib: “Hüquq-mühafizə orqanları qısa zamanda cinayətdə əli olan hər kəsi müəyyən etməlidir. Eyni zamanda, Parakarda baş verən zorakılıq hadisələrinin qarşısını almaq üçün hansı preventiv addımların atılmalı olduğu araşdırılacaq və nəticələrdən zəruri nəticələr çıxarılacaq”.
Son illər Ermənistanda kriminal qruplar arasında silahlı toqquşmalar tez-tez baş verir. Qriqoryanın öldürülməsi isə Ermənistanda siyasi sabitliyi sarsıda biləcək hadisə kimi qiymətləndirilir.
24-09-2025, 18:56
İran Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyir


İran Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyir

İran Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyir.
Bu barədə İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bildirib.
“İran sülh və stabilliyi dəstəkləyir. Biz inanırıq ki, region və dünyanın gələcəyi əməkdaşlıq, etimad və qarşılıqlı inkişaf əsasında qurulmalıdır. Bu çərçivədə İran Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir”, - Pezeşkian vurğulayıb.
24-09-2025, 18:15
Albaniya Prezidenti İlham Əliyevə təşəkkür etdi


Albaniya Prezidenti İlham Əliyevə təşəkkür etdi

Ermənistanla əldə edilmiş tarixi sülhə görə Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi təşəkkürümü bildirmək istəyirəm.
Bu sözləri Albaniya Prezidenti Bayram Beqay BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Çoxtərəflilik yolayrıcında: Çağırışlar və sülhə gedən yol” adlı yan tədbirdə çıxışı zamanı deyib.
“Bu onu göstərir ki, ən dərin münaqişələr belə, dialoq və əzmkarlıqla, barışıq və davamlı sülhə inanan ABŞ kimi tərəfdaşların dəstəyi ilə həll edilə bilər”, - deyə Albaniya Prezidenti vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!