Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
10-12-2025, 21:52
İsveçrədə yeni prezident seçildi


İsveçrədə yeni prezident seçildi

İsveçrə parlamenti iqtisadiyyat naziri Qi Parmeleni ölkənin 2026-cı il üçün prezidenti seçib.
O, bu vəzifədə maliyyə naziri Karin Keller-Satteri əvəzləyib.
Parmelen Federal Şuranın ən uzunmüddətli üzvüdür. O, 2021-ci ildə də prezident vəzifəsini icra edib. Sağçı İsveçrə Xalq Partiyasının üzvü olan Parmelen ixtisasca üzümçüdür.
İsveçrədə prezident vəzifəsi hər il Federal Şuranın yeddi üzvü arasında növbəlilik əsasında ötürülür.
İsveçrədə prezident vəzifəsi əsasən simvolik xarakter daşıyır.
10-12-2025, 18:20
907-ci düzəliş ləğv edilir - Proses başladı


907-ci düzəliş ləğv edilir - Proses başladı

ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna 907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsini təqdim edib.
Bu barədə məlumat Konqresin saytında yerləşdirilib
Qeyd edək ki, bu düzəliş ABŞ-ın Azərbaycana hərbi və maliyyə yardımı göstərməsini məhdudlaşdırır.
Xatırladaq ki, bu ilin avqust ayında ABŞ Prezidenti tərəfindən “Azadlığa dəstək qanununa” 907-ci düzəlişin tətbiqinin müvəqqəti olaraq dayandırılması ilə bağlı sərəncam imzalanıb. 1992-ci ildə qəbul olunmuş bu düzəliş Azərbaycana ABŞ dövlət yardımının göstərilməsini qadağan edir.
Rəsmi Bakı Azərbaycanla-ABŞ arasında münasibətlərin inkişaf perspektivləri, Azərbaycanın geniş regionda artan rolu nəzərə alınaraq, ABŞ tərəfinin bu düzəlişin tamamilə ləğv edilməsi istiqamətində əməli addımlar atacağına ümidvar olduğunu bəyan edib.
10-12-2025, 12:12

Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir


Azərbaycan-Slovakiya strateji

tərəfdaşlığı uğurla inkişaf edir



Son illərdə Azərbaycanın Avropa ölkələri ilə münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. 2024-cü ildə iki ölkə arasında Strateji Tərəfdaşlığın Qurulması
haqqında Birgə Bəyannamə imzalanıb. Bu da əlaqələri yeni səviyyəyə qaldırıb.
Azərbaycan-Slovakiya münasibətlərinin yüksək səviyyəyə çatmasında, hər iki ölkə liderlərinin əvəzsiz rolu var. Hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində bir-birini daim dəstəkləyir.
Slovakiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1990-cı illərin əvvəllərindən davamlı və sistemli şəkildə inkişaf edir.
Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb və iki ölkə arasında diplomatik münasibətlər rəsmi olaraq 1993-cü ildə qurulub.
Prezident İlham Əliyevin dekabr ayının 8-də Slovakiyaya ilk rəsmi səfəri də xüsusi əhəmiyyət daşıyır. Dövlət başçımızın bu səfəri demək olar ki, iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir addımdır. Səfər, eyni zamanda, regionun sabitliyinə, investisiya imkanlarının inkişafına və qarşılıqlı faydalı layihələrin təşviqinə hədəflənib.
Bütün istiqamətlər üzrə Azərbaycandan və Slovakiyadan müştərək komandalar fəal işləyir. Birgə iqtisadi işçi qrupu öz fəaliyyətini genişləndirir. Ənənəvi əməkdaşlıq sahəsi olan energetika üzrə konkret layihələr icra edilir. Keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilmişdir və Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər. Slovakiyanın Azərbaycandan qaz alması bu ölkənin enerji təhlükəsisliyinə töhfə verir. Bundan əlavə olaraq, eyni zamanda Bakı-Bratislava xəttinin strateji əhəmiyyətini artırır. Azərbaycanın zəngin qaz yataqları bu gün dünyanın bir çox ölkələrinə təbii qazın ixrac edilməsinə imkan verir.
Azərbaycan qazını almış ölkələrin sayı artıq 14-ə çatıb. Respublikamız boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdədir. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə edilməsi nəzərdə tutulub və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır.
Azərbaycan Prezidenti mətbuata bəyanatında hazırda Azərbaycanın ümumi qaz ixracının 25 milyard kubmetr səviyyəsində olduğunu, bunun da yarısının Avropa ölkələrinə nəql edildiyini vurğulayıb. Qeyd edib ki, bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur. Azərbaycanın qaz sənayesi inkişaf etdikcə ölkəmizin ixrac imkanları və beynəlxalq əməkdaşlığı daha da genişlənir. Bu proses Azərbaycanın regionda və Avropada həm də etibarlı enerji tərəfdaşı kimi mövqeyini möhkəmləndirir.
Azərbaycan xalqı sülhsevər xalqdır. Biz heç bir ölkə ilə müharibə aparmamışıq. 44 günlük müharibədə isə yalnız Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızı azad etmişik.
Slovakiya da Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşan ölkələrdəndir. 2025-ci ilin noyabr ayının 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın iştirakı bunun bariz nümunəsidir. Dövlət başçımız mətbuata bəyanatında paradda iştiraka görə Slovakiya dövlətinə minnətdarlığını bildirib. Qeyd edib ki, bu kimi jestlər bir daha onu göstərir ki, biz, sözün əsl mənasinda dost ölkələrik.
Respublikamızda müdafiə sənayesi sahəsində də bir sıra işlər görülür. Slovakiya ilə əməkdaşlıq sahələrindən biri də müdafiə sənayesi sahəsidir. Özüyeriyən artilleriya qurğuları, silah-sürsat və digər bu kimi məhsullar sahəsində böyük təcrübəyə malik olan Slovakiyadan Azərbaycan üçün texnologiya ötürülməsi, bu sahədə birgə işləmək və birlikdə istehsal edilən məhsulları üçüncü ölkəyə satmaq qarşıda duran əsas prioritetlərdən biridir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev: “Biz bu sahədə əməkdaşlığı sənayenin inkişafı nöqteyi-nəzərindən görürük. Biz müharibə aparmaq fikrində deyilik. Yəni, bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də ki, bu, texnoloji inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcəkdir. Biz bu istiqamətdə konkret layihələr üzərində çalışırıq”.
Onu da qeyd edək ki, İşğaldan azad olunmuş ərazilərimizdə digər dost, qardaş ölkələrin şirkətləri arasında Slovakiya şirkətləri də var. Onlar da şəhər və kəndlərimizin yenidən canlanması üçün öz töhvələrini verirlər.
Dövlət başçımız Azərbaycanın eyni zamanda, bu gün Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynadığını və infrastruktura, bağlantılara, nəqliyyat sektoruna qoyduğumuz sərmayənin Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilməsinə imkan verdiyini söyləyib. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrutun Azərbaycan ərazisindən keçdiyini vurğulayıb.
Dövlət başçısı bəyanatında enerji sahəsinə də toxunub, qeyd edib ki, “Bu gün Azərbaycanda istifadə olunmayan enerji potensialı təxminən 2 giqavata bərabərdir və növbəti beş il ərzində bu, 8 giqavata çatdırılacaq. Təbii ki, süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyi əsas amillərdən biridir. Əlbəttə ki, iqlim də burada önəmli amildir. Baxmayaraq, biz Cənub ölkəsiyik, amma bizim çox soyuq bölgələrimiz də var ki, orada ilin böyük hissəsində şaxtalı hava şəraiti mövcuddur. Ona görə beynəlxalq data mərkəzləri habı kimi biz öz rolumuzu görürük və Slovakiya şirkətləri ilə bu istiqamətdə çalışmaq fikrindəyik”.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin Baş redaktoru
10-12-2025, 00:18
CHP-də qalmaqallı istefa


CHP-də qalmaqallı istefa

Türkiyədə Cumhuriyyət Xalq Partiyasının (CHP) Mersin millət vəkili Hasan Ufuk Çakır partiya üzvlüyündən istefa etdiyini açıqlayıb.
Bu barədə o, özünün sosial media hesabında yazıb.
Çakır bəyanatında bildirib ki, partiya daxilində səsləndirdiyi tənqidlər səbəbindən onun üzvlükdən çıxarılması üçün Partiya Məclisinə (PM) göndərildiyini öyrənib. Millət vəkili bu prosesin nəticəsini gözləmədən, öz iradəsi ilə CHP-dən ayrıldığını vurğulayıb:
10-12-2025, 00:04
Almaniyada Rusiya kabusu - casusluq artıb


Almaniyada Rusiya kabusu - casusluq artıb

Almaniya Silahlı Qüvvələri (Bundesver) üçün təhlükə səviyyəsi son illərin ən yüksək həddinə çatıb.
Bundesverin Hərbi Kəşfiyyat Xidməti açıqladığı hesabatda casusluq və təxribat cəhdlərinin xeyli artdığını, xüsusilə Rusiya mənbələrindən təhlükənin gücləndiyini bildirib. Hesabatda xarici kəşfiyyat xidmətlərinin mövcud bütün vasitələrdən istifadə edərək məlumat toplamaq, təsir göstərmək, dezinformasiya yaymaq və öz ölkələrinin maraqlarını qorumaq üçün fəaliyyət göstərdiyi qeyd olunub. Hətta bəzi xarici kəşfiyyat xidmətlərinin qətl və ya oğurluq əməliyyatlarından belə çəkinmədikləri barədə xəbərdarlıq edilib.
Qurumun casusluğa qarşı müdafiə şöbəsi illərdir ən yüksək şübhəli hadisələr səviyyəsini qeydə alıb. Rusiya və Çin əsas təhlükə mənbələri kimi qiymətləndirilib. Qeyd olunub ki, hibrid əməliyyatlar artıq daimi gündəmdədir.
Hesabatda ordu sıralarında sağçı ekstremizm hallarının da artmaqda olduğu bildirilir. Qeyd edilib ki, bununla əlaqədar keçən il rekord sayda - təxminən 68 min təhlükəsizlik yoxlaması aparılıb. Ötən il bu sahədə yeni hadisələrin sayı 34 faiz artaraq 413-ə çatıb. Bu rəqəm 2023-cü ildə 308 olub. “İmperiya vətəndaşları” (Reichsbürger) qrupu və sol ekstremizm əlaqələri ilə bağlı halların azaldığı bildirilib. Beynəlxalqyönümlü ekstremizm, xüsusilə Ukrayna müharibəsi ilə bağlı halların isə sabit qaldığı vurğulanıb.
9-12-2025, 22:44
Tramp Zelenskiyə bir neçə gün vaxt verdi


Tramp Zelenskiyə bir neçə gün vaxt verdi

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskiyə təqdim etdiyi “sülh planı” ilə bağlı cavab verməsi üçün “bir neçə gün” vaxt verib.
Bu barədə “The Financial Times” məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Zelenski Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşnerin ondan “tez qərar” tələb etdiyini bildirib. Tramp isə ümid edir ki, tərəflər razılaşmanı katoliklərin Milad bayramına qədər yekunlaşdıra biləcək.
ABŞ lideri dünənki açıqlamasında Zelenskinin hələ də “sülh planı” ilə tanış olmamasından məyus olduğunu söyləyib.
9-12-2025, 21:53
Mən həmişə seçkilərə hazıram - Zelenski


Mən həmişə seçkilərə hazıram - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın Ukraynada seçki keçirilməsi ilə bağlı çağırışına cavab verib.
Zelenski bu barədə Romada İtaliyanın Baş naziri Corciya Meloni ilə görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Ukrayna prezidenti seçkilərin keçirilməsinə hər zaman hazır olduğunu deyib.
"Mən həmişə seçkilərə hazıram", - o bildirib.
9-12-2025, 21:51
Türkiyənin tanınmış jurnalisti saxlanıldı


Türkiyənin tanınmış jurnalisti saxlanıldı

Türkiyənin tanınmış jurnalisti Mehmet Akif Ersoy saxlanılıb.
O, "Habertürk TV"nin baş redaktoru olaraq fəaliyyət göstərir.
Jurnalistin hansı səbəblə saxlandığı məlum deyil.
9-12-2025, 20:40
Paşinyan kanslerlə bəyannamə imzaladı


Paşinyan kanslerlə bəyannamə imzaladı

Berlində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Almaniyanın federal kansleri Fridrix Mers arasında görüş keçirilib.
Bu barədə Armenpress agentliyi məlumat yayıb.
Paşinyan və Almaniyanın kansleri iki ölkə arasında ikitərəfli tərəfdaşlığın strateji gündəliyinə dair Birgə Bəyannamə imzalayıblar.
9-12-2025, 00:44
Tramp Çin lideri ilə danışıqlar apardı


Tramp Çin lideri ilə danışıqlar apardı

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə telefonla danışıb.
Dövlət başçısı danışığın bu yaxınlarda baş tutduğunu deyib. ABŞ Prezidenti müzakirələrin mövzusunu və dəqiq tarixini açıqlamayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!