Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                        Pakistanda İranın maraqlarını müdafiə edirik - Pezeşkian .....                        Kürdə suyun səviyyəsi yüksəldi .....                        Türkiyədə polis əməliyyatları - 722 nəfər saxlanıldı .....                        İraqın yeni kürd prezidenti - Nizar Amidi .....                       
20-07-2025, 18:10
Putin Kremldə Laricani ilə görüşdü


Putin Kremldə Laricani ilə görüşdü

Rusiya Prezidenti Vladimir Putin bazar günü Kremldə İranın ali liderinin baş müşaviri Əli Laricanini qəbul edib.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“İran nümayəndəsi öz rəhbərlərinin göstərişi ilə Yaxın Şərqdə və İranın nüvə proqramı ətrafında gərginləşən vəziyyəti dəyərləndirib. Rusiya tərəfi də regionda vəziyyətin sabitləşdirilməsinə və İranın nüvə proqramı ilə bağlı məsələlərin siyasi həllinə yönəlmiş məlum mövqelərini ifadə edib”, - Peskov bildirib.
20-07-2025, 17:41
Netanyahu xəstələndi - Evdən işləyəcək


Netanyahu xəstələndi - Evdən işləyəcək

İsrail baş naziri Binyamin Netanyahu iyulun 20-nə keçən gecə özünü pis hiss edib və həkimə müraciət edib.
Müayinənin nəticəsində ona bağırsaq iltihabı diaqnozu qoyulub.
Məlumata görə, narahatlığın səbəbi "xarab olmuş qidanın qəbulu" olub.
"Əlavə yoxlamalardan sonra baş nazirin vəziyyəti yaxşı qiymətləndirilib. Hazırda o, xəstəliklə əlaqədar yaranan susuzluq nəticəsində itirilmiş mayenin bərpası üçün venadaxili müalicə alır", - məlumatda qeyd olunur.
Dəftərxanadan bildirilib ki, həkimlərin göstərişlərinə uyğun olaraq Netanyahu növbəti üç günü evində keçirəcək və oradan dövlət işlərini idarə etməyə davam edəcək.
20-07-2025, 16:57
Rusiya-Ukrayna danışıqları yenidən İstanbulda


Rusiya-Ukrayna danışıqları yenidən İstanbulda

İstanbul Rusiya və Ukrayna arasında danışıqların növbəti mərhələsinə ev sahibliyi edəcək.
Bu barədə TASS agentliyi öz mənbələrinə istinadən xəbər verib.
"Bəli, İstanbul məqbul məkandır", - mənbə bildirib.
20-07-2025, 16:27
İran HHM sistemini yenidən qurdu


İran HHM sistemini yenidən qurdu

İran 12 günlük müharibə zamanı İsrailin Hərbi Hava Qüvvələri və ölkə daxilində yaradılmış gizli bazadan buraxılan pilotsuz uçuş aparatları vasitəsi ilə sıradan çıxardığı hava hücumundan müdafiə (HHM) sistemini yenidən qurduğunu bəyan edib.
Bunu İran Ordusunun Əməliyyat İdarəsinin rəis müavini kontr-admiral Mahmud Musəvi bildirib.
Mahmud Musəvi deyib ki, İsraillə müharibə zamanı zədələnmiş hava hücumundan müdafiə qurğuları əvəzlənib və hazırda ölkənin hava məkanı nəzarət altındadır.
20-07-2025, 13:34
Gürcüstanın AB-yə üzvlüyü dayandırıldı, hökumət tanınmadı


Gürcüstanın AB-yə üzvlüyü dayandırıldı, hökumət tanınmadı

Gürcüstanın Avropa Birliyinə üzvlük istiqamətində irəliləyişi Avropa Parlamentinin ölkənin hazırkı hökumətini legitim kimi tanımaması səbəbindən dayandırılıb.
Bu barədə Avropa Parlamentinin rəsmi X hesabında yayılan bəyanatda bildirilib.
"Gürcüstan hökuməti avtoritar kursunu dəyişməsə, AB-yə daxil ola bilməyəcək", - bəyanatda vurğulanıb.
Qeyd olunur ki, Avropa Parlamenti gürcü xalqını dəstəkləyir, lakin Gürcüstanın hazırkı hakimiyyətini tanımır.

20-07-2025, 11:30
Rusiyanın 9 vilayətinə kütləvi PUA hücumu


Rusiyanın 9 vilayətinə kütləvi PUA hücumu

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində 93 ədəd Ukrayna PUA-sını vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Bryansk vilayətində 38, Moskva regionunda 19, Kaluqa vilayətində 11, Tula vilayətində 8, Orlov və Nijeqorod vilayətlərində 5, Qara dəniz üzərində 3, Kursk vilayətində 2, Belqorod və Ryazan vilayətlərində isə 1 PUA məhv edilib.
19-07-2025, 22:01
Körfəzdə faciə - 34 nəfər öldü


Körfəzdə faciə - 34 nəfər öldü

Vyetnamın Halonq körfəzində 53 nəfərin olduğu “Wonder Sea” adlı gəmi çevirilib.
Hadisə nəticəsində azı 34 nəfər həyatını itirib, 11 nəfər isə xilas edilib.
Gəmidə 48 turist və 5 ekipaj üzvü olub.
19-07-2025, 17:00
Paşinyan Pezeşkianı Ermənistana dəvət etdi


Paşinyan Pezeşkianı Ermənistana dəvət etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti Məsud Pezeşkianı İrəvana rəsmi səfərə dəvət edib.
Paşinyan bu təkliflə iranlı həmkarı ilə telefon danışığı zamanı çıxış edib.
Məlumata görə, Paşinyan İsraillə müharibədə ölənlərlə bağlı İran Prezidentinə başsağlığı verib. Bundan əlavə, ikitərəfli, regional və beynəlxalq gündəmdəki vacib məsələlər müzakirə olunub.
19-07-2025, 16:51
Ukraynaya "Abrams" tankları verildi - 160 milyonluq...


Ukraynaya "Abrams" tankları verildi - 160 milyonluq...

Avstraliya 160 milyon dollarlıq hərbi yardım paketi çərçivəsində "Abrams" tanklarının böyük hissəsini Ukraynaya təhvil verib.
Bu barədə Avstraliya hökuməti bəyanat yayıb.
Müdafiə naziri Riçard Marles deyib ki, Ukrayna artıq 49 tankın çoxunu alıb, digərlərinin yaxın aylarda çatdırılması planlaşdırılır.
Nazir vurğulayıb ki, "Abrams" tankları Ukraynanın Rusiyanın qeyri-qanuni işğalına qarşı davam edən mübarizəsinə mühüm töhfə verəcək.
19-07-2025, 16:40
İranda güclü partlayış


İranda güclü partlayış

İranda Abadan neft emalı zavodunun bölmələrindən birində güclü partlayış baş verib.
Hadisə yerinə fövqəladə hallar, yanğınsöndürmə və xilasedicilər cəlb olunub.
Partlayışdan sonra başlayan yanğının lokallaşdırılması üçün bütün qüvvə və vasitələr səfərbər edilib. Hadisənin səbəbi və digər təfərrüatlar hələlik məlum deyil.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!