Bakıda restoranda yanğın - İşçilər tüstüdən zəhərləndi .....                        Sədərək rayonunda partlayış - 2 nəfər öldü .....                        Tailandın xarici işlər naziri istefa verdi .....                        Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək - Peskov .....                        Muxtar Babayev G7 nazirlər toplantısında iştirak etdi .....                        Azərbaycana dəstəyinə görə minnətdarıq - Ukraynanın yeni səfiri .....                        Qəzzada ölənlərin sayı açıqlandı .....                        Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır - Ermənistan XİN .....                        Stokholmda yenə Quran yandırdılar .....                       
4-05-2023, 11:30
Ermənistanda etiraz aksiyası - Paşinyanın şəkilləri qırmızıya boyandı

Ermənistanda etiraz aksiyası - Paşinyanın şəkilləri qırmızıya boyandı

Ermənistan Nazirlər Kabinetinin binası yaxınlığında etiraz aksiyası keçirilir. Aksiyada iştirak edənlər hökumətin Qarabağla bağlı siyasətindən, Bakı və Ankara ilə münasibətlərin normallaşması prosesindən narazılığını bildirib. Etirazçılar hökumət rəsmilərinin, xüsusən də Paşinyan və onun həyat yoldaşının fotoşəkillərinin üzərinə qırmızı boya töküb. Əraziyə polis cəlb edilib və hökumət binasının girişində polis kordonu yaradılıb.
3-05-2023, 23:01
Əks-hücumdan sonra bizə qırıcı təyyarələr veriləcək - Zelenski

Əks-hücumdan sonra bizə qırıcı təyyarələr veriləcək - Zelenski

"Ukrayna əks-hücumdan sonra Qərbin qırıcı təyyarələrini alacaq". Bunu finlandiyalı həmkarı ilə birgə mətbuat konfransı keçirən Ukrayna prezidenti Volodimir Zelenski deyib. "Tezliklə əks-hücum olacaq. Bundan sonra isə əminəm ki, bizə təyyarələr veriləcək. İstərdim ki, tərsinə olsun, çünki bu, bizim üçün daha asan olardı. Amma vəziyyət belədir. Biz buna görə minnətdarıq”, - o qeyd edib. Xatırladaq ki, Zelenski Helsinkidə səfərdədir.
3-05-2023, 20:30
Azərbaycanla aramızda hər hansı sənəd imzalansa, şad olaram - Paşinyan

Azərbaycanla aramızda hər hansı sənəd imzalansa, şad olaram - Paşinyan

İyunun 1-də Ermənistanla Azərbaycan arasında hər hansı sənəd imzalansa, şad olaram. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Mayın 3-də parlamentdə “Ermənistan” fraksiyasından olan deputat Qeqam Manukyan baş nazirə ABŞ-Azərbaycan-Ermənistan, habelə Rusiya-Azərbaycan-Ermənistan rəsmiləri arasında üçtərəfli görüşlə bağlı sual verib. Paşinyan deputatın sualına cavab olaraq bildirib ki, onun parlamentə təqdim etdikləri Vaşinqtonda müzakirə olunur: "Masada Ermənistan-Azərbaycan sülh müqaviləsi ilə bağlı təkliflər sənədi var. Mən Xarici İşlər Nazirliyinə tapşırdım ki, sizi Azərbaycanın və Ermənistanın təklifləri ilə, bu sənədlə tanış etsin, siz istəmədiniz". Müxalif deputat Praqada keçirilən görüş formatında, Vaşinqtonda müzakirə olunan sənəd əsasında iyunun 1-də Kişinyovda Azərbaycan və Ermənistan arasında hər hansı sənədin imzalanmasının mümkün olub-olmadığını soruşub. "Belə olsa, çox sevinərəm. Bunlar pis xəbər deyil, yaxşı xəbərlərdir. Danışıqlar davam etdiyi üçün deyəcəyim hər hansı müsbət və ya mənfi şərh onların gedişatına təsir edəcək. Mən Vaşinqtona səfər edən rəsmilərə dedim ki, sərbəst danışıqlar aparsınlar və ictimaiyyətə açıqlanan fikirlərimiz çərçivəsində vurğuladım - siz bilməlisiniz ki, Azərbaycanla danışıqlar apardığınız sənədi mən imzalayacam”, - Paşinyan bildirib.

3-05-2023, 18:00
Sabitliyin əsas təminatı regionda sülhdür və bu mümkündür - Paşinyan

Sabitliyin əsas təminatı regionda sülhdür və bu mümkündür - Paşinyan

Regionda təhlükəsizlik sistemi deformasiyaya uğrayıb, Ermənistan sabitliyini təmin etmək üçün yeni üsullar və komponentlər axtarır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində deyib. "Əvvəllər mövcud olan təhlükəsizlik sistemi effektiv işləmir və hökumətin strateji vəzifəsi çağırışları idarə etmək və neytrallaşdırmaqdır. İndi rəsmi İrəvan öz təhlükəsizliyini təmin etmək üçün əlavə komponentlər axtarır. Ancaq yenə də tam təminat verilmir, bəzi təminatlar yeni risklərin yaranmasına səbəb ola bilər", - o qeyd edib. "Sabitliyin əsas təminatı regionda sülhdür və bu mümkündür. İndi biz Ermənistan dövləti və xalqı üçün məqbul olan parametrlər hazırlamalıyıq, ehtiyatlılıq və çeviklik nümayiş etdirməliyik", - deyə Paşinyan vurğulayıb.
3-05-2023, 16:30
İran prezidenti suriyalı həmkarıyla görüşdü

İran prezidenti suriyalı həmkarıyla görüşdü

Dəməşqdə səfərdə olan İran prezidenti İbrahim Rəisi suriyalı həmkarı Bəşər Əsədlə görüşüb. Bu barədə Suriyanın rəsmi SANA agentliyi məlumat yayıb.

3-05-2023, 15:00
Rusiya XİN Vaşinqton görüşünə münasibət bildirdi

Rusiya XİN Vaşinqton görüşünə münasibət bildirdi

"Azərbaycan-Ermənistan danışıqları Rusiyanın deyil, başqa ölkənin iştirakı ilə keçirilir. Buna görə həmin danışıqlarda baş verən proseslər barədə birbaşa iştirakçılardan maraqlanmaq lazımdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ənənəvi mətbuat brifinqində deyib. O qeyd edib ki, rəsmi Moskva danışıqların başa çatmasından sonra proses barədə öz şərhini verəcək. "Azərbaycan və Ermənistan XİN başçılarının Rusiyada görüşünün keçirilməsi məsələsinə gəlincə, biz bu barədə artıq danışmışıq. İrəvan və Bakı görüşün Moskvada keçirilməsinə hazır olduqlarını təsdiqləyiblər. Görüşün vaxtı barədə daha sonra məlumat veriləcək", - deyə Zaxarova vurğulayıb.
3-05-2023, 14:00
Vaşinqtona görə mövzu təhlükə probleminə çevrilib - Rusiya XİN

Vaşinqtona görə mövzu təhlükə probleminə çevrilib - Rusiya XİN

"Son illərdə biotəhlükəsizliyin təmin edilməsi beynəlxalq gündəmdə xüsusilə aktuallaşıb". Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bunu keçirdiyi brifinq zamanı bildirib. O, biotəhlükəsizlik sahəsində əməkdaşlıq haqqında KTMT Xartiyasına dəyişikliklər haqqında da danışıb. "Vaşinqtonun səyləri sayəsində bu mövzu təhlükəsizlik problemindən təhlükə probleminə çevrilib", - sözçü qeyd edib.
3-05-2023, 12:00
İrəvan bizi aldada bilməz - Türkiyə XİN

İrəvan bizi aldada bilməz - Türkiyə XİN

Türkiyənin xarici işlər naziri Cənubi Qafqazla bağlı diqqətçəkən açıqlamalar verib. O, NTV-yə müsahibəsi zamanı bu mövzuya toxunub. Nazir bildirib ki, Türkiyə Ermənistanla normallaşma prosesində səmimiyyət nümayiş etdirir. "Lakin Ermənistanda “Nemezis” əməliyyatına abidə ucaldılır. Bunu qəbul edə bilmərik. Biz cavab olaraq uyğun addım atdıq və ölkəmizin hava məkanını Ermənistana qapatdıq. İrəvan bizi aldada bilməz. Ehtiyac yaransa, zərurət olsa, digər addımları da nəzərdən keçirə bilərik. Azərbaycan da normallaşmanın tərəfdarıdır. Amma Ermənistan tərəfi Qarabağa silah-sursat daşımaqla gərginliyə səbəb olur”, - deyə XİN başçısı vurğulayıb. Çavuşoğlu Ermənistanın Qarabağ müharibəsindəki məğlubiyyəti qəbul edə bilmədiyini bəyan edib. Türkiyə XİN başçısı çıxışı zamanı Avropa İttifaqını da tənqid edib.
3-05-2023, 11:30
ABŞ Rusiyanın bu ərazisini ələ keçirmək arzusundadır - Petruşev

ABŞ Rusiyanın bu ərazisini ələ keçirmək arzusundadır - Petruşev

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev qəribə iddia səsləndirib. O, ABŞ-ın Rusiyanın Sibir regionunu işğal etmək niyyətində olduğunu bildirib. "ABŞ Yellouston supervulkanının püskürəcəyi təqdirdə Sibirdə təhlükəsiz yer tapmaq üçün Rusiyanın bu ərazisini ələ keçirmək arzusundadır", - deyə o söyləyib. Qeyd edək ki, Patruşev vaxtaşırı bu cür iddiaları gündəmə gətirir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!