Bakının mərkəzində ağac avtobusun üstünə aşdı .....                        "Fənərbaxça" "Beşiktaş"ı məğlub etdi .....                        Meral Akşenerin yerinə o seçildi .....                        Hakan Fidan yunan həmkarı ilə görüşdü .....                        Cəsədi 7 gün sonra tapılan İbrahimin fotosu yayıldı .....                        “Mülki əhali demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir” - Hikmət Hacıyev .....                        Daha bir cüdoçumuz Avropa çempionu oldu .....                        Eldar MƏMMƏDBƏYLİNIN poetik dünyası .....                        Bakı metrosunda sərnişin öldü .....                       
2-05-2023, 18:00
İsrail raket atəşinə tutuldu


İsrail raket atəşinə tutuldu

İsrailin cənubuna 20-dən çox raket atılıb. Sderot və Qəzza ilə həmsərhəd yaşayış məntəqələrinə raket zərbələri endirib. Bildirilib ki, nəticədə 3 nəfər yaralanıb. Biri ağır, iki nəfər isə orta dərəcəli xəsarətlərlə Aşkelondakı Barzilay xəstəxanasına aparılıb. Hadisə ilə bağlı Müdafiə Nazirliyində əməliyyat müşavirəsi keçirilib.
2-05-2023, 15:00
Gürcüstanda silahlı insident qeydə alınıb


Gürcüstanda silahlı insident qeydə alınıb

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində naməlum şəxslər avtomobillə yaxınlaşaraq bir nəfəri güllələyiblər. Bu barədə "Sputnik Georgia" məlumat yayıb. İlkin məlumatlara görə, Pirosmani küçəsində baş verən hadisə zamanı ümumilikdə 3 güllə atılıb. Bundan sonra avtomobil avtobusa çırpılıb və daha sonra hadisə yerindən uzaqlaşıb. Qeyd olunub ki, yaralı xəstəxanaya çatdırılıb, polis hadisə yerindədir. Səbəblər araşdırılır.
2-05-2023, 14:30
Vaşinqton görüşünə Kremldən reaksiya


Vaşinqton görüşünə Kremldən reaksiya

Kreml Azərbaycan və Ermənistan XİN başçıları arasında ABŞ-da keçirilən görüşə münasibət bildirib. Bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında danışıb. "Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli razılaşmalar istisna olmaqla, problemin nizamlanması üçün başqa hüquqi əsaslar yoxdur. İrəvanla Bakı arasında vəziyyətin nizamlanmasına yardımı alqışlamaq olar, ancaq yuxarıda qeyd olunan razılaşmalar əsasında", - Kreml rəsmisi əlavə edib. Qeyd edək ki, mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar başlayıb. Blinken əvvəlcə Ararat Mirzoyan, sonra Ceyhun Bayramovla görüşüb, ardınca üçtərəfli görüş keçirilib. Görüşlər zamanı regionda təhlükəsizlik vəziyyəti, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələlər müzakirə olunub.
2-05-2023, 14:00
İsrailin XİN rəhbəri Avropa Parlamentinin prezidenti ilə görüşdü


İsrailin XİN rəhbəri Avropa Parlamentinin prezidenti ilə görüşdü

İsrailin xarici işlər naziri Eli Kohen Avropa Parlamentinin prezidenti Roberta Metsola ilə görüşüb. Kohen bu barədə twitter səhifəsində yazıb. Bildirilib ki, görüşdə İrana qarşı iqtisadi və siyasi sanksiyaların genişləndirilməsi vurğulanıb. İranın nüvə enerjisinə qarşı qətiyyətli mübarizənin təşviq edilməsi yolları müzakirə edilib. "SEPAH-ın terror təşkilatları siyahısına əlavə etməyi də müzakirə etdik", - deyə Kohen qeyd edib.
2-05-2023, 10:00
Ukrayna Rusiya təcavüzkarına cavab verməlidir - Polşa prezidenti


Ukrayna Rusiya təcavüzkarına cavab verməlidir - Polşa prezidenti

"Mən Polşanın maraqlarını güdürəm və burada məqsəd Ukraynanın qələbəsidir. Bunu Polşa prezidenti Anjey Duda ölkəsinin Ukraynaya hərbi yardımı haqqında danışarkən deyib. "Mən Polşanın maraqlarını güdürəm, odur ki, Ukrayna Rusiya təcavüzkarına cavab verməlidir. Ona görə də biz hərbi yardımla bağlı qərarlar qəbul edirik. Biz mehriban qonşuluq nümayiş etdirdik, polyakların möhtəşəm jesti sayəsində biz beynəlxalq arenada nüfuz qazandıq.”, - o bildirib. Qeyd edək ki, Polşa Şərqi Avropa regionunda Ukraynaya hərbi yardımın əsas logistik mərkəzi hesab olunur.
1-05-2023, 18:30
İsveçrə bu vəzifədə Rusiyanı əvəz edəcək


İsveçrə bu vəzifədə Rusiyanı əvəz edəcək

BMT Təhlükəsizlik Şurasına bu ay İsveçrə rəhbərlik edəcək. Bu barədə İsveçrə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, İsveçrə bu vəzifədə Rusiyanı əvəz edəcək. “İsveçrə bu gündən BMT Təhlükəsizlik Şurasına sədrlik edir”, - nazirliyin açıqlamasında qeyd olunub. Xatırladaq ki, Rusiya aprel ayında BMT Təhlükəsizlik Şurasına sədrlik edib.
1-05-2023, 18:00
Ermənistanın XİN rəhbəri Blinkenlə görüşdü


Ermənistanın XİN rəhbəri Blinkenlə görüşdü

Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken arasında görüş keçirilib. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bildirilib ki, tərəflər regiondakı son vəziyyəti, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi müzakirə ediblər. Qeyd edək ki, bu gün Blinkenin Azərbaycan XİN başçısı Ceyhun Bayramovla da görüşü keçiriləcək. Sonra üçtərəfli formatda görüşün baş tutması nəzərdə tutulub.
1-05-2023, 17:30
Türkiyənin yerli istehsal döyüş təyyarəsinin adı açıqlandı


Türkiyənin yerli istehsal döyüş təyyarəsinin adı açıqlandı

Türkiyənin yerli istehsal döyüş təyyarəsinin adı açıqlanıb. Təqdimat mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak ilə keçirilib. O, milli döyüş təyyarəsinin "Kaan" adlandırıldığını bildirib. "Hal-hazırda Hürjet və KAAN-ımız qarşımızdadır. Ölkəmizə xeyirli-uğurlu olsun", - Ərdoğan deyib. Qeyd edək ki, TUSAŞ şirkəti tərəfindən hazırlanan döyüş təyyarəsinin bu ilin sonunda ilk sınaqları keçiriləcək.
1-05-2023, 15:00
İranın bu ölkədəki səfirliyi və konsulluğu yenidən bərpa olundu


İranın bu ölkədəki səfirliyi və konsulluğu yenidən bərpa olundu

İranın Ər-Riyaddakı səfirliyi, o cümlədən Ciddədəki baş konsulluğu və İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndəliyi fəaliyyətini bərpa edib. Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani "IRIB" nəşrinə bildirib. “İran İslam Respublikasının üç nümayəndəliyi, Ər-Riyaddakı səfirliyi, baş konsulluğu və İranın Ciddədəki İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndəliyi adi rejimdə fəaliyyətə başlayıb”, - deyə Kənani qeyd edib. O, vurğulayıb ki, bu, nümayəndəliklərin işinin bərpasının ilk mərhələsidir. XİN rəsmisi onların göstərilən müddətdə tam həcmdə işə başlayacağına ümid etdiyini qeyd edib.
1-05-2023, 14:30
Tbilisi merindən açıqlama: “Gürcüstan hakimiyyəti onlar üçün problemdir..”


Tbilisi merindən açıqlama: “Gürcüstan hakimiyyəti onlar üçün problemdir..”

Tbilisi meri Kaxa Kaladze Rusiyaya qarşı sanksiyaları rədd etdiyi üçün Gürcüstana Avropa İttifaqına namizəd statusunun verilmədiyini deyib. Kaladze bunu müharibə ilə əlaqələndirib. "Namizəd statusunun verilməsindən imtina siyasi qərar idi və cəmiyyət bunun niyə baş verdiyini çox gözəl anladı. Gürcüstan hakimiyyəti onlar üçün problemdir, çünki sanksiyalara qoşulmur, müharibəyə başlamır, müharibədə ikinci cəbhə açmır", - deyə o qeyd edib. Tbilisi meri əlavə edib ki, hakimiyyət namizəd statusu almaq üçün Gürcüstana təqdim edilmiş 12 tövsiyənin icrası üzərində diqqətlə işləyir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!