Gürcüstanın baş naziri: “Bizim yolumuz yalnız Avropa İttifaqınadır” .....                        Prezident Şuşanın azad edilməsindən danışdı: “...bu sıldırım qayalara dırmaşaraq...” .....                        Saxlanılan eks-deputat sərbəst buraxıldı .....                        Ceyhun Bayramovla Ararat Mirzoyan razılığa gəldilər .....                        Zakir Həsənov Prezidentin xəbərdarlığı ilə bağlı göstərişlər verdi .....                        Sabahın havası .....                        Daha bir tələbə qəfil vəfat etdi .....                        Ermənistanda etirazlar davam edir: bu gün 50 nəfər saxlanılıb .....                        Prezident və birinci xanım Şuşadakı “Xarıbülbül” Festivalının açılışında .....                       
5-05-2023, 11:00
ABŞ yenidən Əfqanıstanın işlərinə qarışmağa çalışır - Lavrov


ABŞ yenidən Əfqanıstanın işlərinə qarışmağa çalışır - Lavrov

"Rusiya Federasiyası Ukrayna pilotsuz təyyarələrinin Kremlə hücum cəhdinə danışmaqla deyil, konkret addımlarla cavab verəcək". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Ukraynadakı problemləri yalnız Donbassdakı təmas xəttini “dondurmaqla” həll etmək olmaz. Zelenski hər şeyi edir ki, özünə hörmət edən hər hansı ölkə Ukrayna ilə ünsiyyət qurmaq istəməsin. ŞƏT ölkələri arasında hesablaşmalarda milli valyutalardan istifadənin artırılması işi dayandırıla bilməz. İyun-iyul aylarında ŞƏT sammitinin keçirilməsi planlaşdırılır, qrafik yekunlaşdırılır. ŞƏT Nazirlər Şurasının iclası çərçivəsində həmsöhbətlərim Ukraynanın dronlarının Kremlə hücumunu pisləyib. Pakistan danışıqlar ərəfəsində birbaşa olaraq Kremlə hücumu pisləyib. ŞƏT Nazirlər Şurasında tərəflər ŞƏT-Əfqanıstan qrupunun işini aktivləşdirmək barədə razılığa gəliblər", - deyə Lavrov söyləyib. "ABŞ yenidən Əfqanıstanın işlərinə qarışmağa çalışır. Rusiya Federasiyası Vaşinqtonun Əfqanıstan ətrafındakı regiona ABŞ hərbi infrastrukturunu daxil etmək cəhdlərinə qarşı çıxacaq", - o əlavə edib. Qeyd edək ki, Kremlin iddiaları Ukrayna tərəfindən qəti şəkildə təkzib olunub. Rəsmi Kiyev Kremlə hücum barədə heç bir məlumata malik olmadığını bəyan edib.
5-05-2023, 10:40
Paşinyan çexiyalı həmkarı ilə bir sıra məsələləri müzakirə etdi


Paşinyan çexiyalı həmkarı ilə bir sıra məsələləri müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyanın başçılıq etdiyi nümayəndə heyəti Çexiyanın baş naziri Petr Fiala ilə Laçın dəhlizi ətrafındakı vəziyyətlə bağlı bir sıra məsələləri müzakirə edib. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Ermənistanın parlament fraksiyasının katibi Artur Hovanisyan sosial şəbəkədə bildirib ki, görüş zamanı həmçinin Ermənistan-Çexiya əməkdaşlığının dərinləşdirilməsinə dair bəyanat imzalanıb. Ermənistan İqtisadiyyat Nazirliyinin mətbuat xidməti isə xəbər verir ki, Praqada Ermənistan-Çexiya hökumətlərarası komissiyasının protokolu da imzalanıb və ticarət-iqtisadi məsələlər müzakirə edilib. Qeyd edək ki, Paşinyan Çexiyada səfərdədir.
5-05-2023, 10:30
ABŞ-dan İrana tələb


ABŞ-dan İrana tələb

ABŞ İrandan neft tankerini dərhal sərbəst buraxmağı tələb edir. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel açıqlama verib. “İranın gəmiləri təqib etməsi, regional və beynəlxalq sularda gəmiçilik hüquqlarına müdaxiləsi beynəlxalq qanunlara ziddir və region ölkələrinin sabitliyini və təhlükəsizliyini pozur”, - deyə o əlavə edib. Patel, ABŞ və dünya ictimaiyyətinin İranı ələ keçirdiyi gəmini azad etməyə çağırdıqlarını vurğulayıb. Xatırladaq ki, ABŞ mayın 3-də İranın İslam İnqilabı Keçikçiləri Korpusunun Hörmüz boğazında Panama bayrağı altında üzən neft tankerini ələ keçirməsi barədə məlumat yaymışdı. Tanker Dubay limanını tərk edərək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Füceyrə şəhərinin limanına doğru hərəkət edərkən, bir neçə SEPAH gəmisi onu mühasirəyə alıb. Bundan sonra tanker İranın ərazi suları istiqamətində kursunu dəyişməyə məcbur edilib, Bəndər Abbas limanın yönəldilib.
4-05-2023, 14:45
Çexiya İrəvana yardım göstərəcəyini vəd etdi


Çexiya İrəvana yardım göstərəcəyini vəd etdi

Çexiyanın baş naziri Petr Fiala Azərbaycan və Ermənistan arasında sülhə nail olunmasından danışıb. O, ermənistanlı həmkarı Nikol Paşinyanla paytaxt Praqada keçirdiyi birgə brifinqdə bu mövzuya toxunub. O bildirib ki, Çexiya da Bakı ilə uzunmüddətli sülhə nail olmaq üçün İrəvana kömək edəcəyini vəd edir. "Praqa Ermənistanın üzləşdiyi çağırışlara diqqətlə yanaşır və İrəvanın regionda sülhün və sabitliyin möhkəmləndirilməsində maraqlı olduğunu müşahidə edirik", - deyə Fiala bildirib. Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan Çexiyada səfərdədir.
4-05-2023, 14:45
Çexiya İrəvana yardım göstərəcəyini vəd etdi


Çexiya İrəvana yardım göstərəcəyini vəd etdi

Çexiyanın baş naziri Petr Fiala Azərbaycan və Ermənistan arasında sülhə nail olunmasından danışıb. O, ermənistanlı həmkarı Nikol Paşinyanla paytaxt Praqada keçirdiyi birgə brifinqdə bu mövzuya toxunub. O bildirib ki, Çexiya da Bakı ilə uzunmüddətli sülhə nail olmaq üçün İrəvana kömək edəcəyini vəd edir. "Praqa Ermənistanın üzləşdiyi çağırışlara diqqətlə yanaşır və İrəvanın regionda sülhün və sabitliyin möhkəmləndirilməsində maraqlı olduğunu müşahidə edirik", - deyə Fiala bildirib. Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan Çexiyada səfərdədir.
4-05-2023, 14:30
Qazaxıstan və Tacikistan arasında Bəyənnamə imzalandı


Qazaxıstan və Tacikistan arasında Bəyənnamə imzalandı

Qazaxıstan və Tacikistan arasında Müttəfiqlik Qarşılıqlı Münasibətləri haqqında Bəyannamə imzalanıb. Bu barədə Qazaxıstan PA - Aqorda məlumat yayıb. Bildirilib ki, sənəd Tacikistan prezidenti Emomoli Rahmonun Qazaxıstana səfəri çərçivəsində onunla qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev arasında paytaxt Astanada imzalanıb. Ümumilikdə 25 maddədən və preambula hissəsindən ibarət olan Müttəfiqlik Qarşılıqlı Münasibətləri haqqında Bəyannamə əlaqələrin bütün aspektlərini əhatə edir. Qeyd edək ki, Tacikistan prezidenti dünəndən Qazaxıstanda səfərdədir.
4-05-2023, 14:20
Rusiyanın bu əyalətində PUA-ların istifadəsi qadağan olundu


Rusiyanın bu əyalətində PUA-ların istifadəsi qadağan olundu

Rusiyanın Xabarovsk diyarında dronlardan istifadə ilə bağlı qadağa qərarı verilib. Bu barədə diyarın qubernatoru Mixail Deqtyarev məlumat verib. O, təhlükəsizliyi artırmaq üçün bölgədə PUA-lardan istifadənin məhdudlaşdırıldığını bildirib. İstisna kimi dövlət orqanları, Xabarovsk diyarının bələdiyyələri və yerli özünüidarəetmə orqanları, onların tabeliyində olan təşkilatlar, habelə dövlət müdafiə sifarişlərini yerinə yetirən təşkilatlar tərəfindən qanunla müəyyən edilmiş qaydada istifadə olunan pilotsuz uçuş aparatları nəzərdə tutulub. Qeyd edək ki, dünən Rusiya prezidentinin mətbuat xidməti Kremlə Ukrayna tərəfindən dronlarla zərbə endirilməyə cəhd edildiyi barədə iddialar yaymışdı. Rəsmi Kiyev belə bir hadisə barədə Ukrayna tərəfində məlumat olmadığını açıqlamışdı.
4-05-2023, 14:00
Aİ-dən Moldova və Gürcüstana hərbi yardım


Aİ-dən Moldova və Gürcüstana hərbi yardım

Avropa İttifaqı (Aİ) Moldovaya 40 milyon, Gürcüstana isə 30 milyon avro hərbi yardım ayırıb. Bu barədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel bildirib. Vəsait iki ölkənin Silahlı Qüvvələrini dəstəkləmək üçün nəzərdə tutulub. Avropa Sülh Fonundan ayrılacaq vəsaitlə Moldova və Gürcüstan maddi-texniki təminat, komanda-nəzarət və hava məkanına nəzarət vasitələri alacaqlar. "Bu yeni yardımlar vasitəsilə biz Moldova Respublikası Silahlı Qüvvələrinin və Gürcüstan Müdafiə Qüvvələrinin imkanlarının modernləşdirilməsini dəstəkləməyə davam edirik", - Borell deyib.
4-05-2023, 13:30
Kiyev hücum vasitələrini Vaşinqtonun diktəsi ilə seçir - Peskov


Kiyev hücum vasitələrini Vaşinqtonun diktəsi ilə seçir - Peskov

"Kiyev həm hədəfləri, həm də hücum vasitələrini Vaşinqtonun diktəsi ilə seçir". Bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib. Peskov Kremlə hücumun arxasında Kiyevin durduğunu bildirib: "Kiyevin hücumunun arxasında isə Vaşinqton dayanır". O qeyd edib ki, Rusiya cavab tədbirləri üçün müxtəlif variantları nəzərdən keçirir. Rusiya Federasiyası prezidentinin mətbuat xidmətinin açıqlamasına görə, Ukrayna ötən gecə saatlarında Kremlə zərbə endirməyə cəhd edib. İddiaya görə, Rusiya ordusu və kəşfiyyat orqanları Kremlə hücum edən 2 PUA-nı sıradan çıxarıb, xəsarət alan olmayıb. Moskva hücuma görə Ukraynanı ittiham edib. Rəsmi Kiyev Ukraynanın Kremlə "hücumda" əli olmadığını bildirib. Eyni zaman Zelenski ölkəsinin Kremlə hücumlarda iştirak etmədiyini diqqətə çatdırıb.
4-05-2023, 13:00
Ölümdən son anda qurtuldum - Sabiq prezident


Ölümdən son anda qurtuldum - Sabiq prezident

Ölümdən son anda xilas oldum. Bu barədə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili yazıb. Vivamedi klinikasına yerləşdirilən eks-prezidentin sözlərinə görə, dəfələrlə huşunu itirib. Bu gün yıxılaraq başını dəmir masaya vurub: "Bu gün yenə huşumu itirdim və ölümdən bir saç eni etibarı ilə xilas oldum – huşumu itirdiyim üçün yıxılıb başımı dəmir masaya vurdum. Tibb bacılarına təşəkkür etmək istəyirəm, onlar vaxtında kömək etməklə məni dirildə bildilər".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!