Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür .....                        Daha bir güləşçimiz Parisə vəsiqə əldə etdi .....                        Paşinyan istefa tələbinə məhəl qoymadı .....                        Zelenski fövqəladə vəziyyəti 90 gün uzatdı .....                        Güləşçimiz Paris olimpiadasına vəsiqə qazandı .....                        İrəvanda Paşinyana qarşı mitinq başladı - VİDEO .....                        İki eks-xarici işlər naziri Paşinyana qarşı mitinqə qoşuldu .....                        Azərbaycan hərbçilərinin Türkiyədəki təlimindən görüntülər - VİDEO .....                        Ərdoğandan Rusiya və Ukraynaya çağırış .....                       
7-05-2023, 12:17
İkinci erməni inqilabını həyata keçirməliyik - Deputat

İkinci erməni inqilabını həyata keçirməliyik - Deputat

Ermənistan parlamentinin deputatı Andranik Tevanyan xalqı inqilaba çağırıb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. “Biz ikinci erməni inqilabını həyata keçirməliyik. Ölkədə klassik mənada inqilab cəmi bir dəfə baş verdi”, - deyən Tevanyanın fikrincə, seçkiqabağı rüşvətxorluq, talançılıq, bizneslə siyasətin birləşməsi xalqın dövlətdən uzaqlaşmasına səbəb olub. O, 2018-ci ildə küçələrə çıxanların haqlı olub-olmadığını da toxunub. Bildirib ki, xalq yalnız o adamları (Paşinyanı nəzərdə tutur-red) seçməkdə səhv edib, həmin şəxslər indi Ermənistanı məhvə aparır. “Ona görə də, ikinci əsl erməni inqilabını həyata keçirməli və əsl ədaləti təmin etməliyik”, - deputat söyləyib.
7-05-2023, 11:04
Ukrayna prezidentindən əks-hücumla bağlı anons

Ukrayna prezidentindən əks-hücumla bağlı anons

Ukrayna ordusu müttəfiqlərlə razılaşdırılmış bütün silahları alanda əks-hücuma hazır olacaq. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Onun sözlərinə görə, Ukrayna müttəfiqlərlə razılaşdırılmış silahları aldıqdan sonra hücuma keçməyə hazır olacaq: “Vaxt hava şəraitindən asılı ola bilər, çünki cəbhə xətti boyunca yer mövsümi olaraq nəmdir. Böyük maneələrdən xəbərdar olan Ukrayna rəsmiləri Qərbdəki havadarlarından əlavə silah tələb etməkdə davam edir”.
6-05-2023, 19:40
Ukraynanın bir hissəsini qədim Macarıstan torpağı olub - Viktor Orban

Ukraynanın bir hissəsini qədim Macarıstan torpağı olub - Viktor Orban

Macarıstanın baş naziri Viktor Orban Ukraynanın bir hissəsini qədim Macarıstan torpağı adlandırıb. Bu barədə o, mayın 5-də "Kossuth" radiosuna müsahibəsində danışıb. Baş nazir qeyd edib ki, buna görə Budapeşt Ukraynada sülhün bərqərar olmasında ikiqat maraqlıdır. Orban deyib ki, həmin ərazilər Ukraynaya məxsusdur və macarlar orada yerli icma kimi yaşayırlar, Ukraynanın əziyyəti orada yaşayan macarların da əziyyətidir. Orban onu da vurğulayıb ki, macarlar Ukraynaya sülh gətirmək üçün Avropanın digər xalqıarından daha çox həvəslidirlər.

6-05-2023, 17:15
III Çarlzın tacqoyma mərasimi keçirildi

III Çarlzın tacqoyma mərasimi keçirildi

Böyük Britaniyanın paytaxtı Londondakı Vestminster abbatlığında III Çarlzın tacqoyma mərasimi keçirilib. Bukingem sarayından Vestminster abbatlığına gedən marşrut boyunca müşahidə platformaları açılıb. İki saatlıq tacqoyma mərasimindən sonra III Çarlz rəsmən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı olub. Qeyd edək ki, III Çarlz Vestminster abbatlığında tacqoyma mərasimi keçirilən 40-cı monarx olub. İlk tacqoyma mərasimi 1066-cı ildə baş tutub. Azərbaycanı mərasimdə Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.
6-05-2023, 15:17
Sudanda Türkiyə səfirinə silahlı hücum edildi

Sudanda Türkiyə səfirinə silahlı hücum edildi

Türkiyənin Sudanın paytaxtı Xartum şəhərindəki səfiri İsmail Çobanoğluna silahlı hücum olub. Səfirin avtomobili atəşə tutulub. Hadisə nəticəsində ölən və yaralanan olmayıb, yalnız xidməti maşına zərər dəyib. Hücumu kimlərin təşkil etdiyi məlum deyil. Qeyd edək ki, Sudanda 2013-cü ildə Darfur bölgəsindəki silahlı üsyançılara qarşı hökumət qüvvələrinə dəstək vermək üçün yaradılmış Çevik Reaksiya Qüvvələrinin (xüsusi təyinatlıların) tamamilə orduya qatılmasını nəzərdə tutan “hərbi təhlükəsizlik islahatı” ilə bağlı son bir neçə ayda yaranan fikir ayrılığı, aprelin 15-i səhər saatlarından etibarən qızğın qarşıdurmaya çevrilib. Ölkənin faktiki lideri, ordu komandiri Əbdülfəttah əl-Burhanın rəhbərlik etdiyi Sudan Silahlı Qüvvələri ilə Çevik Reaksiya Qüvvələrinin komandiri - Hemetti kimi tanınan Məhəmməd Həmdan Daqalo arasında açıq mərhələyə keçən münaqişələr səbəbilə 500-dən çox insan ölüb, 4 600-dən çox insan yaralanıb. Qarşıdurmalar davam edir.
6-05-2023, 13:26
İran və Suriya əməkdaşlıqlarını genişləndirir

İran və Suriya əməkdaşlıqlarını genişləndirir

İran İslam Respublikası və Suriya Ərəb Respublikasının yüksək səviyyəli nümayəndələri cümə günü iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin aktivləşdirilməsi üçün birbaşa uçuşların artırılması, həmçinin gəmiçilik marşrutunun açılması barədə razılığa gəliblər. Bununla bağlı "Tasnim" nəşri məlumat yayıb. Suriyanın paytaxtı Dəməşqə iki günlük səfər zamanı İran prezidenti İbrahim Rəisi ilə birlikdə olan yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş İran-Suriya İnkişaf Mərkəzində iranlı sahibkarlarla danışıqlar aparıb. O, görüş zamanı bildirib ki, iki ölkə iranlı iş adamlarının Suriyada üzləşdiyi ticarət maneələrinin aradan qaldırılması imkanlarını öyrəniblər. Görüşdə müzakirə olunan əsas mövzular İran və Suriya arasında müntəzəm hava əlaqəsinin olmaması, malların idxal və ixracının planlaşdırılması, həmçinin Tehran və Dəməşq arasında həftəlik müntəzəm uçuşların zəruriliyi olub.
6-05-2023, 11:22
Allahın köməyi ilə yenə qələbə qazanacağıq - Ərdoğan

Allahın köməyi ilə yenə qələbə qazanacağıq - Ərdoğan

“Mayın 14-də keçiriləcək tariximizin ən vacib seçkisində Allahın köməyi ilə yenə qələbə qazanacağıq”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan twitter hesabında yazıb. O bildirib ki, seçkilərin nəticələrinə əsasən gənclər, yaşlılar, qadınlar və kişilər daxil olmaqla, 85 milyonluq xalqın hər biri qələbə qazanacaq: “Şərq, qərb, şimal və cənubda yerləşən 81 vilayətimizin hər biri qalib gələcək. Cəmiyyətimizin bütün təbəqələri qələbə qazanacaq. Fərqli inanclara sahib bütün vətəndaşlarımız qələbə qazanacaq. “Daha ədalətli bir dünya mümkündür” şüarımızı eşidən Asiya və Afrikadakı yüz milyonlarla insan qələbə qazanacaq. Ay-ulduzlu al bayrağımızı görəndə hüzur tapan, özünü inamlı hiss edən soydaşlarımız qalib olacaq. Ölkəmiz və dünyanın dörd bir tərəfində Türkiyənin uğuru üçün dua edənlər qələbə qazanacaq”. Ərdoğan qeyd edib ki, seçkilər nəticəsində Türkiyə, həmçinin bu regionda haqqı tapdalananlar qələbə qazanacaq: “14 may, Allahın köməyi ilə, hər birimizin bayramı, qürur günü, Türkiyə demokratiyasının bayramı olacaq. Heç kəs pessimist olmasın. Heç kəs ölkəmizin parlaq gələcəyi ilə bağlı inamını itirməsin”.
6-05-2023, 10:15
Sabiq qiyamçı lider İranda edam olundu

Sabiq qiyamçı lider İranda edam olundu

Əhvazın Azadlığı Uğrunda Ərəb Mübarizə Hərəkatının keçmiş lideri, siyasi məhbus Həbib Əsyudun (Fərəcullah Çəəb) edam olunub. Bu barədə “Tasnim” məlumat yayıb. İranla yanaşı İsveç vətəndaşlığı da olan H. Əsyudun “separatçı qruplaşmaya rəhbərlik etməkdə”, həmçinin Xuzistan əyalətində “çoxsaylı terror əməliyyatları” təşkil etməkdə ittiham olunurdu. Qeyd edək ki, 1999-cu ildə İranın ərəblərin kompakt yaşadığı Xuzistan əyalətinə muxtariyyət tələbi ilə qurulan Əhvazın Azadlığı Uğrunda Ərəb Mübarizə Hərəkatı 2005-ci ildə Əhvaz hadisələri zamanı tanınıb. “Nidal” kimi tanınan bu təşkilat ərəbdilli “Ahvazuna” telekanalının sahibidir. “Nidal” hərəkatının 2018-ci il sentyabrın 22-də Əhvaz şəhərində İran-İraq müharibəsini qeyd edən hərbi parada hücum edən təşkilat olduğu iddia edilib. Hücum nəticəsində 25 nəfər ölüb, 60 nəfər yaralanıb. Təşkilatın lideri Həbib Əsyudun 2020-ci ildə bir qrup casus tərəfindən Türkiyədən qaçırılaraq İrana aparılıb və ona qarşı açılan məhkəmədə edam cəzasına məhkum edilib. Hadisə ilə əlaqədar İstanbul Şəhər Prokurorluğu 12 nəfərə qarşı cinayət işi açıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!