Zəngilan və Cəbrayılda qartəmizləmə işləri görülür .....                        Lerikin kəndlərinə işığın verilməsi bərpa olunur - "Azərişıq” .....                        Əliyar Ağayev Avropa Liqasına təyinat aldı .....                        Vaqif Allahverdiyevə 8 il həbs verildi .....                        Rayonlarda qar intensivləşib, 12 dərəcə şaxta var .....                        Bu mükafatı almaq mənim üçün böyük şərəfdir - İlham Əliyev .....                        İlham Əliyev bank prezidenti ilə görüşdü .....                        Avropa Birliyindən Trampa XƏBƏRDARLIQ .....                        Kəlbəcərin yeganə 20 Yanvar şəhidi - Firuz Cabbarov .....                       
13-02-2025, 16:47
Avropa Parlamenti Zurabişvilini Gürcüstan kimi tanıyan qətnamə qəbul etdi


Avropa Parlamenti Zurabişvilini Gürcüstan kimi tanıyan qətnamə qəbul etdi

Avropa Parlamenti Salome Zurabişvilini Gürcüstanın legitim prezidenti kimi tanıyan qətnamə qəbul edib.
“Gürcüstanda siyasi vəziyyətin daha da pisləşməsi” adlı qətnaməni 400 deputat dəstəkləyib, 63-ü əleyhinə səs verib, 81 deputat isə bitərəf qalıb.
Qətnamənin müəllifi Avropa Parlamentindəki 5 siyasi qrupdan - Avropa Xalq Partiyası, Sosial Demokratlar, Mühafizəkarlar və İslahatçılar, Yeniləşmə və Yaşıllar partiyasından olan 57 deputatdır.
Qətnamədə Avropa Parlamentinin Salome Zurabişvilini Gürcüstanın legitim prezidenti və gürcü xalqının nümayəndəsi kimi tanımağa davam etdiyi qeyd edilir və onun “Gürcüstanın dinc yolla demokratiya və Avropa yoluna istiqamətləndirilməsi səyləri” təqdir edilir. Sənəddə həmçinin Avopra İttifaqı Şurasının Prezidentinə Zurabişvilinin şuranın qarşıdan gələn iclasına, həmçinin Avropa Siyasi İcmasının növbəti sammitinə Gürcüstanı təmsil etməsi üçün dəvət göndərməsi çağırışı edilir.
Qətnamə layihəsində Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi, Gürcüstan rəsmilərinə sanksiyaların tətbiq edilməsinə çağırışları da yer alıb.
12-02-2025, 22:15
Putindən sonra Zelenski ilə danışdı


Putindən sonra Zelenski ilə danışdı

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə danışdığını bildirib.
Bu barədə o, özünün sosial media hesabında yazıb.
Bundan əvvəl Ağ Ev rəhbəri Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb və onunla Ukraynadakı vəsiyyəti müzakirə edib
"İndicə Ukrayna prezidenti Zelenski ilə danışdım. Söhbət çox yaxşı keçdi. O, prezident Putin kimi barışmaq istəyir”, - Tramp qeyd edib.
12-02-2025, 21:44
Koalisiya danışıqları növbəti dəfə uğursuz oldu


Koalisiya danışıqları növbəti dəfə uğursuz oldu

Avstriyada keçən il sentyabrın 29-da baş tutan parlament seçkilərindən sonra hökumət böhranı dərinləşməkdə davam edir. Yeni formatda koalisiya danışıqları bu gün də uğursuzluqla başa çatıb və siyasi qüvvələr arasında ortaq məxrəc əldə etmək mümkün olmayıb.
Avstriya Azadlıq Partiyasının (FPÖ) rəhbəri Herbert Kikl fevralın 12-də dövlət başçısı Aleksander Van der Belleni məlumatlandırıb və hökuməti qurmaq üçün ona verilmiş mandatdan geri çəkilib. Bununla da sağçılar və mərkəzçilər arasında qurulması gözlənilən koalisiya iflasa uğrayıb.
Qeyd edək ki, yanvar ayının 5-də dövlət başçısının mandatı əsasında seçkilərdə 28,8 faiz səslə qalib gələn sağçı radikal Avstriya Azadlıq Partiyası (FPÖ) yeni hökuməti təşkil etmək üçün Avstriya Xalq Partiyası (ÖVP) ilə danışıqlara başladı. Seçkilərdə 26,2 faiz səslə ikinci yer tutan mərkəzçi-mühafizəkar ÖVP daha öncə Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) və Yeni Avstriya və Liberal Forum (NEOS) ilə bir neçə ay davam edən danışıqlar aparıb və yeni ilin ilk günlərində tərəflər arasındakı fikir ayrılığı səbəbilə bu danışıqlar uğursuzluqla nəticələnmişdi.
Bundan sonra seçkilərdə qalib gələn FPÖ ikinci yerdəki ÖVP ilə koalisiya danışıqlarına start verdi və ilk günlərdən mətbuata sızan məlumatlarda danışıqların çətin irəlilədiyi, tərəflərin siyasi baxış və resurs bölgüsündə ciddi fikir ayrılığına sahib olduğu bildirilirdi. Yekun olaraq daxili işlər və maliyyə kimi mühüm nazirliklərin hansı tərəfdaşın səlahiyyət dairəsində olması barədə gərginlik danışıqların dalana dirəndiyini açıq şəkildə nümayiş etdirdi.
FPÖ sədri Herbert Kikl mətbuat açıqlamasında danışıqların pozulmasında qarşı tərəfi günahlandırıb. O, partiyasının danışıqlarda dəfələrlə qarşı tərəfə doğru addım atdığını, lakin ÖVP tərəfindən həlledici mövzularda heç bir güzəştli yanaşma müşahidə olunmadığını qeyd edib.
ÖVP tərəfindən isə bildirilib ki, danışıqlarda ilk mərhələdə birgə hökumət üçün prinsipial şərtlər və öhdəliklər, eləcə də resurs bölgüsü müəyyənləşməli, sonrakı mərhələdə isə məzmun və detal danışıqları baş verməli idi. Lakin prinsipial baza şərtlərinə məhəl qoymayan FPÖ-nün və beş həftə davam edən danışıqlarda H.Kiklin cəmi 7 saat danışıqlar masası arxasında əyləşməsi bu partiyanın yanaşmasını açıq şəkildə ortaya qoyub.
12-02-2025, 21:00
Putin Trampı Moskvaya dəvət etdi


Putin Trampı Moskvaya dəvət etdi

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefonla danışdığını deyib.
Telefon danışığı bu səhər baş tutub.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Trampla telefon danışığı apardığını təsdiqləyib.
Putin Trampı Moskvaya dəvət edib.
Onun sözlərinə görə, söhbət zamanı Rusiya – Ukrayna münaqişəsinin nizamlanması, məhbusların mübadiləsi üzrə razılaşmalar, Moskva və Vaşinqton arasında ikitərəfli əməkdaşlıq, Yaxın Şərqdəki vəziyyət, həmçinin İranın nüvə proqramı müzakirə edilib.
“Bir az əvvəl Prezident Putin ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında telefon danışığı başa çatdı. Bu, çox uzun bir telefon söhbəti idi, təxminən bir saat yarım davam etdi”, – o söyləyib.
12-02-2025, 18:14
Putin onunla ilk dəfə danışdı


Putin onunla ilk dəfə danışdı

Rusiya prezidenti Vladimir Putin Suriyanın keçid dövrünün prezidenti Əhməd əl-Şəra ilə telefon danışığı aparıb.
Bu barədə Kreml məlumat yayıb.
Telefon danışığı zamanı Suriyadakı vəziyyət müzakirə olunub.
“Suriyadakı mövcud vəziyyətlə bağlı hərtərəfli fikir mübadiləsi aparılıb. Rusiya tərəfi Suriya dövlətinin birliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini ifadə edib”, - məlumatda qeyd olunub.
Putin Rusiyanın Suriyada vəziyyətin yaxşılaşmasına, o cümlədən humanitar yardım göstərməyə bundan sonra da hazır olduğunu vurğulayıb.
Dövlət başçıları ikitərəfli əməkdaşlığın inkişafı üçün təmasları davam etdirməklə bağlı razılığa gəliblər.
12-02-2025, 17:45
Moskva Zelenskinin təklifini RƏDD ETDİ


Moskva Zelenskinin təklifini RƏDD ETDİ

Rusiya heç vaxt öz ərazilərinin dəyişdirilməsi məsələsini müzakirə etməyib və etməyəcək.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin müvafiq açıqlamalarını şərh edərkən deyib:
“Bu, mümkün deyil. Rusiya heç vaxt öz ərazisinin dəyişdirilməsi məsələsini müzakirə etməyib və müzakirə etməyəcək”
Fevralın 11-də Britaniyanın “The Guardian” qəzetinə müsahibəsində Zelenski bildirib ki, ABŞ prezidenti Donald Tramp Ukrayna və Rusiyanı danışıqlar masasına oturtmağa nail olsa, o zaman Rusiyaya ərazi mübadiləsi təklif etməyə və Kiyevin Rusiya Federasiyasının Kursk vilayətində ələ keçirdiyi torpaqları Moskvaya verməyə hazırdır.
12-02-2025, 16:51
Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir


Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

Ermənistan ordusunun bir qrup hərbi qulluqçusu ABŞ-dakı “Hoenfels” hərbi bazasında keçirilən "Joint Resolve-2025" hərbi təlimlərində iştirak edir.
Ermənistan sözügedən manevrlərə ilk dəfə olaraq Hərbi Polisin şəxsi heyətindən formalaşdırılan batalyonla qatılıb.
Ermənistan hərbçiləri xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi, diversiya-kəşfiyyat qruplarının zərərsizləşdirilməsi, eləcə də təlim proqramına uyğun digər manevrlərin icrasında iştirak edir.
12-02-2025, 16:15
Tramp USAID-in baş müfəttişini işdən qovdu


Tramp USAID-in baş müfəttişini işdən qovdu

ABŞ prezidenti Donald Tramp Beynəlxalq İnkişaf Agentliyinin (USAID) baş müfəttişi Pol Martini vəzifəsindən azad edib.
Bu, Pol Martinin xarici yardımın dondurulmasını tənqid edən hesabatını dərc etməsindən sonra baş verib.
Tramp tərəfindən USAİD-in müvəqqəti rəhbəri vəzifəsini icra etmək üçün təyin edilmiş ABŞ dövlət katibi Marko Rubio bir müddət əvvəl demişdi ki, hökumət proqramların maliyyələşdirilməsinin cari administrasiyanın xarici siyasətinə uyğun olub-olmadığını müəyyən etmək üçün agentliyi “yuxarıdan aşağıya” nəzərdən keçirəcək, çünki USAİD pulları ABŞ-ın “zərərinə” xərcləyib. Onun sözlərinə görə, yenidən qiymətləndirmədən sonra bəzi hallarda yardımlar dondurulacaq və ya artırılacaq.
12-02-2025, 14:17
Ermənistan parlamenti Aİ-yə üzv olmağa "HƏ" dedi


Ermənistan parlamenti Aİ-yə üzv olmağa "HƏ" dedi

Ermənistan parlamentinin deputatları ölkənin Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında qanun layihəsini birinci oxunuşda qəbul ediblər.
63 deputat təşəbbüsün lehinə, 7 deputat əleyhinə səs verib.
Qanun layihəsi hakim “Mülki Müqavilə” fraksiyası tərəfindən dəstəklənib. Müxalifət layihənin əleyhinə səs verib, digər müxalifət partiyası səsvermədə iştirakdan imtina edib.
Ermənistan hökumətinin məlumatına görə, sənəd parlament tərəfindən təsdiq olunarsa, hakimiyyət Brüsseldən olan həmkarları ilə Avropaya inteqrasiya prosesi üçün “yol xəritəsi”ni müzakirə edəcək, daha sonra isə ölkənin Aİ-yə daxil olması ilə bağlı referendum keçiriləcək.
Qanun layihəsini dəstək üçün 50 mindən bir qədər çox tələb olunan imza toplayan bir neçə ictimai təşkilat adından Ermənistanın Aİ-yə daxil olması üçün vətəndaş təşəbbüsünün nümayəndəsi Artak Zeynalyan təqdim edib.
Rusiya tərəfi İrəvanın eyni vaxtda həm Avropa İttifaqını, həm də Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanı birləşdirən Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olmasını qeyri-mümkün hesab edir.
12-02-2025, 13:41
Yunanıstanda yeni prezident seçildi


Yunanıstanda yeni prezident seçildi

Yunanıstan parlamentinin sabiq sədri, Yeni Demokratiya Partiyasının deputatı Konstantinos Tasoulas ölkəsinin yeni prezidenti seçilib.
Səsvermə prosesi parlamentdə keçirilib. Səsvermədə 300 deputatdan 276-sı iştirak edib.
Qeyd edilib ki, Tasulas 13 martda vəzifə müddəti başa çatan Katerina Sakellaropulounun yerini tutacaq. Andiçmə mərasimi həmin gün baş tutacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!