Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
13-08-2024, 17:22
Ermənistanda ərzaq məhsulları bahalaşıb


Ermənistanda ərzaq məhsulları bahalaşıb

Ermənistanda ərzaq məhsulları bahalaşıb.
Avrasiya İnkişaf Bankının həftəlik makro icmalına əsasən, ölkədə inflyasiya da ötən illə müqayisədə iyulda 1,4%-ə yüksəlib.
Ermənistan Mərkəzi Bankı ilin sonuna kimi qiymət artımını 1,5% proqnozlaşdırır.
13-08-2024, 16:51
Rusiyaya səfir göndəriləcək deputat səlahiyyətlərini itirdi


Rusiyaya səfir göndəriləcək deputat səlahiyyətlərini itirdi

Ermənistanda deputat Qurgen Arsenyanın səlahiyyətlərinə xitam verilib.
Bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Qərar Arsenyanın istefa ərizəsi əsasında və parlament sədrinin imzaladığı protokolda qeyd olunan qanuna uyğun olaraq qəbul edilib.
Qeyd edək ki, hakim partiyanı təmsil edən Arsenyanın Rusiyaya səfir göndəriləcəyi gözlənilir.
13-08-2024, 16:44
Ukrayna Kursk vilayətini almaqda maraqlı deyil - XİN sözçüsü


Ukrayna Kursk vilayətini almaqda maraqlı deyil - XİN sözçüsü

“Ukrayna Kursk vilayətinin ərazisini almaqda maraqlı deyil”.
Bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi deyib.
O qeyd edib ki, bölgədəki əməliyyat cəbhədə uğur qazanmağa kömək edir:
"Bu, Rusiyanın Donetsk bölgəsinə əlavə birliklər köçürməsinə imkan vermir və onun hərbi logistikasını çətinləşdirir", - o vurğulayıb.
13-08-2024, 16:36
Ukrayna Aİ-dən 4,2 milyard avro alıb


Ukrayna Aİ-dən 4,2 milyard avro alıb

Ukrayna Aİ-dən "Ukraine Facility" proqramı çərçivəsində 4,2 milyard avro alıb.
Bunu Ukraynanın baş naziri Denis Şmıqal bildirib.
O qeyd edib ki, hökumət bu vəsaiti sosial proqramlar, humanitar layihələr və digər mühüm büdcə ehtiyacları üçün istifadə edəcək.
Şmıqal aydınlaşdırıb ki, hərbi xərclər hələ də yalnız daxili resurslar hesabına ödənilir.
13-08-2024, 14:45
Mahmud Abbas Putinlə görüşüb


Mahmud Abbas Putinlə görüşüb

Rusiya prezidenti Vladimir Putin və Fələstin prezidenti Mahmud Abbas görüşüblər.
Tərəflər Novo-Oqarevoda danışıqlara başlayıb.
Qeyd edək ki, Fələstin prezidenti Moskvaya səfər edib.
12-08-2024, 21:46
Ukrayna Rusiyanın nə qədər ərazisini ələ keçirib? - General açıqladı


Ukrayna Rusiyanın nə qədər ərazisini ələ keçirib? - General açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski qərargahın iclasını keçirib.
Bu barədə o, özünün teleqram kanalında məlumat verib.
İclasda Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı general Aleksandr Sırski cəbhədəki vəziyyət və Kursk vilayətində “hərbi əməliyyatlar” barədə məruzə təqdim edib.
“Bütün əsgərlərə və komandirlərə mətanət və qətiyyətli hərəkətlərinə görə minnətdarıq. Daxili işlər nazirinə və digər məsul şəxslərə əməliyyatın keçiriləcəyi ərazi üçün humanitar plan hazırlamağı tapşırıblar”, - Zelenski qeyd edib.
Sırskinin verdiyi məlumata görə, hazırda Ukrayna hərbçiləri Kursk vilayətinin təxminən 1000 kvadrat kilometr ərazisinə nəzarət edir.
“Biz Kursk vilayətində hücum əməliyyatlarını davam etdiririk. Hazırda biz Rusiya Federasiyasının təxminən 1000 kvadrat kilometr ərazisinə nəzarət edirik”, - o qeyd edib.
Zelenski bildirib ki, o, Müdafiə Nazirliyinə və diplomatlara tərəfdaşlardan Ukrayna ərazisini qorumaq üçün uzaqmənzilli silahlardan istifadə etməyə icazə almağı tapşırıb.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Kursk vilayətinə əlavə qüvvələrin köçürüldüyünü açıqlayıb.
Xatırladaq ki, Kursk əməliyyatı avqustun 6-da başlayıb.
12-08-2024, 20:37
Mahmud Abbas Rusiyadadır


Mahmud Abbas Rusiyadadır

Fələstin prezidenti Mahmud Abbas Moskvaya səfər edib.
Bu barədə TASS Rusiya Xarici İşlər Nazirliyinə istinadən bildirib.
Qeyd olunub ki, səfər çərçivəsində o avqustun 13-də Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.
Müzakirələrin əsas mövzusunu ikitərəfli münasibətlər, eləcə də Qəzza sektorundakı vəziyyət təşkil edəcək.
12-08-2024, 18:40
Tramp hökuməti məhkəməyə verəcək


Tramp hökuməti məhkəməyə verəcək

ABŞ–ın sabiq Prezidenti Donald Tramp Mar-a-Laqo basqını ilə əlaqədar Ədliyyə Departamentini məhkəməyə verməyi planlaşdırır.
O, 2022-ci ildə onun Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahına təşkil olunmuş reydə görə hökumətdən 100 milyon dollar təzminat tələb edəcək. Onun vəkilləri bu addımın açıq siyasi izləmə olduğunu iddia edirlər.
Xatırladaq ki, 2022-ci il avqustun 8-də Federal Tədqiqatlar Bürosu Mar-a-Laqoya basqın təşkil edərək iqamətgahdan sənədləri götürüb. Basqından sonra Donald Tramp 37 ağır cinayətdə, o cümlədən milli müdafiə məlumatlarını qəsdən saxlamaqda, ədalətə mane olmaqda və yalan ifadələr verməkdə ittiham edilib. Lakin Tramp heç bir ittiham üzrə özünü təqsirli bilməyib.
12-08-2024, 17:43
Gürcüstanda yeni siyasi partiya təsis olunur - "BİZ"


Gürcüstanda yeni siyasi partiya təsis olunur - "BİZ"

Gürcüstanda "İşğal Əleyhinə Hərəkat"ın lideri David Katsarava yeni siyasi partiyanın yaradıldığını elan edib. Yeni partiya “Biz” adlanacaq.
Katsaravanın fikrincə, “Biz” “öz sahəsində peşəkarları və ölkənin rifahı uğrunda mübarizədə heç vaxt geri çəkilməyən vətəndaş fəallarını birləşdirən” siyasi qüvvə olacaq.
Onun sözlərindən belə anlaşılır ki, partiya oktyabrda keçiriləcək seçkilərdə iştirak etməyi planlaşdırır. Bununla belə, “Biz”in hansı müxalifət platformasına qoşulacağı hələlik bəlli deyil.
12-08-2024, 16:21
"Kurskda 28 yaşayış məntəqəsi Ukraynanın nəzarətindədir"


"Kurskda 28 yaşayış məntəqəsi Ukraynanın nəzarətindədir"

Rusiyanın Kursk vilayətində Ukraynanın nəzarətində olan 28 yaşayış məntəqəsi var.
Bunu qubernator vəzifəsini icra edən Aleksey Smirnov bildirib.
O əlavə edib ki, orada 2 minə yaxın insan yaşayır. Smirnovun sözlərinə görə, Ukrayna qüvvələrinin bölgəyə nüfuz etmə dərinliyi 12 km, eni 40 km-dir.
Qeyd olunub ki, Kursk vilayətində 180 min insan təxliyə olunmalıdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!