"Sədərək”də yanan mağazanın 1,5 milyona yaxın borcu varmış? .....                        Dağlıq ərazidə yanğın başladı .....                        Xocavənddə yanğına səbəb olan şəxs tutuldu .....                        ABŞ İraqda iki bazanı tərk edir .....                        Zelenskidən Azərbaycanla bağlı paylaşım .....                        Dəhşətli yanğında 12 nəfər tüstüdən zəhərlənib - RƏSMİ .....                        Çayda batan 3 nəfərin meyiti tapıldı .....                        Rusiyaya güzəştə getməyəcəyik - Zelenski .....                        Qəzzada 16 fələstinli öldürüldü .....                       
26-01-2024, 17:46
Ərdoğan İngiltərənin XİN Başçısını qəbul etdi


Ərdoğan İngiltərənin XİN Başçısını qəbul etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın xarici işlər naziri Devid Kameronu İstanbuldakı Vahdetdin sarayında qəbul edib.
Bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsindən bildirilib.
Qeyd edək ki, D.Kameron Türkiyədə səfərdədir.
O, daha əvvəl həmkarı H. Fidanla görüşüb.
26-01-2024, 17:27
Beynəlxalq Ədalət Məhkəməsi İsraillə bağlı qərar verdi


Beynəlxalq Ədalət Məhkəməsi İsraillə bağlı qərar verdi

Beynəlxalq Ədalət Məhkəməsi Cənubi Afrika Respublikasının Fələstin soyqırımı ilə bağlı İsrailə qarşı iddiası ilə əlaqədar aralıq qərar verib.
Haaqa məhkəməsi İsrail dövlətinə Qəzza zolağında soyqırımın qarşısını almaq üçün bütün tədbirləri görməyi tapşırıb.
Qərarı 17 hakimdən 15-i dəstəkləyib. İclası Beynəlxalq Ədalət Məhkəməsinin rəhbəri Coan Donoqyu açıb: “Məhkəmə regionda baş verən insan faciəsinin miqyasını dərindən dərk edir və davam edən insan itkisi və iztirabdan dərin narahatdır”.
O, İsrail hərbçilərinə ünvanlanmış ittihamı oxuyub, həmçinin bəzi israilli siyasətçilərin çıxışlarından sitat gətirib.
Hakimin sözlərinə görə, iddia üzrə müvəqqəti qərar ona görə verilib ki, işə tam baxılana qədər Qəzza zolağında humanitar vəziyyət geridönməz ola bilər. Bundan əlavə, məhkəmənin qərarı İsraildən əhalinin güzəranını təmin etmək üçün zəruri olan xidmətləri təqdim etməyi tələb edir.
Hakimlər kollegiyasının qərarına əsasən, İsrail rəhbərliyi də təyin olunmuş qərarların icrası ilə bağlı hesabat təqdim etməlidir. Məhkəmə həmçinin İsrailə heç bir şərt qoymadan girovları dərhal azad etməyi tapşırıb.
"Associated Press" qeyd edir ki, iddianın həlli illər çəkə bilər. İsrail soyqırım ittihamlarını rədd edir. Beynəlxalq Məhkəmədə yəhudi dövlətinin mövqeyini vəkil Gilad Noam təmsil edir. Yanvarın 12-də cənab Noam bildirib ki, Cənubi Afrikanın tələbinin təmin edilməsi "terror qruplarına müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törədə biləcəkləri və sonra bu məhkəmədə müdafiə axtara biləcəkləri barədə siqnal göndərəcək".
26-01-2024, 17:03
Məhkəmə Makronun qəbul etdiyi qanunu ləğv etdi


Məhkəmə Makronun
qəbul etdiyi qanunu ləğv etdi


Fransa Konstitusiya Məhkəməsi prezident Emmanuel Makronun yeni immiqrasiya qanununu ayrı-seçkilik hesab edərək onu ləğv edib.
Bu barədə “El Pais” xəbər verir.
Hakimlər Makronun ifrat sağçı “Milli Mitinq” partiyasının nümayəndələri ilə razılaşdığı miqrantların sadələşdirilmiş deportasiyası haqqında qanunun mətnini ölkə konstitusiyasına zidd sayıblar.
Nəşrin məlumatına görə, qanun layihəsinin mətni ifrat sağçıların tarixi şüarı olan “milli üstünlük” forması adlandırılıb. Bundan əlavə, məhkəmə əcnəbilərin əsas sosial müavinətlərə çıxışının məhdudlaşdırılmasını ayrı-seçkilik tədbiri kimi qiymətləndirib.
Məhkəmənin qərarından bir müddət əvvəl Parisdə “arzuolunmaz” əcnəbilərin deportasiyasını asanlaşdıracaq yeni qanuna etiraz aksiyaları keçirilib. Fransızlar prezidenti “sağa” getməkdə ittiham ediblər.
25-01-2024, 21:35
Tehrandakı xəstəxanalardan birində güclü yanğın baş verib


Tehrandakı xəstəxanalardan birində güclü yanğın baş verib

İranın paytaxtı Tehranda yerləşən xəstəxanalardan birində yanğın baş verib və binanın bir neçə mərtəbəsini bürüyüb.
Bu barədə ISNA agentliyi məlumat yayıb.
Hadisənin səbəbləri və ölənlər barədə məlumat verilmir.
25-01-2024, 16:36
Ermənistanda Hərbi-Sənaye Komitəsinin yeni sədr seçildi


Ermənistanda Hərbi-Sənaye Komitəsinin yeni sədr seçildi

Ermənistanda Hərbi-Sənaye Komitəsinin yeni sədri təyin edilib.
Bu barədə qərarı Baş nazir Nikol Paşinyan imzalayıb.
Baş nazirin təyinatı ilə Artem Mehrabyan Ermənistanın Hərbi-Sənaye Komitəsinin yeni sədri olub.
25-01-2024, 15:50
Putin Kalininqrada yollandı


Putin Kalininqrada yollandı

Vladimir Putin Kalininqrada gedib.
O, Rusiyanın Tələbələr Gününü qeyd etdiyi günü gənclərlə görüşə və İmmanuel Kant Baltik Federal Universitetinin tələbələri ilə söhbətə həsr edəcək.
Bundan əlavə, Rusiya prezidenti Kalininqradda regionun sosial-iqtisadi inkişafı ilə bağlı müşavirə keçirəcək.
Putin həmçinin qubernator Anton Alixanovla görüşəcək.
25-01-2024, 14:01
Paşinyan Milli Təhlükəsizlik Xidmətində müzakirələr apardı


Paşinyan Milli Təhlükəsizlik Xidmətində müzakirələr apardı

Ermənistanın Baş naziri Nikol Paşinyan 2023-cü il üçün fəaliyyət hesabatını müzakirə etmək üçün yanvarın 24-də Milli Təhlükəsizlik Xidmətində olub.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan və müavinləri hesabat dövründə görülmüş işlər barədə məlumat veriblər.
24-01-2024, 22:17
Lavrov Rusiya sülhməramlılarının rolundan danışdı


Lavrov Rusiya sülhməramlılarının rolundan danışdı

Qərb Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında oynadığı rolunun yanlış olduğu qənaətinə gəlib və Bakı və İrəvanı Brüsseldə şirnikləndirməyə çalışır.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bildirib.
O, Qarabağdakı sülhməramlılar haqqında da danışıb.
Nazirin sözlərinə görə, sülhməramlılar Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlər məsələsidir və sülhməramlıların Qarabağda yerləşdirilməsi məsələsi Ermənistana aidiyyatı yoxdur.
“Prezidentlər bu mövzunu müzakirə ediblər, onlar razılaşıblar ki, hazırkı mərhələdə Rusiya sülhməramlılarının mövcudluğu sabitliyin möhkəmləndirilməsi, regionda etimadın yaradılması və Qarabağ sakinlərinin geri qayıtmasına, kimlər ki, bunu etmək istəyir, kömək etmək üçün müsbət rol oynayır”, - deyə Lavrov qeyd edib.
24-01-2024, 20:50
Rəisinin Türkiyəyə səfəri zamanı 10 saziş imzalandı


Rəisinin Türkiyəyə səfəri zamanı 10 saziş imzalandı

İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə səfəri çərçivəsində iki ölkə arasında 10 saziş imzalanıb.
Bu barədə TRT kanalı məlumat yayıb.
Sazişlər enerji, azad zonalar, media, mədəniyyət, dəmir yolu nəqliyyatı və sürücülük vəsiqələrinin qarşılıqlı tanınması kimi məsələləri əhatə edir.
Qeyd edək ki, iki ölkənin liderinin iştirakı ilə Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci Toplantısı keçirilib.
24-01-2024, 19:41
FETÖ təşkilatına üzv olan şəx şkafdan tapıldı


FETÖ təşkilatına üzv olan şəx şkafdan tapıldı

Türkiyənin Bursa şəhərində FETÖ terror təşkilatına üzv olduğu bildirən şəxs mətbəxin şkafında tapılıb.
Haqqında 6 il 3 ay həbs qərarı verilən şəxsin evində olduğu aşkar edilib.
Hadisə yerinə gələn qruplar sözügedən ünvanda əməliyyat keçirib. Axtarışlar zamanı terror təşkilatının üzvü mətbəx şkafında ələ keçirilib.
O, müvafiq prosedurlardan sonra həbsxanaya göndərilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!