Maduro istefa verməyə hazırdır - BİR ŞƏRTLƏ .....                        Zelenski xəbərdarlıq etdi: “...çox şey dəyişə bilər” .....                        İran vitse-prezidentinin həyat yoldaşı qəzada öldü .....                        Polad Bülbüloğlunun oğluna yeni vəzifə verildi .....                        Azərbaycan neft hasilatı barədə qərarı dəstəklədi .....                        Zelenskini bu şəxs əvəz edə bilər - AD AÇIQLANDI .....                        Cüdoçumuz Əbu-Dabidə medal qazandı .....                        Ukrayna üçün taleyüklü danışıqlar başladı .....                        Zelenskinin planı dəyişir .....                       
9-10-2025, 20:24
Qəzza müharibəsini bitirdik - TRAMP


Qəzza müharibəsini bitirdik - TRAMP

ABŞ Prezidenti Donald Tramp Qəzzada uzun müddətdir davam edən müharibənin sona çatdığını açıqlayıb.
Ağ Evdə keçirilən hökumət iclasında çıxış edən Tramp İsrail və HƏMAS arasında atəşkəs sazişinin imzalandığını bildirib və onu “Yaxın Şərqdə tarixi dönüş nöqtəsi” adlandırıb.
“Dünən gecə Yaxın Şərqdə illərlə mümkün olmayan bir addım atdıq. Biz Qəzza müharibəsini bitirdik,” – deyə Tramp bəyan edib.
Onun sözlərinə görə, razılaşma çərçivəsində bütün girovların azad edilməsi təmin olunacaq və bu proses bazar ertəsi və ya çərşənbə axşamı yekunlaşacaq.
O, həmçinin İsrail ordusunun Qəzzanın bəzi hissələrindən çıxacağını və qarşılıqlı əsir məhbus mübadiləsinin həyata keçiriləcəyini qeyd edib. Baş nazir Benyamin Netanyahu cümə axşamı parlamenti toplayaraq planı təsdiqləmək niyyətindədir.
Tramp çıxışı zamanı ABŞ-ın vasitəçilik missiyasına dəstək verən ölkələrə - Qətər, İndoneziya və digər dövlətlərə təşəkkür edib. O, vitse-prezident Cey Di Vens və Yaxın Şərq üzrə müşaviri Stiv Vitkoffun da danışıqlarda mühüm rol oynadığını vurğulayıb.
“Qəzza yenidən qurulacaq. Orada olan sərvət və regional imkanlar bu ərazini qısa zamanda dəyişə bilər. Sadəcə azacıq dəstək Qəzzada möcüzə yaradacaq,” - Tramp bildirib.
ABŞ Prezidenti həmçinin İranın da bu prosesdə iştirak etməyə hazır olduğunu açıqlayıb: “İran artıq bizə sülh üzərində işləmək istədiyini bildirib. Biz onlarla əməkdaşlıq edəcəyik.”
Donald Tramp Yaxın Şərqə səfər etməyi və Misirdə keçiriləcək imzalama mərasimində iştirak etməyi planlaşdırdığını da söyləyib.
Atəşkəsin birinci mərhələsi çərçivəsində İsrail ordusunun mərhələli şəkildə geri çəkilməsi və bütün saxlanılanların azad edilməsi nəzərdə tutulur. Bu razılaşma ABŞ Prezidentinin 20 maddəlik “Qəzza sülh planı”nın birinci addımı hesab olunur.
9-10-2025, 19:47
Türkiyə Qəzzada sülhə nəzarət edəcək


Türkiyə Qəzzada sülhə nəzarət edəcək

Türkiyə Qəzza zolağında atəşkəs razılaşmasının icrasına nəzarət edəcək beynəlxalq işçi qrupuna qoşulacaq.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
O bildirib ki, Ankara anklavın bərpası işlərində iştirak edəcək.
Reuters agentliyinin məlumatına görə, işçi qrupa Türkiyə ilə yanaşı ABŞ, Qətər, Misir və İsrail də daxildir. Türkiyə nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın 20 maddəlik sülh planı əsasında aparılan İsrail–HƏMAS danışıqlarında da iştirak edib.
Məlumata əsasən, Türkiyə ayrıca bir qrupun formalaşmasında da yer alacaq. Həmin qrup Qəzzada həlak olmuş israilli girovların cəsədlərinin tapılması və qaytarılması üzərində çalışacaq.
Eyni zamanda Avropa ölkələri də Qəzzaya mümkün sülhməramlı qüvvələrin göndərilməsini müzakirə edir. “Sky News” telekanalının məlumatına görə, Fransanın paytaxtında cümə axşamı bir sıra Avropa dövlətlərinin xarici işlər nazirlərinin görüşü keçiriləcək və Qəzzada müharibədən sonrakı vəziyyətin sabitləşdirilməsi yolları müzakirə olunacaq.
Xatırladaq ki, İsrail və HƏMAS arasında atəşkəs rejimi 9 oktyabrda qüvvəyə minib. ABŞ-ın vasitəçiliyi ilə əldə olunan razılaşmanın birinci mərhələsi bütün girovların azad edilməsini və İsrail qoşunlarının razılaşdırılmış mövqelərə çəkilməsini nəzərdə tutur.
9-10-2025, 18:18
Ərdoğan Bərzani ilə görüşdü


Ərdoğan Bərzani ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzanini qəbul edib.
Görüş Prezident Administrasiyasının binasında mətbuata qapalı şəkildə baş tutub.
Qeyd edək ki, görüşdə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Prezidentin Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran və Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak edib.
9-10-2025, 17:17
Nobelə Trampın namizədliyi irəli sürüldü


Nobelə Trampın namizədliyi irəli sürüldü

Maltanın Baş nazirinin müavini, xarici işlər və turizm naziri Yan Borq Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsinə verdiyi töhfəyə görə ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini təklif edib.
Bu barədə Borqun sosial şəbəkələrdəki paylaşımında deyilir.
9-10-2025, 16:55
Azərbaycanla münasibətlərin müttəfiqlik ruhunda davam edəcəyinə ümidvarıq - Putin


Azərbaycanla münasibətlərin müttəfiqlik ruhunda davam edəcəyinə ümidvarıq - Putin

Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevlə görüşündə Moskva ilə Bakı arasında münasibətlərin müttəfiqlik ruhunda davam edəcəyinə ümidvar olduğunu bildirib.
Rusiya Lideri deyib: "Ümid edirəm ki, bu əməkdaşlıq, sadəcə olaraq, bərpa edilməyəcək, münasibətlərimizin ruhunda, müttəfiqliyimiz ruhunda davam edəcək. Biz bunu heç vaxt unutmuruq, bu yaxınlarda imzalanmış müqaviləni xatırlayırıq və onun bütün əsas müddəalarının həyata keçirilməsi üçün əlimizdən gələni edəcəyik".
9-10-2025, 16:51
Borcumuz baş verənlərə obyektiv qiymət verməkdir - AZAL təyyarəsinin qəzasından danışdı


Borcumuz baş verənlərə obyektiv qiymət verməkdir - AZAL təyyarəsinin qəzasından danışdı

Rusiya Prezidenti Vladimir Putin AZAL təyyarəsinin qəzasına obyektiv qiymət verilməsini vacib hesab edir.
O, bunu Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
"Bizim borcumuz baş verən hər şeyə obyektiv qiymət vermək və əsl səbəbləri müəyyənləşdirməkdir. Lakin bu, müəyyən vaxt tələb edir. Bu məsələni sona çatdırmaq üçün yəqin ki, bir qədər də vaxta ehtiyac var”, - deyə Prezident Putin əlavə edib.
9-10-2025, 16:43
Bütün istiqamətlər üzrə əlaqələr uğurla inkişaf edib - Putin


Bütün istiqamətlər üzrə əlaqələr uğurla inkişaf edib - Putin

Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsinin artmasında yaxşı dinamika mövcuddur.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Düşənbədə rusiyalı həmkarı Vladimir Putinlə görüşündə deyib.
“Siz qeyd etdiyiniz kimi, bu il təkcə iqtisadi-ticari münasibətlər deyil, həm də bütün digər istiqamətlər üzrə əlaqələr uğurla inkişaf edib. <…> Əmtəə dövriyyəsinin artımında yaxşı dinamika mövcuddur”, - deyə dövlətimizin başçısı bildirib.


9-10-2025, 16:23
Təyyarə qəzasının bir neçə səbəbi var - Putin sadaladı


Təyyarə qəzasının bir neçə səbəbi var - Putin sadaladı

Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə AZAL təyyarəsinin qəzaya uğramasına səbəb olan bir sıra halları açıqlayıb.
Dövlət başçısı deyib: “Birincisi ondan ibarətdir ki, səmada məhz Ukraynaya məxsus pilotsuz uçuş aparatı olub. Biz faciə baş verən gecə Rusiya Federasiyasının sərhədini keçən üç pilotsuz təyyarəni idarə edirdik. İkinci səbəb isə Rusiyanın hava hücumundan müdafiə sisteminin özündə texniki nasazlıqlardır”.
Onun sözlərinə görə, buraxılan iki raket birbaşa təyyarəyə dəyməyib - əgər bu baş versəydi, təyyarə elə yerindəcə məhv olardı.
Putin vurğulayıb ki, zərbə məhvedici döyüş elementləri ilə vurulmayıb, yəqin ki, raketlərin özlərinin parçaları ilə dəyib.
Xatırladaq ki, qəza dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
9-10-2025, 13:49
Paşinyan Brüsseldə Azərbaycanla sülhü müzakirə etdi


Paşinyan Brüsseldə Azərbaycanla sülhü müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə keçirilən ikinci “Dünya qapıları” beynəlxalq konfransı çərçivəsində Lüksemburqun baş naziri Luk Fridenlə görüşüb.
Bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Tərəflər Ermənistan-Lüksemburq münasibətlərinin gündəliyinin məsələlərini müzakirə edib, ticarət-iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, Ermənistan-Avropa İttifaqı əməkdaşlığının dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Həmsöhbətlər Ermənistan-Azərbaycan sülh prosesinə də toxunub, regional sabitlik və əməkdaşlığı vurğulayıblar.
9-10-2025, 13:21
Tramp atəşkəsə nail olsa, onu Nobelə namizəd göstərəcəyik - Zelenski


Tramp atəşkəsə nail olsa, onu Nobelə namizəd göstərəcəyik - Zelenski

"Ağ Evin hazırkı rəhbəri Ukraynada atəşkəsi təmin edərsə, biz prezident Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcəyik".
Bunu oktyabrın 9-da jurnalistlərlə görüşündə Ukrayna prezidenti Vladimir Zelenski deyib.
O qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin atəşkəsdən qorxur, çünki onun üçün atəşkəsdən müharibəyə qayıtmaq çətindir.
"Geniş miqyaslı müharibədən atəşkəsə keçmək, sonra yenidən irimiqyaslı müharibəyə başlamaq onlar üçün asan deyil. İqtisadi cəhətdən çətindir, cəmiyyət baxımından çətindir, sülh baxımından çətindir. Və hələ də əlini sıxan ölkələrə münasibətdə bu, əlbəttə ki, asan deyil", - Zelenski bildirib.
Onun sözlərinə görə, amerikalılar üçün Rusiya prezidentini real danışıqlar aparmağa məcbur etməyin bu qədər çətin olmasının səbəbləri bunlardır və buna görə də Putin hələlik müharibəni seçir.
Zelenski vurğulayıb ki, Rusiyaya təzyiqlər artarsa, müharibə bitə bilər.
Donald Tramp müxtəlif beynəlxalq münaqişələrdə vasitəçilik səylərinə görə Nobel Sülh Mükafatına layiq olduğunu dəfələrlə açıq şəkildə bəyan edib.
Avqust ayında Ağ Ev ABŞ prezidentini Nobel Sülh Mükafatına namizəd göstərərək onu “sülhün prezidenti” adlandırıb.
Xatırladaq ki, bu mötəbər mükafata Ermənistan və Azərbaycan da Ağ Ev rəhbərinin namizədliyini irəli sürüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!