İran-Türkiyə sərhədində məhdudiyyət .....                        ABŞ İrana qarşı əməliyyatları dərinləşdirir .....                        Samir Nuriyev nazirləri topladı - Məruzələri dinlədi .....                        Daha bir icra hakimiyyətində ixtisarlar - 36 əməkdaş .....                        Nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edildi .....                        Sumqayıtda silahlı insdent - 64 yaşlı kişi güllələndi .....                        İranı əslində o idarə edir .....                        Bir gecədə dörd evdən oğurluq edən şəxs saxlanıldı .....                        Hakan Fidan Abbas Əraqçıyə etiraz etdi .....                       
16-11-2024, 15:23
Separatçıların lideri istefa verməyə hazırdır


Separatçıların lideri istefa verməyə hazırdır

Abxaziyada separatçıların lideri Aslan Bjaniya istefa verməyə hazır olduğunu bildirib.
Bjaniya doğulduğu Oçamçira rayonunun Tamış kəndində tərəfdarları ilə görüşdə bu barədə danışıb. O, müxalifət qüvvələrinin hökumət binalarını tərk etməsindən sonra istefa verməyə hazır olduğunu bəyan edib.
Bjaniya əlavə edib ki, vaxtından əvvəl istefa verəcəyi təqdirdə Abxaziyada keçiriləcək "prezident seçkilərində" namizədliyini irəli sürəcək.
O, etirazçıların hərəkətini "dövlət çevrilişi" adlandırıb. Bjaniyanın sözlərinə görə, müxalifət təzyiq göstərir və "deputatları" “prezidentin istefası ilə bağlı qeyri-qanuni qərar” qəbul etməyə məcbur edir: “Bu qərar verilməyəcək. İstəmirəm sizdə hakimiyyətdən yapışdığım təəssüratı yaransın... Mən seçki təyin etməyə, istefa verməyə... və seçkiyə getməyə hazıram. Qoy insanlar kimə dəstək verəcəklərini desinlər”.
Qeyd edək ki, Abxaziyada etirazlar noyabrın 11-də başlayıb. Həmin gün Rusiya ilə müqavilənin ratifikasiyasına qarşı çıxan bir neçə müxalif siyasətçi saxlanılıb. Onlar iddia edirdilər ki, qanun ruslara respublikada çoxfunksiyalı komplekslər adı altında mənzillər tikməyə icazə verəcək. Saxlanılarkən etirazçılar Suxumda bir neçə körpünü bağlayıblar.
Ötən gün isə etirazçılar separatçıların binalarına hücum ediblər. Onlar "prezident", "vitse-prezident" və "baş nazir"in istefasını tələb ediblər.
16-11-2024, 14:35
Fransanın müxalifət lideri üçün siyasi ölüm


Fransanın müxalifət lideri üçün siyasi ölüm

Fransanın ultra sağçı Milli Birlik partiyasının parlament fraksiyasının sədri və sabiq prezidentliyə namizəd Marin Le Penin Avropa İttifaqının (Aİ) vəsaitlərini sui-istifadə etməkdə ittiham olunur.
Prokurorlar məhkəmə prosesində onun 3 ili şərti olmaqla 5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Məhkəmə qərar verərdə, Le Penin prezidentliyə namizədliyi qadağan ediləcək. Fransalı siyasətçi təqsirli bilinərsə, qərardan apellyasiya şikayəti verə biləcək.
Le Pen TF1 kanalına açıqlamasında tələb edilən cəzanın qəbul edilməsinin özü üçün "siyasi ölüm" olacağını bildirib.
"Prokurorun tələbi son dərəcə ağırdır, çünki o, tələb olunan digər oxşar ittihamlarla müqayisə olunmayan bir cəza tələb edir və mənim siyasi ölümümü tələb edəcək qədər irəli gedir", - o qeyd edib.
Le Pen bu cəzanın partiyanı məhv etmək üçün nəzərdə tutulduğunu iddia edib.
Məlumata görə, Le Penin noyabrın 27-dən əvvəl hakim qarşısında müdafiə çıxışı etməsi və yekun qərarın 2025-ci ilin əvvəlində açıqlanması gözlənilir.
16-11-2024, 14:18
Paşinyanın partiyadaşı güllələndi


Paşinyanın partiyadaşı güllələndi

İrəvanın 17-ci kvartalında qətlə səbəb olan pul məsələsi ilə bağlı dava baş verib.
İrəvan sakini, 42 yaşlı Artur Manukyan hadisə yerində aldığı güllə yarasından ölüb.
Ermənistanın hakim “Mülki müqavilə” partiyasından olan Parakar icmasının rəhbəri Lüdviq Gülnazaryan da qətl hadisəsi yerində olub, həm də bu mövzunun iştirakçısı olub. Onun da güllə yarası aldığı bildirilir.
Məlumata görə, qətldə şübhəli bilinən Lüdviq Gülnazaryanın dostu axtarılır.
Daxili İşlər Nazirliyi qətl faktını təsdiqləsə də, digər təfərrüatları açıqlamayıb.
Ermənistan İstintaq Komitəsi bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin 155-ci (qəsdən adam öldürmə) və 335-ci (qanunsuz olaraq silah və döyüş sursatı gəzdirmə) maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb. Qətlin iştirakçılarının dairəsi hələ də dəqiqləşdirilir.
16-11-2024, 13:54
Gürcüstan Seçki Komissiyası qarşısında qarşıdurma


Gürcüstan Seçki Komissiyası qarşısında qarşıdurma

Gürcüstan Mərkəzi Seçki Komissiyasının binası yaxınlığında qarşıdurma yaşanıb.
Seçkilərin nəticələrinə etiraz edən bir qrup şəxslə polis arasında toqquşma baş verib.
Polis yolu bağlamağa çalışan bir neçə etirazçını saxlayıb.
Etiraz aksiyası Mərkəzi Seçki Komissiyasının parlament seçkilərinin yekun protokolunu müzakirə edən zaman başlayıb. Protokolun qəbulundan bir müddət sonra etirazçılar yolu bağlamağa cəhd ediblər. Təhlükəsizlik qüvvələri etirazçıları qovub, nəqliyyatın hərəkətini dayandırıb və bir neçə nəfəri saxlayıb.
Qeyd edək ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvili oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin yekun protokolunu imzalayıb. Yekun nəticələrə görə, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası parlament seçkilərində 53,93% səslə qalib gəlib və qanunverici orqandakı 150 yerdən 89-nu əldə edib.
Müxalifət partiyaları seçkinin nəticələrini saxta hesab etdikləri üçün onları tanımaqdan imtina ediblər. Noyabrın 4-dən müxalifət liderləri etiraz aksiyaları keçirir.
16-11-2024, 13:39
Türkiyədə güclü yağış həyatı iflic etdi


Türkiyədə güclü yağış həyatı iflic etdi

Türkiyənin İzmir şəhərində ötən gün başlayan və fasilələrlə davam edən leysan yağışlar fəsadlara səbəb olub.
Bu barədə DHA məlumat yayıb.
Bildirilir ki, xüsusilə Çeşmə bölgəsində küçə və prospektləri su basıb.
16-11-2024, 13:21
"Brilyant əl" filminin aktrisası vəfat etdi


"Brilyant əl" filminin aktrisası vəfat etdi

Rusiyanın əməkdar artisti Svetlana Svetliçnaya vəfat edib. Aktrisa bu gün dünyasını dəyişib.
Svetliçnaya Ermənistan SSR-in Leninakan (indiki Gümrü) şəhərində rus ailəsində anadan olub.
84 yaşında vəfat edən aktrisa "Brilyant əl" filmində "Anna Sergeyevna" obrazı ilə məşhurdu. O, onlarla film və tamaşada rol alıb.
16-11-2024, 12:57
Gürcüstanda seçkilərin yekun nəticələri açıqlandı


Gürcüstanda seçkilərin yekun nəticələri açıqlandı

Hakim “Gürcü Arzusu” partiyası seçkilərin yekun nəticələrinə görə, on birinci çağırış Gürcüstan parlamentində 150 ​​yerdən 89-unu qazanıb.
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 16-da keçirdiyi iclasda 26 oktyabr tarixli parlament seçkilərinə yekun vurub.
Seçkilərin nəticələrinə əsasən, parlamemtdəki 150 yer aşağıdakı kimi bölüşdürülüb:

“Gürcü Arzusu” – 89 yer;

"Dəyişiklik Koalisiyası" – 19 yer;

“Birlik – milli hərəkat” – 16 yer;

“Güclü Gürcüstan” – 14 yer;

“Gürcüstan üçün” – 12 yer.

Beləliklə, Gürcüstanın hakim partiyası rekord qıraraq, seçicilərin təxminən 54%-nin dəstəyini alıb və seçkilərin nəticələrinə görə dördüncü dəfə hakimiyyəti qoruyub saxlaya bilib.
Müxalifət seçkilərdə total saxtakarlıq olduğunu iddia edərək, “Gürcü arzusu”nun qələbəsini tanımaqdan imtina edir. Müxalifət bildirir ki, seçkiqabağı dövrdə və seçki günü seçicilərə təzyiqlər olub. Eyni zamanda, seçkilərin elektron texnologiyalarla keçirildiyi məntəqələrin 2/3-də kütləvi saxtalaşdırma baş verib.
16-11-2024, 12:22
Seçki komissiyasının sədrinə boya atıldı


Seçki komissiyasının sədrinə boya atıldı

Gürcüstan Mərkəzi Seçki Komissiyasının iclasında qurumun sədrinin üzərinə boya atılıb.
Komissiyasının bu gün keçirilən iclasında gərginlik yaşanıb.
Müxalifətdə olan “Vahid Milli Hərəkat” partiyasının liderlərindən olan Davit Kirtadze MSK rəhbəri Giorgi Kalandarişvilinin üzərinə boya atıb. Bundan sonra iclas dayandırılıb.
Qeyd edək ki, müxalifət nümayəndələri seçkinin nəticələrinə etiraz etmək üçün Mərkəzi Seçki Komissiyasının binası yaxınlığında toplaşıblar. Əraziyə polis qüvvələri cəlb olunub.
15-11-2024, 18:45
İki ildən sonra ilk dəfə Putinə zəng etdi


İki ildən sonra ilk dəfə Putinə zəng etdi

Noyabrın 15-də Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Olaf Şolz arasında telefon danışığı olub.
Söhbət zamanı Şolz Rusiya-Ukrayna münaqişəsinə son qoyulmasının zəruriliyindən danışıb. O, Rusiyanı qoşunlarını Ukraynadan çıxarmağa və danışıqlara başlamağa çağırıb.
Almaniya kansleri əmin edib ki, Almaniya “lazım olduğu müddətcə” Ukraynanı dəstəkləməyə davam edəcək. Almaniya hökumətinin məlumatına görə, Putinlə söhbətdən bir müddət əvvəl Olaf Şolz Ukrayna prezidenti Volodimir Zelenskiyə telefonla zəng edib və yenidən zəng etməyi planlaşdırır.
Vladimir Putin və Olaf Şolz arasında bu gün baş tutan telefon danışığı onların 2022-ci ilin dekabrından bəri ilk söhbətidir.
15-11-2024, 15:30
Orban Aİ ölkələrinə çağırış etdi - Rusiyaya qarşı sanksiyalara yenidən baxın


Orban Aİ ölkələrinə çağırış etdi - Rusiyaya qarşı sanksiyalara yenidən baxın

Macarıstanın Baş naziri Viktor Orban hesab edir ki, Avropa İttifaqı ölkələri Aİ-nin rəqabət qabiliyyətini gücləndirmək üçün Rusiyaya qarşı sanksiyalarla bağlı mövqelərinə yenidən baxmalıdır.
Viktor Orban bu fikri cümə günü Macarıstan radiosuna müsahibəsində səsləndirib.
“Elektrik enerjisinin qiymətlərini istənilən vasitə ilə aşağı salmaq lazımdır. Bunun üçün Rusiyaya qarşı sanksiyalara yenidən baxılmalıdır. Çünki indiki sanksiya siyasəti ilə qiymətlər azalmayacaq”, - deyə o vurğulayıb.
Baş nazir qeyd edib ki, elektrik enerjisinin qiymətinin artması Avropa İttifaqının rəqabət qabiliyyətinə mane olacaq. Onun sözlərinə görə, Aİ şirkətlərinin qaz və elektrik enerjisinə çəkdiyi xərclər Amerika şirkətləri ilə müqayisədə dörd dəfə çoxdur.
Qeyd edək ki, ötən həftə Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçıları Budapeştdə keçirilən qeyri-rəsmi sammitdə Aİ-nin rəqabət qabiliyyətinin gücləndirilməsinə dair bəyannamə qəbul ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!