Sarkisyan və Köçəryana təklif edirəm: siyasətdən getsinlər! - Rubinyan .....                        Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət .....                        Rusiyaya xəbərdarlıq edildi: “Vuracağıq” .....                        Tramp Qəzza üçün yeni plan hazırlayıb - TƏFƏRRÜAT .....                        Prezidentin BMT-dəki çıxışı - TAM MƏTN .....                        Biz həm müharibədə, həm də sülhdə qələbə qazandıq .....                        Gəlin, birlikdə ədalətin selektiv olmadığı bir dünya quraq - PREZİDENT .....                        BMT tribunasından mina problemi ilə bağlı çağırış .....                        İlham Əliyev Trampa təşəkkür etdi .....                       
21-10-2022, 21:53
İran Ermənistanın Təbrizdə konsulluq açmasına razılıq verdi


İran Ermənistanın Təbrizdə konsulluq açmasına razılıq verdi

İran hökuməti Təbriz şəhərində Ermənistanın Baş Konsulluğunu açmağa hazırdır. Bunu Ermənistanda səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib. Nazir, həmçinin əlavə edib ki, İran hökumətinin Qafanda Baş konsulluq açmaq qərarı İran və Ermənistan xalqları arasında "çoxillik və tarixi əlaqələrin" dərinliyini göstərir.
21-10-2022, 21:50
Ukraynada enerji infrastrukturunun 40 faizi zədələnib


Ukraynada enerji infrastrukturunun 40 faizi zədələnib

Rusiya Federasiyası Silahlı Qüvvələrinin zərbələri nəticəsində Ukraynada enerji infrastrukturunun 30-40 faizi zədələnib. Bu barədə Ukraynanın energetika naziri German Qaluşenko bildirib. Onun sözlərinə görə, bütün zədələnmiş stansiyalar öz işini dayandırmasa da, zərbələr istehsal gücünün ən azı yarısına təsir edib. Nazir vurulan zərəri bir neçə milyard dollar qiymətləndirib. Qluşçenko elektrik enerjisinin idxalını enerji sektorundakı problemin həlli yollarından biri hesab edir. O qeyd edib ki, artıq potensial təchizatçılarla danışıqlar aparılır.
21-10-2022, 21:46
Avropa İttifaqı Ukraynaya ayda 1,5 milyard avro verəcək


Avropa İttifaqı Ukraynaya ayda 1,5 milyard avro verəcək

Avropa İttifaqı (Aİ) 2023-cü ildə Ukraynaya ayda 1,5 milyard avro yardım ayıracaq. Bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Aİ liderlərinin sammitindən sonra bildirib. O qeyd edib ki, Avropa İttifaqı bu il artıq Ukraynaya 19 milyard avro ayırıb. Von der Leyen, həmçinin deyib ki, İttifaq Ukraynaya su və elektrik təchizatını bərpa etmək üçün kömək imkanlarını nəzərdən keçirir.
21-10-2022, 17:30
Lukaşenko hədələdi - "Bizə hücum etsələr..."


Lukaşenko hədələdi - "Bizə hücum etsələr..."

“Belarus öz təhlükəsizliyini təmin edir və sərhədlərini bağlamaq niyyətində deyil”. Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Brest vilayətindəki Obuz-Lesnovski birləşmiş silah poliqonunda jurnalistlərə açıqlamasında bildirib.“Dünya çox açıqdır, bir-birindən asılıdır. Terrorçular bizə hücum etsələr də, düz getməyəcəklər: onların çoxdan müəyyən edilmiş yolları var. Nə qədər ki, biz idarə edirik. Biz öhdəsindən gəlməyə çalışacağıq”, - Lukaşenko qeyd edib.
21-10-2022, 17:28
Xersonda 88 yaşayış məntəqəsi azad olunub


Xersonda 88 yaşayış məntəqəsi azad olunub

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində indiyədək 88 yaşayış məntəqəsini işğaldan azad edib. Bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini Kirilo Timoşenko bildirib. Timaşonko deyib ki, Xersonda 88 yaşayış məntəqəsi işğaldan azad edilib:"Həmin ərazilərdə 11 827 mülki şəxs yaşayır. Onlara lazımi humanitar yardım göstərilir. Həyat təminatı üçün zəruri obyektlər də bərpa olunur. Yollar təmizlənir, mobil rabitə bərpa olunur".
21-10-2022, 17:26
Ukrayna Rusiyanın pulları ilə bərpa olunacaq


Ukrayna Rusiyanın pulları ilə bərpa olunacaq

Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya kömək etmək üçün istifadə etməyi düşünməlidir. Bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib.“Biz dondurulmuş aktivlərdən Ukraynaya yardım məqsədilə istifadə etməliyik. Həmçinin ölkənin bərpasında da bu aktivlərdən yararlanmaq olar",- Mişel Rusiyanı qəzəbləndirən fikirlər səsləndirib.
21-10-2022, 15:53
Səfərbərliyə çağırılan 10 min əsgər geri qaytarıldı


Səfərbərliyə çağırılan 10 min əsgər geri qaytarıldı

Rusiyada səfərbər olunan 10 minə yaxın əsgər geri qaytarılıb. Bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov deyib."Bu günə qədər ölkə üzrə 10 minə yaxın insan müxtəlif səbəblərə görə geri qaytarılıb", - Kartapolov bildirib. Qeyd edək ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.
21-10-2022, 15:51
İrandan Ukrayna ilə bağlı çağırış


İrandan Ukrayna ilə bağlı çağırış

İran Ukraynada hərbi münaqişənin şiddətlənməsi və təhlükəsizliklə əlaqədar bütün vətəndaşlarını bu ölkədən çıxmağa çağırıb. Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.“Ukraynada olan iranlılar canlarını və təhlükəsizliyini qorumaq üçün bu ölkəni tərk etməlidirlər”, - deyə İran Ukraynadakı vətəndaşlarına çağırış edib.
21-10-2022, 15:27
Ermənistan və Gürcüstan razılaşdı


Ermənistan və Gürcüstan razılaşdı

Hərbçilərin sosial müdafiəsi sahəsində əməkdaşlıq çərçivəsində Gürcüstan Müdafiə Nazirliyinin Sosial Məsələlər və Psixoloji Təminat Departamentinin nümayəndə heyəti oktyabrın 19-20-də Ermənistanda səfərdə olub. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Hərbi qulluqçuların sosial müdafiəsi ilə bağlı məsələlər müzakirə edilib. Qarşılıqlı maraq doğuran istiqamətlərdə gələcək əməkdaşlığa dair razılaşmalar əldə olunub. Gürcüstan nümayəndə heyəti Hərbi qulluqçuların Sığorta Fondunda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də görüşlər keçirib.
21-10-2022, 15:25
Rusiya Ukraynada daha 100 əsgər itirdi


Rusiya Ukraynada daha 100 əsgər itirdi

Son sutka ərzində Ukrayna hərbçiləri daha 100-ə yaxın rus hərbçini məhv edib. Butov.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, fevralın 24-dən düşmənin ümumi döyüş itkiləri təqribən 66 min 750 nəfərdir ki, onlardan 100-ü ötən sutka ərzində məhv edilib. Bundan əlavə, düşmənin digər itkiləri:
2 min 573 tank (son sutkada 6),
5 min 258 zirehli döyüş maşını (gündə 3),
1648 artilleriya sistemi (gündə 2),
372 raket sistemi,
189 hava hücumundan müdafiə sistemi,
269 ​​təyyarə,
243 helikopter,
1325 dron (gündə 14),
329 qanadlı raket,
16 gəmi və qayıq,
4006 ədəd avtomobil texnikası və tanker (gündə 1 ədəd),
47 ədəd xüsusi texnika.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!