Bakıda ağac park edilmiş maşınların üzərinə düşdü .....                        “AnewZ” Vardanyan haqda film çəkdi .....                        Elbəyi Kərimli həbsdə vəfat etdi .....                        Moskvada təyyarə qəzaya uğradı .....                        Kürdə batan şəxsin meyiti tapıldı .....                        İtkin balıqçıların axtarışı davam etdirilir - VİDEO .....                        Azərbaycanla Tailand arasında siyasi məsləhətləşmə olub .....                        Telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb .....                        Türkiyə Rusiyadan təzminat tələb edəcək? .....                       
29-11-2022, 20:40
NATO-dan İrana xəbərdarlıq


NATO-dan İrana xəbərdarlıq

Rusiyanın silah ehtiyatı azaldığı üçün digər ölkələrdən silahlar alır. Bunun bariz nümunəsi də İrandan alınan silahlardır. Bunu NATO-nun Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında deyib.“Heç bir ölkə Rusiyanı silahla təchiz etməməlidir”, - Yens Stoltenberq əlavə edib.
29-11-2022, 15:56
NATO-dan İrana xəbərdarlıq


NATO-dan İrana xəbərdarlıq

Rusiyanın silah ehtiyatı azaldığı üçün digər ölkələrdən silahlar alır. Bunun bariz nümunəsi də İrandan alınan silahlardır. Bunu NATO-nun Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında deyib.“Heç bir ölkə Rusiyanı silahla təchiz etməməlidir”, - Yens Stoltenberq əlavə edib.
29-11-2022, 15:51
Bu ölkə Ukraynaya 30 döyüş maşını verdi


Bu ölkə Ukraynaya 30 döyüş maşını verdi

Slovakiya Almaniya ilə gəldiyi razılığa əsasən, 30 ədəd BMP-1 piyadaların döyüş maşınını (PDM) Ukraynaya göndərib. Bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nad “Twitter”də yazıb. O qeyd edib ki, razılaşmanın şərtlərinə əsasən, bunun əvəzində Almaniya Slovakiyaya 15 ədəd “Leopard 2A4” tankı, ehtiyat hissələri və sursat göndərəcək.
29-11-2022, 15:48
İsrail və ABŞ İran əleyhinə hərbi təlimlərə başlayır


İsrail və ABŞ İran əleyhinə hərbi təlimlərə başlayır

İsrail və ABŞ-ın Hərbi Hava Qüvvələri birgə hərbi təlimlərə başlayacaq. Bu barədə İsrail ordusunun mətbuat xidmətinin rəhbəri Aviçay Adrae sosial şəbəkə hesabında məlumat paylaşıb. İsrail mətbuatında hərbi təlimlər zamanı İranın nüvə proqramı əleyhinə manevrlərin test edilməsinin nəzərdə tutulması barədə xəbərlər yer alıb. Təlimlərdə həm qırıcı, həm də təminat-təchizat təyyarələrinin iştirak edəcəyi qeyd olunub. A.Adrae, həmçinin əlavə edib ki, regionda yaranan təhdidlərə qarşı fərqli ssenarilərlə bağlı hazırlıq işləri görüləcək. Məlumatda ssenarilərlə bağlı detallar açıqlanmayıb.
29-11-2022, 15:46
İran Uels üzərində qələbəyə görə 715 məhkumu əfv etdi


İran Uels üzərində qələbəyə görə 715 məhkumu əfv etdi

İran rəhbərliyi Qətərdə keçirilən futbol üzrə dünya çempionatında milli komandanın Uels yığması üzərində qələbəsindən sonra 715 məhkumu azad edib. İranın məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Mohseni-Ecei bununla bağlı qərar imzalayıb. O, iranlı futbolçuların qələbəsini yüksək qiymətləndirərək, bunun İran xalqına sevinc və xoşbəxtlik bəxş etdiyini qeyd edib.
29-11-2022, 15:38
Tokayevlə Makronun görüşü keçirilib


Tokayevlə Makronun görüşü keçirilib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Fransa prezidenti Emmanuel Makron arasında görüş keçirilib. Görüş Tokayevin Fransa paytaxtı Parisə rəsmi səfəri çərçivəsində baş tutub. Rəsmi qarşılama mərasimindən sonra liderlərin ikitərəfli görüşü başlayıb. Yelisey sarayında keçirilən görüşdə iqtisadi-ticari, investisiya və humanitar sahələrdə strateji tərəfdaşlığın inkişaf perspektivlərinin müzakirə edildiyi bildirilib.
29-11-2022, 15:35
Putin Qazaxıstan və Özbəkistanla birgə ittifaq yaradır


Putin Qazaxıstan və Özbəkistanla birgə ittifaq yaradır

Ötən gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiya paytaxtı Moskvaya səfəri zamanı həmkarı Vladimir Putinlə müzakirə etdiyi məsələlərdən biri məlum olub. Putin Tokayevə Rusiya, Qazaxıstan və Özbəkistandan ibarət üçtərəfli ittifaq yaradılmasını təklif edib. Qazaxıstan tərəfi bu gün ittifaqın qazla bağlı olduğunu açıqlayıb. Bildirilib ki, bu barədə müzakirələr davam etdirilir. Məlumata görə, rəsmi Daşkəndin təklifə necə münasibət bəslədiyi Rusiyanın baş naziri Mixail Mişustinin Özbəkistana dekabrın əvvəlində planlaşdırılan səfəri zamanı müzakirə ediləcək.
29-11-2022, 15:09
Türkiyədə avtobus qəzası - 39 nəfər yaralandı


Türkiyədə avtobus qəzası - 39 nəfər yaralandı

Türkiyədə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 39 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bartın şəhərindən Zonquldak istiqamətində hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Əraziyə jandarm və təcili yardım briqadaları cəlb edilib. Yaralılar ilkin tibbi yardımdan sonra xəstəxanaya yerləşdirilib. Hazırda hadisənin səbəblərinin öyrənilməsi istiqamətində araşdırmalar aparılır.
28-11-2022, 20:19
Dünyanın ən böyük vulkanı püskürdü


Dünyanın ən böyük vulkanı püskürdü

Havay adalarında yerləşən Mauna Loa vulkanı püskürməyə başlayıb. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Bildirilib ki, hazırda vulkanın lavaları hələlik zirvədə dayanıb. Buna baxmayaraq, xəbərdarlıq edilib ki, vulkan püskürməsi çox dinamik ola və lava axınlarının yeri və irəliləməsi sürətlə dəyişə bilər. Dünyanın ən böyük aktiv vulkanının yerləşdiyi Mauna Loa zirvəsi Havay adalarına daxil olan Böyük Adanın yarısından çoxunu tutur. 4169 metr hündürlükdə olan vulkan sonuncu dəfə 1984-cü ilin mart və aprel aylarında püskürüb.
28-11-2022, 20:10
Türkiyə hökuməti Suriya əməliyyatını müzakirə edir - Ordu əmr gözləyir


Türkiyə hökuməti Suriya əməliyyatını müzakirə edir - Ordu əmr gözləyir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilir. Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb. Mətbuatda yayılan məlumata görə, iclasda Türkiyənin Suriyanın şimalı və İraqda terrorçulara qarşı keçirdiyi “Pəncə Qılınc” hava əməliyyatının gedişatı və quru əməliyyatın keçirilməsinə dair ehtimallar müzakirə ediləcək. TRT kanalı bildirir ki, Türkiyə ordusunun Suriya ilə sərhəd bölgələrdə hazırlığı başa çatıb. Ordu bölmələri sərhədək yaxın ərazilərdə quru əməliyyatının başlaması üçün əmr gözləyir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!