Köçkün yataqxanasındakı yanğınla bağlı AÇIQLAMA .....                        Bu, həqiqətən yaxşı bir sənəddir - Mirzoyan .....                        Maşın qaz xəttinə çırpıldı, beş kənd qazsız qaldı .....                        Türkiyə Paşinyanı dəstəkləyir - Hakan Fidan .....                        Ötən il 540 nəfər məcburi Azərbaycana gətirilib .....                        Naxçıvanda vəzifəli şəxs işdən çıxarıldı - Yeni təyinat .....                        Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar QADAĞAN EDİLDİ .....                        Bəzi həkimlərin maaşına əlavələr veriləcək - QƏRAR .....                        1184 əcnəbi Azərbaycandan çıxarılıb .....                       
28-12-2022, 23:21
Çarəsiz İran vətəndaşları orqanlarını satmağa çalışır


Çarəsiz İran vətəndaşları orqanlarını satmağa çalışır

İranda çarəsiz gənclər öz orqanlarını satışa çıxarırlar. Bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb. Bu gün vətəndaşlardan biri Tehranın mərkəzindəki Pasdaran küçəsində yerləşən xəstəxananın önünə vurulan insan orqanları satışına dair elanları videoya çəkib. “Hər yer böyrək satışı ilə bağlı elanlarla doludur. Elan verənlərin əksəriyyəti 26-30 yaşlarında gənclərdir. Bu da molla rejiminin xalqa bəxş etdiyi “firavan həyat”...” - deyə həmin şəxs ürək ağrısı ilə qeyd edib.
28-12-2022, 22:57
Ukrayna yerli pilotsuz təyyarələr istehsal edir


Ukrayna yerli pilotsuz təyyarələr istehsal edir

Ukraynalı mütəxəssislər yerli pilotsuz təyyarələr hazırlayırlar. Bu barədə Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorov "abc News"a bildirib. M.Fedorov qeyd edib ki, onlar pilotsuz təyyarələrlə rus işğalçılarının Ukrayna müharibəsində istifadə etdikləri İrana məxsus "Şahed" kamikadze PUA-larına müqavimət göstərə biləcəklər. “Deyə bilərəm ki, fevral-mart aylarında dronlarla bağlı vəziyyət kəskin şəkildə dəyişəcək”, - Fedorov vurğulayıb.
28-12-2022, 18:52
İmamoğlu Soyluya səsləndi - “ İsbat edə bilməsən, istefa ver..”


İmamoğlu Soyluya səsləndi - “ İsbat edə bilməsən, istefa ver..”

Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədri Ekrem İmamoğlu və ölkənin daxili işlər naziri Süleyman Soylu arasında növbəti qalmaqal yaşanıb. İmamoğlu bu barədə tviter səhifəsində yazıb. "Nazir Soylu ona zəng etdiyimi və kömək istədiyimi açıqlayıb. Bu, quyruqlu yalandır. Kəşfiyyat məlumatları səndə, telefonları dinləmək səndə, bütün informasiyalara çatımlılığın var. Bunu isbat edə bilsən, mən, edə bilməsən, sən istefa verməlisən. Meydan sənindir", - deyə İmamoğlu yazıb. Qeyd edək ki, Əkrəm İmamoğlu haqqında Ali Seçki Komissiyasının üzvlərini təhqir etmək iddiası ilə (iddiaya görə, İmamoğlu onları “axmaq” adlandırıb) qaldırılan cinayət işi üzrə bir müddət əvvəl keçirilən məhkəmə prosesində 2 il 7 ay 15 gün həbs və siyasi fəaliyyətlə məşğul olmasının qadağan edilməsi barədə qərar çıxarılıb. Yüksək instansiya məhkəməsinin təsdiqindən sonra qərarın icrası gözlənilir.
28-12-2022, 18:46
Türkiyədə terror törətmək istəyən şəxslər saxlanıldı


Türkiyədə terror törətmək istəyən şəxslər saxlanıldı

Türkiyədə İrandan təlimat alaraq terror törətmək istəyən şəxslər saxlanılıb. Bunu ölkənin daxili işlər naziri Süleyman Soylu açıqlayıb. O bildirib ki, İrandan təlimat alan 5 terrorçu tutulub. Nazirin sözlərinə görə, terrorçular Van şəhərində saxlanılıblar. Soylu həmçinin qeyd edib ki, terrorçular saxlanılarkən silah-sursat və partlayıcı maddələr də aşkarlanaraq götürülüb: "Uzun müddətdir izlədiyimiz qrup idi. Hücuma hazırlaşırdılar".
28-12-2022, 18:38
Yunanıstandan Türkiyəyə qanunsuz yolla keçən şəxslər saxlanıldı


Yunanıstandan Türkiyəyə qanunsuz yolla keçən şəxslər saxlanıldı

Qanunsuz yollarla Yunanıstandan Türkiyə ərazilərinə daxil olmağa cəhd göstərən 16 sərhəd pozucusu saxlanılıb. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hadisə Yunanıstanla həmsərhəd olan Edirne şəhərində baş verib. Araşdırmalar nəticəsində məlum olub ki, saxlanılanlardan ikisi FETÖ terror təşkilatının üzvü olub. Saxlanılanlarla bağlı hüquqi prosedurların və araşdırmaların davam etdirildiyi qeyd olunub.
28-12-2022, 18:31
Ərdoğandan ölkə iqtisadiyyatıyla bağlı iddialı açıqlama


Ərdoğandan ölkə iqtisadiyyatıyla bağlı iddialı açıqlama

"Türkiyə dünyanın 10 iqtisadiyyatından biri olacaq". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan elm mükafatları mərasimindəki çıxışı zamanı deyib. "Sadəcə son 1 ildə 174 universitet və 3 mindən çox tədqiqat-inkişaf mərkəzinə 15 milyard lirədən çox vəsait xərcləmişik. Gördüyümüz işlərlə beyin axının istiqamətini dəyişmişik. Türkiyə dünyanın 10 iqtisadiyyatından biri olacaq. Bunun üçün səy göstəririk", - deyə Ərdoğan söyləyib. "Elmə və texnologiyaya etdiyimiz yatırımların hər sahədə meyvələrini toplayırıq və bunun sevincini yaşayırıq", - Türkiyə prezidenti əlavə edib.
28-12-2022, 18:03
Rusiya Ukraynaya şərt irəli sürdü


Rusiya Ukraynaya şərt irəli sürdü

“Rusiyanın dörd yeni regionunun tanınması Ukrayna üçün “sülh planı”nın əsas komponentidir. Bu maddə olmadan vəziyyəti həll etmək mümkün deyil”. Bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib. Eyni zamanda, Peskov bildirib ki, bu gün prinsipcə münaqişənin həlli üçün yazılı “sülh planı” yoxdur, lakin o tərtib edilərsə, müəlliflər yeni reallıqları nəzərə almalı olacaqlar. “Ukraynanın belə bir “sülh planı” ola bilməz ki, bugünkü reallıqları - Rusiyaya yeni bölgələrin daxil olmasını nəzərə almasın”, - Kreml sözçüsü deyib. Xatırladaq ki, Rusiya Ukraynanın dörd regionunu – Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini işğal edəndən sonra onları bu il sentyabrın 30-da öz ərazisinə daxil edilib.
28-12-2022, 17:58
Qarabağ ermənilərinə 500 min dollar ayrıldı


Qarabağ ermənilərinə 500 min dollar ayrıldı

Fondun Himayəçilik Şurasının iclasında Azərbaycanın Laçın dəhlizinin bağlanması şəraitində Dağlıq Qarabağa yardımın göstərilməsi məsələsi müzakirə olunub. “Hayastan” ümumerməni fondu Qarabağ ermənilərinə humanitar yardım göstərmək üçün 500 min dollar ayırıb. Dekabrın 27-də Fondun Himayəçilik Şurasının iclası keçirilib və Qarabağ ermənilərinə yardımın göstərilməsi məsələsi müzakirə edilib. İclasa Şuranın rəhbəri, Ermənistan prezidenti Vaaqn Xaçaturyan sədrlik edib. Onlayn iclasda şuranın 20 üzvü, eləcə də Fondun yerli qurumlarının nümayəndələri iştirak ediblər. Fondun ABŞ-dakı yerli orqanı Qarabağ ermənilərinə ərzaq yardımı üçün dərhal 500 min dollar ayırmağa hazır olduğunu bildirib. Qeyd olunub ki, 2021-2022-ci illərdə Fond Qarabağ ermənilərinə yönəlik 32 milyard dram dəyərində humanitar proqramlar həyata keçirib.
28-12-2022, 14:48
Zaxarovadan Ukrayna XİN başçısına münasibət


Zaxarovadan Ukrayna XİN başçısına münasibət

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Ukrayna XİN başçısı Dmitri Kulebanın Rusiyanın BMT Təhlükəsizlik Şurasının çıxarılması ilə bağlı açıqlamasına münasibət bildirib. Zaxarova bu barədə "Sputnik"in efirində jurnalistin sualını cavablayarkən danışıb. "Heç nə etmək lazım deyil. Bu o situasiyadır ki, it hürür, karvan isə yoluna davam edir", - Zaxarova söyləyib. Qeyd edək ki, bundan əvvəl Dmitri Kuleba Ukraynanın Rusiyanı BMT TŞ-dən çıxarmaq üçün rəsmi addımlar atacağı və BMT-yə müraciət göndərəcəyi barədə açıqlama vermişdi.
28-12-2022, 14:24
Almaniyanın kanslerindən Ukraynayla bağlı maraqlı açıqlama


Almaniyanın kanslerindən Ukraynayla bağlı maraqlı açıqlama

Ukrayna böhranının nizamlanmasında iştirakıma “dəyməz”. Bunu Almaniyanın sabiq Baş kansleri Angela Merkel deyib. Merkel Ukraynadakı münaqişənin necə bitəcəyi ilə bağlı məsələyə də münasibət bildirib: "Bütün müharibələr danışıqlar masası arxasında bitir. Bu müharibə də danışıqlar masasında həll olunacaq. Doğrudur, bir çoxları kimi mənim də istəmədiyim sülh danışıqları ilə dostluq danışıqları arasında fərq var. Ancaq daha heç nə əlavə etmək istəmirəm”. Sabiq kansler çıxışının sonunda özünün Rusiya və Ukraynaya qarşı yürütdüyü siyasəti müdafiə edib: "Mən müharibənin bitməsi ilə bağlı əlimdən gələni etdim. Bu alınmadı, ancaq o demək deyil ki, cəhd etmək düzgün deyildi".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!