Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var .....                        Paşinyana kilsədə hücum oldu, saxlanılanlar var .....                        İran İsrailin kimya zavodunu vurdu .....                        "Qarabağ" xanım azarkeşləri üçün girişi pulsuz etdi .....                        CNN: İranla bağlı dördtərəfli danışıqlar başlayıb .....                        Tudor klubdan ayrıldı .....                        Rusiyanın Baltik dənizindəki neft terminalına zərbə .....                        3 nəfərin ölümünə səbəb olan klinika rəhbəri - Həbsdə qaldı .....                        Bu ərazidə 3 gündür istilik yoxdur .....                       
30-11-2022, 19:39
İran Rusiyaya silah verməyə son qoymalıdır - Stoltenberq


İran Rusiyaya silah verməyə son qoymalıdır - Stoltenberq

İran və digər ölkələr Ukraynaya qarşı müharibədə Rusiyaya silah-sursat verilməsinə son qoymalıdır. Bu barədə Alyansın baş katibi Yens Stoltenberq Buxarestdə təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında bildirib. Baş katib deyib ki, İran və ya heç bir başqa ölkə Rusiyaya raketlər, pilotsuz uçuş aparatları və ya hər hansı digər hərbi vasitələr verməməlidir.
30-11-2022, 19:25
NATO ölkələri Çindən asılılığı azaldacaq


NATO ölkələri Çindən asılılığı azaldacaq

NATO ölkələri Çindən asılılığı azaltmaq barədə qərar qəbul edib. Bu barədə təşkilatın Baş katibi Yens Stoltenberq məlumat verib. Baş katib digər avtoritar rejimlərdən də asılılığın azaldılmasının zəruri olduğunu vurğulayıb. Stoltenberq deyib ki, NATO ölkələrinin xarici işlər nazirləri Çinin iddialı hərbi inkişafını, texnoloji sıçrayışını nəzərdən keçiriblər. Qeyd edək ki, Rumıniyanın paytaxtı Buxarest şəhərində NATO ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilib.
30-11-2022, 19:23
Estoniya Aİ-dən 156 milyon avro təzminat alacaq


Estoniya Aİ-dən 156 milyon avro təzminat alacaq

Estoniya Aİ-dən 156 milyon avro təzminat alacaq
Estoniya Ukraynaya göstərdiyi hərbi yardıma görə Avropa İttifaqından 156 milyon avro təzminat alacaq. Bu barədə Estoniya Müdafiə Nazirliyinin sözçüsü Tomas Mell bildirib. "Avropa İttifaqı Avropa Sülh Fondu çərçivəsində Ukraynaya hərbi dəstək üçün ümumilikdə 3,1 milyard avro dəyərində 6 yardım paketinin ayrılmasını təsdiqləyib. Bu məbləğdən 156 milyon avro Estoniyaya qaytarılacaq", - nazirlik rəsmisi vurğulayıb. Qeyd edək ki, bundan əvvəl Estoniyaya 135 milyon avro məbləğində kompensasiya ödənilməsi barədə qərar verilib. Tomas Mellin sözlərinə görə, Estoniya bu vəsaitdən öz hərbi potensialını bərpa etmək üçün istifadə edəcək.
30-11-2022, 19:22
Ukrayna səfirliyində partlayış - Yaralı var


Ukrayna səfirliyində partlayış - Yaralı var

Ukraynanın İspaniyanın paytaxtı Madrid şəhərindəki səfirliyində partlayış olub. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində 1 nəfər yaralanıb. İspaniya mətbuatının yaydığı məlumata görə, xəsarət alan şəxs səfirliyin əməkdaşıdır. Ehtimal olunur ki, diplomatik nümayəndəliyə içərisində kiçik partlayıcı qurğu olan qutu göndərilib. Səfirliyin əməkdaşı qutunu açan zaman partlayış baş verib. Yaralı xəstəxanaya yerləşdirilib. Əraziyə polis əməkdaşları cəlb olunub. Hazırda faktla əlaqədar araşdırma aparılır.
30-11-2022, 19:17
İran millisinin baş məşqçisi istefa verdi


İran millisinin baş məşqçisi istefa verdi

Futbol üzrə İran millisinin baş məşqçisi Karluş Keyroş istefa verib. Portuqaliyalı mütəxəssis istefa qərarını "Instagram" səhifəsində açıqlayıb. Qeyd edək ki, ötən gün ABŞ yığmasına 1:0 hesabı ilə məğlub olan İran millisi dünya çempionatında mübarizəni dayandırıb.
30-11-2022, 19:04
Çavuşoğludan ittiham: “ABŞ terrorçulara dəstək verir”


Çavuşoğludan ittiham: “ABŞ terrorçulara dəstək verir”

“ABŞ-ın Suriyada terror təşkilatlarına dəstək verməsi açıq-aydın ortadadır”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Buxarestdə keçirilən NATO xarici işlər nazirlərinin sammitində jurnalistlərin suallarını cavablandırarkən deyib. “Türkiyəni əngəlləməyə çalışan cəhdlər müşahidə edirik. Biz lazımi cavabları vermişik. Müttəfiqlərdən dəstək gözləyirik. O cür “amma”lı açıqlamalar gözləmirik. Həm Suriyada, həm İraqda terrorla mübarizəmizi davam etdirəcəyik. Deyilir ki, digər NATO ölkələrində də bunlar var. Haqlıdırlar. Pul toplanır, adamlar yığılır. Bütün bunlara son vermək lazımdır. ABŞ-ın Suriyada terror təşkilatlarına dəstək verməsi açıq-aydın ortadadır”, - deyə nazir bəyan edib.
30-11-2022, 14:55
“Təslim olmayacağıq” - Ukraynanın birinci xanımı


“Təslim olmayacağıq” - Ukraynanın birinci xanımı

Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya Böyük Britaniyaya səfəri çərçivəsində ölkə parlamentində millət vəkilləri qarşısında çıxış edib. Ukraynanın birinci xanımı hazırda ölkəsindəki şəhərlərin II Dünya Müharibəsi zamanı nasist Almaniyası tərəfindən bombalanan Böyük Britaniya şəhərlərinə bənzədiyini söyləyib. “Siz təslim olmadınız, biz də təslim olmayacağıq. Artıq ehtiyacımız olan tək şey qələbə deyil, həm də ədalətə ehtiyacımız var”, - deyə xanım Zelenskaya bildirib. Ukraynada döyüşən rus əsgərlərini nasist hərbçiləri ilə müqayisə edən Y.Zelenskaya ölkəsinin terrora məruz qaldığını bəyan edib. Birinci xanım əlavə edib ki, Ukraynanın mülki infrastrukturu və energetika sistemləri Rusiya tərəfindən hədəf alınıb: “Düşmən bizi qaranlıq və soyuqla vurmaq istəyir”. Qeyd edək ki, daha sonra Y. Zelenskayanın Britaniya kralı III Çarlz və xanımı Kamilla ilə görüşü planlaşdırılıb.
30-11-2022, 14:53
Şoyqu: “Səfərbərliyə çağırılanların təlimi yekunlaşıb”


Şoyqu: “Səfərbərliyə çağırılanların təlimi yekunlaşıb”

Qismən səfərbərlik çərçivəsində orduya çağırılan 300 mindən çox rusiyalı təlim keçib. Bu barədə Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu bildirib. Onun sözlərinə görə, səfərbər olanlar Rusiya və Belarusdakı yüzdən çox poliqonda üç minə yaxın təlimatçı tərəfindən öyrədilib. Şoyqunun sözlərinə görə, səfərbərliyə çağırılanların və könüllülərin təlimləri iki ay davam edib: “Təlim mərkəzlərində səfərbər olunanlara döyüş maşını və tanklar, artilleriya sistemləri, hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları və elektron döyüş sistemləri, rabitəsi üzrə təlimlər keçilib”. Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik başlayıb - oktyabrın 28-də onun başa çatdığı elan edilib.
30-11-2022, 14:47
Rusiya ABŞ-la danışıqlardan imtina etdi


Rusiya ABŞ-la danışıqlardan imtina etdi

“ABŞ-la strateji hücum silahlarının məhdudlaşdırılması anlaşmasını müzakirə etməyəcəyik”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova söyləyib. O qeyd edib ki, rəsmi Moskva bu anlaşmanı yüksək qiymətləndirir, amma bunu müzakirə etmək üçün uyğun şərtlər olmalıdır. “Rusiya hazırda ABŞ-la strateji hücum silahlarının məhdudlaşdırılması anlaşmasını müzakirə etmək niyyətində deyil. ABŞ Ukraynanı silahlandırmağa davam etdikcə, bu, baş verməyəcək”, - deyə Zaxarova bəyan edib.
30-11-2022, 14:45
“Ukraynanın bərpası üçün 1 trilyon dollardan çox pul lazımdır” – Zelenski


“Ukraynanın bərpası üçün 1 trilyon dollardan çox pul lazımdır” – Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski müharibədən sonra ölkənin bərpasından danışıb. Zelenski “Ekspo-2030” sərgisinə videokonfrans vasitəsilə qatılıb. O, müharibə nəticəsində Ukraynaya böyük ziyan dəydiyini bildirib. “Müharibədən sonra Ukraynanın bərpası üçün 1 trilyon ABŞ dollarından çox pul lazımdır”, - deyə Zelenski qeyd edib. Ukrayna prezidenti onu da bildirib ki, Kiyevin müttəfiqləri bərpa prosesi ilə bağlı hazırlanacaq proqrama maraq göstərirlər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!