Sağ qalan 7 sərnişin Bakıya gətirildi .....                        Öldüyü deyilən Mahirin atası: "Sağ olduğunu bu gün öyrəndik" .....                        Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır .....                        Rusiya Azərbaycana təzminat ödəməli olacaq .....                        Təyyarə qəzasında həlak olanlardan biri futbolçudur - RƏSMİ .....                        İnsanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım - Çin lideri .....                        Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı .....                        Elfaq Nağıyev anıldı .....                        İlahə HƏBİB Yazır: Camaat nə deyər?! .....                       
Tarix : 19-02-2014, 16:50

 

 

 

 

Tarixin yurd yaddaşı

 

 

 

Gənc nəsildə doğma yurda bağlılıq, ona sevgi və məhəbbət hissinin aşlanılmasında coğrafiya dərslərinin rolu böyükdür. Bunun üçün fənni tədris edən hər bir müəllim özü doğma yurdumuzu, onun hər bir guşəsini qarış-qarış gəzməli yurdun keçmişini və bu günü ilə əlaqələndirməyi ustalıqla bacarmalı tədris prosesində alovlanmalıdır. Müəllimin yanğısının istisi isə gənc nəsilə keçməlidir. Bax bu zaman bilməlidir ki, vətən ancaq və ancaq doğma kənddən başlanır.

Uşaqikən onun kələ-kötür daş və kəsəyindən tutaraq iməkləyən, yeriməyə, ayaq açdığı, uşaqlığın qayğısız illərini keçirdiyi məkan doğma kənddir. Deməli, doğma yurda məhəbbət hissinin aşılanılmasında müəllim özüdə hazır olmalı, yanmağı bacarmalıdır. Beləliklə gənc nəsildə doğma kəndə sevgi hissini alovlandırmaqla Azərbaycan adlı vətənimizə məhəbbət hissini aşlamağa nail olmaq olar. Onda ilanlı çöllərimiz, çılpaq daşlıqlarda kəklikli qayalarımız, soyuq sulu bulaqlarımız meşəli dağlarımız, güllü-çiçəkli yaylalarımız bütünlüklə sevilmiş olacaqdır. Belə bir vətənə hədsiz sevgi ilə alovlandırılmış gənc nəsil doğma yurdumuz Azərbaycanın hər bir qarışını sevəcək, onun bütövlüyünə daimi abadlaşdırılmasına, inkişafına can atacaqdır. Aydın məsələdir ki, öz doğma kəndini, doğma respublikamız Azərbaycanı sevən, ona bağlı olan gənc bəşər yaşayan Yer üzünü də sevəcəkdir. Məlumdur ki, vətənə məhəbbət tərbiyəsinin əsas şərtlərindən biri onu hər tərəfli öyrənməkdir. Deməli uşaq ikən bizə dəyərsiz və lazımsız görünən yerli obyektlərin hər birini qiymətli bir inci kimi sevdirmək vacibdir. Azərbaycan xalq sairi S.Vurğunun dediyi kimi.

Kim bilir neçədir dünyanın yaşı.

Tarixin nə qədər yazısı vardır.

Hər saxsı, parçası, hər məzar daşı,

 

Nəsildən nəsilə bir yadigardır.

Azərbaycan coğrafiyasının tədrisi prosesində doğma yurdumuzun keçmişinə nəzər salmaq bu baxımdan əvəzsiz əhəmiyyətə malikdir. Məlum olduğu kimi hazırki vəziyyətdə respublikamızın müxtəlif bölgələrində Azərbaycan Dövlət Müəllimlər institutunun filialları fəaliyyət göstərir ki, bununda gələcəyin gənc müəllimlərin bu istiqamətdə yetişdirməyə geniş təbii imkanları vardır. Daha doğrusu şair İsgəndər Etibarın təbincə desək:

Təbiətin qoynunda,

Açıq müzeydi Şirvan.

Oxu daşlar danışsın,

Dinlə oxusun hər yan.

Bir əbədi nəğmə var,

Onun küləkləridir.

Güllərinə qıymayın,

Şair ürəkləridir.

Bu baxımdan Azərbaycanın təbiətcə və istərsə də tarixi abidələrlə zəngin dilbər guşələrindən biri də Şirvan-Şamaxı bölgələridir. Burada İ.V.Fiqurovskinin qeyd etdiyi kimi təbiət şaquli zonallıq üzrə təkrar olunmazdır. Bunu tarixi abidələrin yerləşməsində ictimai, siyasi, iqtisadi quruluş və şəraitdən asılı olaraq insanların tarixən məskən salmalarından da aydın müşahidə etmək olur. Şirvan-Şamaxı torpağı qədim çağlardan insanların məskunlaşdığı mədəni məskənlərdən biri olmuşdur. Məlum olduğu kimi qədim və orta əsrlərdən indiyə kimi yaşayış məskənlərinin yaranıb formalaşmasında hər bir dövrün ictimai, siyasi, iqtisadi amilləri əsas rol oynamışdır. İlk çağlardan insanların ən çox sığınacaq  əhəmiyyətli coğrafi mövqeyə malik yerləri özlərinə məskən seçmələri təsadüf deyildir. Çünki qonşu tayfa və xalqlardan qorunmaq üçün dağların keçilməz yerlərində daimi məskən salmağa meyilli olmuşdur. Bu baxımdan münasib yer heç olmasa 2-3 tərəfdən sıldırımlı, keçilməz dağ və qayaqlıqarla əhatə olunmalı, suya yaxın, otlaq sahələri əlverişli olmalı idi.

Zaman keçdikcə sonrakı dövrlərdə nisbətən dağların aşağı hissələri daimi yaşayış üçün münasib hesab edilmişdir. Buna görə də Şirvan-Şamaxı ərazisi maraq doğurur. Biz Girdiman, Ağsu, Pirsaat, Qozlu, Çıgıl çaylarının hövzələrinə səyahət etmiş olsaq diqqətimizi keçmişin qaynar həyatı xəyalən bir anlığa cəlb edəcəkdir. Təkcə, onu qeyd etmək lazımdır ki, Ismayıllı, Şamaxı, Qobustan bölgələri, Ağsu (bölgəsinin dağlıq hissəsi) və az hissə Hacıqabul bölgəsi ərazisindən 136 yaşayış yeri xarabalığı, yurd yerləri, 17 qala və qalacıq, 275-dən çox kimsəsiz adlandırdığımız qəbiristanlıq və başqa abidələr qeydə alınması xalqımızın keçmişindən xəbər verir. Məsələn: Pirsaat çayının yuxarı axını sahilində Yeddi qardaş, Binə Əngəxaran, Babasəfər, Alıkənd, Qozluçayın hövzəsində yuxarı axında Qaraçuxa, Babaqənbər, Nalpiri, Bizlan qalası, Zəngənə və başqa yaşayış yeri xarabalıqları diqqəti cəlb edir. Çıgıl çay hövzəsində köhnə taxta yaylaq (xəyalı ad) altında Şirvan şəhərinin xarabalığı ehtimal olunan qədim yaşayış yeri xarabalığı, Ağsu çayının hövzəsində Zəngidahar, Ülgüc, Girdiman çay hövzəsində Zəngi, Mingəçevir və b. Yaşayış yeri xarabalıqları vardır.

Tarixdən məlumdur ki, qədim və orta əsrlər şəhərləri qalasız olmamışdır. Qalalar isə yüksək təpə və zirvələrdə tikilmişdir. Bu baxımdan haqqında söz açdığımız ərazilər qala və qalacıq adlı abidələrlə zəngin olmuşdur. Məsələn, Dağ Kolanı kəndi ərazisində qalacıq Şeyxbörkü abidələri, Allahəkbər qədim şəhər tipli yaşayış yeri, (burada 3 kurqan) VII-VIII əsrlərə aid şəhidlər qəbiristanlığı, Poladlı kəndi ərazisində Mağara evlər şəhərlər, Gümüşlü xarabalıqları Quşçu kəndi ərazisində Qalacıq, Karvansara; Göylər kəndində Pirmərdəkan; Dağ Bağırlı ərazisində Bağçasaray, Qızqalası, Gümüşlü yaşayış yeri xarabalıqları; Bədəlli kəndi ərazisində Qalacıq, Mağaralar; Qurbançı kəndi ərazisində Şəhərgah, Oğlan qalası, Qız qalası; Nabur kəndi ərazisində Qaraqaya dağında Saxsı qalası, Pirhat dağında Govur qalası Ərçiman kəndi ərazisində Qalacıq; Xaladar (Kələdar) sahəsində Bizlan qalası; Cəmcəmli kəndi ərazisində Axurlu, Zəngi, Muğanlı kəndi yaxınlığında fəxrəküş; Şıxlar kəndi ərazisində Cavanşir qalası; Ovculu kəndi ərazisində Bitlinənə; Quşçu kəndi ərazisində Xilmilli və b. (Şamaxı-Qobustan ray.).

İsmayıllı bölgəsində Cavanşir qalası, Fit alası, Qasımxan qalası, Haramqalası, Govur qalası, Mollamahmudlu, Zəngi, Qalay-Gümüş, Vəlibinə, Bığır, Abdal və b.qala yaşayış məskənlərinin xarabalıqları qeydə alınmışdır (İ.r.). Ağsu bölgəsi sahəsində Nüydü abidələri, Sanqalan qalası və s. Ümumiyyətlə desək bu və buna bənzər abidələrin çoxluğunu nəzərə alaraq işə xəritə-sxem əlavə edildiyinə hamısının adını sadalamağa ehtiyac duyulmur. Lakin tariximizin yurd yaddaşlarının qəlbini duymaq, onları danışdırıb araşdırmaq arxeoloqlarımızın işidir. Bununla yanaşı bütün bunların hamısının yazıya alınmasında məqsəd gənc nəslin diqqətini doğma Azərbaycanımızın təbiəti, təbii sərvətləri kimi ulu babalarımızın qurub yaratdığı tarixi mədəniyyət abidələrinə diqqəti cəlb etmək, gənc diyarşünasları yurdumuzun tarixi keçmişi ilə tanış etmək ata-baba ocağının müqəddəsliyini qorumağı, alovlandırmaq kimi əhəmiyyət kəsb etməkdir. Buna görə də belə Zəngin məkan ilə tanış olmaq üçün ali və orta məktəblərdə ekskursiya və səyahətlərə diqqəti artırmaq ən ümdə vəzifələrdən biridir. Biz bu yazıda məqsədli olaraq bir neçə qədim yaşayış məskənlərindən söz açmağı məqsədəuyğun hesab edirik.

Qozlu çayın yuxarı axını sol sahilində Sarıdaş yaylasının cənub qərb yamacında yerləşən Zəngənə yaylağındakı xarabalıq maraq doğurur. Zəngənə eli qədim çağardan heyvandarlıqla məşğul olmuş ellərdən biri kimi məlumdur. XIX əsrin ortalarında Zəngənə tayfası 24 ailədən ibarət ərəb, be Zəngənə adı ilə Cavad qəzasında xatırlanır. XIX əsrdə Bakı quberniyasının Cavad qəzasında Kür çayının sol sahilində (32, ailə, 187 nəfər əhali) Köçəri elin yaşaması göstərilir.

Zəngənə elinin tarixi mənbələrdə əks olunduğuna görə bizim məqsədimiz Zəngənə adlı yaylaqdakı yaşayış məskəninin bu günə kimi qalmış xarabalıqlarını işıqlandırmaq, arxeoloqlarımızın diqqətini oraya yönəltməkdir.

Toponomik qanunauyğunluq olaraq yay və qış otlaqlarının əksəriyyəti oradan istifadə edilən tayfa, qəbilə və şəxs adları ilə adlanır. Məsələn, Padar Camal yaylağı, Kolanı Camal yaylağı, Çıraqlı yaylağı, Kolanı Taxta yaylağı və s. Zəngənə yaylağında (Zəngənə elinin adı ilə) bu qəbildən hesab etmək olar. Lakin tarixin dərinliklərindən soraq verən yaşayış məskəni xarabalıqları burada uzaq keçmişlərdə yaşamış insanların həyat tərzindən soraq verir. İlk baxışda qədim və orta əsrlərə məxsus yaşayış məskənlərinə xas xüsusiyyətləri buradakı yaşayış yeri xarabalığı yerləşən əraziyədə şamil etmək olar. Xarabalıq Şimal tərəfdən keçilməz dağ yamacları ilə əhatə olunmuş yastanada yerləşir. Cənub qərb tərəfdə Qozlu çayla qovuşur. Xarabalıq sahəsini nəzərdən keçirdikdə daş hasarlar və başqa tikili qalıqlarının izləri diqqəti cəlb edir. Yaşayış yerinin  tarixən mövcudluğunu sübut edən  amillərdən biri içməli suyun və məzarlığın olmasıdır. Çayın bu sahəyə yaxın olmasına baxmayaraq daha maraqlı faktlardan biri də geydirmə saxsı borularla (hər bir borunun uzunluğu 45 sm, diametri 42 sm-dir) yaşayış yerinə kənardan su gətirilməsinin aydınlaşdırılmasıdır (borunun 4 ədədi Poladlı kənd orta məktəbində saxlanılır). Yaşayış yerinin şərq tərəfində Sarıdaş çayının sağ sahilində Pirbəhli kəndinə gedən yol kənarında təpə üzərində qəbiristanlıq aşkar edilmişdir. Yaşayış yerindən xeyli aralı kiçik sahələrdə əkinçilik mədəniyyətinin izlərinin olduğunu söyləməyə imkan verir. Qozlu çayın yuxarı axını sahəsində Girvədən keçərək uzunca istiqamətində toponomiyada iz qoymuş Bizilan qalası yaxınlığından Xaladar (Kələdar) aşırımından Karvan yolu da buradan yaxın məsafədən keçir.

Tarixin yurd yaddaşlarında yaşayan daha diqqəti cəlb edən tarixçilərin bu günə kimi ərəb səyyah coğrafiyaşünasların məlumatlarına əsasən müxtəlif ərazilərdə güman etdikləri Şirvan şəhəridir. Bəziləri Şirvanı Şabranla eyniləşdirir. Bakı-Xaçmaz dəmir yolu üzərində Sarvan stansiyasından 2-3 km Cənubda olduğu iddia edilir.

Bizcə ərəb səyyahlarının verdiyi məlumatların müqayisəli təhlili Şirvan şəhərinin xarabalıqlarının qalıqları Çığıl çayın hövzəsində Taxta Paşalı yaylağında axtarılmalıdır. Çünki Şamaxı şəhərindən Şabrana doğru uzanan yol üç mənzillikdə (dəvə gedişi ilə məsafədə) qeydə alınmış Şirvan şəhəri ehtimal olunan Taxta Paşalı qədim yaşayış yeri bu cəhətdən diqqəti cəlb edir. 

Bu yaşayış yeri xarabalığı haqqında yerin adı ilə köhnə Taxta yaylaq kəndi adı altında ilk dəfə Akademik B.Ə.Budaqov məlumat vermişdir. Lakin son illər Ş.Əhmədov ərazini ətraflı nəzərdən keçirmiş yerüstü materiallar toplamışdır, bütün təbii imkanların mövcud olduğu ərazidəki xarabalığın Şirvan şəhərinin qalıqlarının olmasını bildirmişdir. Taxta Paşalı yaylağındakı xarabalıq maili düzənlikdə Çığıl çayın sol sahilində bol yem ehtiyatına malik münbüt torpaqları olan ərazidə mühüm karvan ticarət yollarının uzandığı sahədə yerləşir. Bu ərazi yaxınlığında qədim yaşayış qalıqlarının olması da onun mərkəz mövqe tutmasını bir daha sübut edir.

Lakin çox təəssüf olsun ki, illər keçməsinə baxmayaraq bu ərazidə arxeoloji tədqiqatların aparılması arxeoloq alimlərimizin hələlik diqqət mərkəzindən kənarda qalmaqdadır. Bununla yanaşı Alıbəyli abidələri Məcid düzü kurqanları, Göyəc qışlağındakı Govur arxı, Saxsılı təpə (Kurqan), Ovçu Pirim əbidələri, Alataxta qışlağındakı 3 kurqan, Həmyə kəndinin cənub şərqindəki kurqanlar da öz tədqiqini gözləyir.

Daha bir maraqlı cəhət diqqəti cəlb edir. Məsələn, hər hansı bir xalqın, elin həmin ərazidə qədim zamanlardan yaşamasını göstərən amillərdən biri də böyük (makro) coğrafi obyektlərin adında onların adının (çay və dağ və s) yaşamasıdır. Bu baxımdan Qarqar çayın, Tərtər çayın, Girdiman çayının, Çigil çayının adı tayfa adları, Pirsaat çayının isə (Saklarla bağlı), Bolqar çayının və s.adları, Böyük Qafqazda Nialdağ sistemində Qalac (əslində Xələc), Dübrar dağ sistemindəki uca zirvənin kolanı (hun.2209m) adlanmasıdır. Təəssüflə qeyd edilməlidir ki, son illər zirvənin də adı Dübrar kimi göstərilməsidir.

Məsələn: Tarixən türk dilli tayfaların qədim çağlardan Azərbaycan ərazisində yaşamaları və oğuzların isə XI-XII əsrlərdə şərqə doğru hərəkətlərinin meyllənməsi amillərindən biri də burada yaşayan qan qardaşları ilə görüşüb qarışmasıdır.

Bu baxımdan kolanıların da bir hissəsinin qədimdən Şirvanda yaşamalarına toponimlər şahidlik edir. Sonralar isə Ağa Məhəmməd Şah Qacarın Qarabağa hücumu zamanı Qarabağ ellərinin bir hissəsini İbrahimxəlil xan Şirvana dostu Mustafa xanın himayəsinə göndərir. Qacarın təhlükəsi sovuşduqdan sonra Qarabağ elləri yenidən Qarabağa qayıdarkən Qarabağdan gəlmiş Kolanıların bir hissəsi (Goran, Pirəvənd, Borravənd, Axsağlı, Qaraoğlanlı, Şadılı, Həzili, Lolaylı tirələri və b.). Şirvanda qədimdən yaşayan Kolanı tayfasından olan qan qohumları ilə görüşüb burada qalmalarını söyləmək olar.

Beləliklə, Dübrar kimi böyük dağ sistemindəki ən uca zirvənin kolanı adlanması kolanların bir hissəsinin qədim çağlardan Şirvanda yaşamasını göstərir. Başqa bir cəhət isə tarixən Bicov kəndindən olmuş bəy ailələrinin məskunlaşdığı kənd Şahbuzbəyli, Şıxəlibəyli, Osmanbəyli, Bağırovka adları ilə yaşayaraq sonralar Sabirli adı ilə məşhurlaşmışdır. Yaxşı olardı ki, Sabir kənd adlanmış olaydı. Eləcə də Əli Bayramlı şəhəri Şirvan yox, Şirvanabad adlanması yerinə düşmüş olardı. Çünki gələcək tarixdə Sabirli adını tarixdə mövcud olmuş Sabir tayfaları ilə, müasir Şirvan şəhərini isə tarixdə mövcud olmuş Şirvan şəhəri ilə qarışdıra bilərlər.

Bir də mənbələrdə çığıl və başqa tayfalarla yanaşı xatırlanan Duvan tayfalarını (1972-ci ildən dəyişdirilərək Qobustan adlandırılmışdır) adını əks etdirən Duvanlı qəsəbəsinin adını özünə qaytaraydılar. Daha doğrusu Qobustan ərazi, tarixi qoruq, şəhər, rayon, kənd adı olması, nəzərə alınaraq Duvanlı adının özünə qaytarılması elmi cəhətdən yaxşı olardı və bu alimləri düşündürməlidir. Beləliklə qeyd edilən abidələrlə yanaşı ərazi türk dilli tayfaların izini özündə yaşadan (Borbor, Baydar, Tarbuzlu (Qapızlı), Tatarlı, Yabanı, Yağlı, Xıdırlı, Qaramanlı, Kirbit, Mandı, Bitli, Qabırrı və başqa araşdırılması, turizmin inkişafında daha geniş tarixi məlumatlar verə bilər və həm də bunlar gənc nəslin vətənpərvərlik tərbiyəsində ən əsaslı amillərdən hesab edilməlidir.  

 

Nurəddin Bəndəliyev, Coğrafiya elmləri namizədi

 

 

 



Paylaş



Bölmə: Ədəbiyyat / Şəkilçarx / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!