Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                       
Tarix : 16-02-2021, 10:28
AMEA-nın müxbir üzvü Kamil Ayda-zadənin biobiblioqrafik göstəricisi hazırlanıb

AMEA Mərkəzi Elmi Kitabxanası AMEA-nın müxbir üzvü Kamil Ayda-zadənin biobiblioqrafik göstəricisini hazırlayıb. AMEA Rəyasət Heyətinin qərarı ilə çap olunan göstəricinin elmi redaktoru akademik Rasim Əliquliyev, redaktoru akademik Telman Əliyev, tərtibçiləri dosentlər Şəhla Tahirqızı, Yeganə Əşrəfova, Anar Rəhimov və biblioqraf Türkan Vahidovadır.

Biobiblioqrafik göstərici görkəmli riyaziyyatçı alim Kamil Rəcəb oğlu Ayda-zadənin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətini, alimin 1973-2020-ci illərdəki elmi əsərlərinin biblioqrafiyasını, əldə etdiyi və Azərbaycan Milli Elmlər Akademiyasının son 20 ildə mühüm elmi nəticələrinə daxil edilmiş elmi nailiyyətlərini, haqqında olan mənbələri, həmçinin televiziyalara verdiyi müsahibələri, elmi-ictimai fəaliyyətini əks etdirən internet resurslarını əhatə edir.

Biobiblioqrafiyada materiallar xronoloji ardıcıllıqla verilmiş, alimin həyatı, elmi, elmi-pedaqoji və ictimai fəaliyyəti qısa oçerkdə əks olunmuş, mühüm elmi nəticələri, rəhbərlik etdiyi və məsləhətçisi olduğu dissertasiyaların mövzuları əlifba sırası ilə düzülmüşdür.

Göstəricidən istifadəni asanlaşdırmaq məqsədi ilə professor Kamil Ayda-zadənin əsərlərinin, müştərək müəlliflərinin, rəhbərlik etdiyi dissertasiyaların əlifba göstəricisi hazırlanmış, coğrafi adlar göstəricisi tərtib edilmişdir. Eləcə də biblioqrafiyada professor Kamil Ayda-zadənin həyat və fəaliyyətini özündə əks etdirən “Ömür yolu fotolarda” başlıqlı zəngin fotoqalereya verilmişdir.

Biobiblioqrafik göstərici riyaziyyat üzrə elmi-tədqiqat işi aparan alim və mütəxəssislər, ali məktəb müəllimləri və tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!