Bakıdan Çinə dəmiryolu ilə ilk ixrac qatarı .....                        Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək .....                        COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir - Prezident .....                        COP29-un bağlanış mərasimi keçirilir .....                        "Fənərbağça"dan inamlı qələbə .....                        Hazırda təklif olunan razılaşma yaxşı deyil .....                        Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu .....                        ABŞ-ın yeni maliyyə nazirinin də adı məlum oldu .....                        İstanbulda fırtına yaşandı .....                       
Tarix : 18-03-2022, 11:32
MEK-də “Macar ədəbiyyatı həftəsi” adlı sərgi keçirilir - FOTOLAR
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Macar ədəbiyyatı həftəsi” adlı kitab sərgisi təşkil edilib. Sərgidə macar şairlərin, yazıçı və alimlərinin nəşrləri, həmçinin Azərbaycan yazarlarının macar dilində olan kitabları sərgilənir.

Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib.

“Macar ədəbiyyatı həftəsi”nin açılışında Macarıstanın Azərbaycandakı səfirliyinin ikinci katibi, mədəniyyət və təhsil məsələləri üzrə diplomatı Mihay Qruber, Macarıstanın “Arcanum” şirkətinin direktor müavini Bizsak Elod, tələbələr, oxucular və MEK əməkdaşları iştirak ediblər.

Qonaqlar əvvəlcə MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanış olub, Diplomatik fondda xarici ölkə nümayəndələri, eləcə də macar nümayəndələri tərəfindən MEK-ə hədiyyə edilən kitablardan ibarət stendlərə baxıb, kitabxana haqqında ətraflı məlumat alıblar.

Dəyirmi masa ətrafında davam edən tədbirdə iki ölkə arasında tarixə dayanan mədəni əlaqələrdən və bu işdə kitabxanaların üzərinə düşən vacib məsələlərdən danışılıb. Dünya miqyasında tanınmış türkoloq alim, Macarıstan EA-nın həqiqi üzvü Georg Xəzainin şəxsi kitab kolleksiyasının vaxtilə MEK-ə hədiyyə edildiyi, hazırda 1814 nüsxədən ibarət olan həmin kolleksiyanın kitabxana fondunda xüsusi şəraitdə mühafizə olunduğu diqqətə çatdırılıb. Beynəlxalq kitab mübadiləsinin iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə xidmət göstərdiyi vurğulanıb.

Tədbir çərçivəsində Macarıstanın ən böyük və daim genişlənən rəqəmsal dövri məlumat bazası olan “Arcanum” şirkətinin direktor müavini Bizsak Elodun məruzəsi dinlənilib. Arxiv işlərində müasir rəqəmsallaşma layihələrinə həsr olunan məruzədə “Arcanum” şirkətinin 30 illik təcrübəsindən danışılıb. O, 30 milyon rəqəmsallaşdırılmış nəşrlərin, ən müasir infrastruktur və innovativ proqram mühitinin əks olunduğu, elmi və ixtisaslaşdırılmış jurnallar, ensiklopediyalar, həftəlik və gündəlik qəzetlərlə yanaşı, xalçaların, müxtəlif illüstrasiyalı şəkillərin də rəqəmsallaşdırıldığını diqqətə çatdırıb. Məruzəçi dövlət müəssisələrinin, o cümlədən kitabxanaların “Arcanum” şirkəti ilə əməkdaşlıq perspektivlərindən bəhs edib.

Tədbirdə iki müəssisə arasında möhkəm əsaslara dayanan tərəfdaşlıq məsələlərinə aydınlıq gətirilib, suallar cavablandırılıb.

Qonaqlara MEK-in adından Çingiz Qacarın “Qədim Şuşa” kitabı və digər simvolik hədiyyələr təqdim edilib. Qonaq həmin kitabın “Arcanum” şirkətinin platformasına daxil ediləcəyini bildirib.







Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!