Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
Tarix : 31-03-2022, 16:58
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahovun “İrəvan quberniyasının tarixi” kitabı çap olunub.

Tədqiqat əsərində İrəvan və Naxçıvan xanlıqlarının ərazilərindən çar I Nikolayın 1849-cu il 9 iyun tarixli fərmanı ilə yeni inzibati-ərazi vahidi kimi təşkil edilmiş İrəvan quberniyasının tarixi 1850-ci ildən 1917-ci ilədək öyrənilib. Dövrün rusdilli mənbələri əsasında quberniyanın əvvəlcə 5, sonradan 7-yə çatdırılan qəzaları, İrəvan, Naxçıvan, Ordubad (1867-ci ildə ləğv olunub), Sürməli, Şərur-Dərələyəz, Üçmüəzzin (Eçmiədzin), Gümrü (Aleksandropol), Yeni-Bayazid qəzalarına köçürülmələrdən (əsasən ermənilər) sonra hər bir qəza əhalisinin say dinamikası və etnik tərkibi üzə çıxarılıb.

Müəllif Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq dövrün rusdilli mənbələri əsasında ermənilərin quberniya ilə bağlı iddialarının üzərindən xətt çəkib, 1917-ci ilədək quberniyanın əsas şəhər və qəzalarında bölgənin köklü sakinləri olan Azərbaycan türklərinin hakim etnos olduğunu sübut edib.

Monoqrafiyada, həmçinin vaxtilə quberniyanın idarə və müəssisələrində, şəhər dumalarında, məhkəmə orqanlarında çalışmış, qəza, şəhər, ibtidai məktəblərində, progimnaziya və gimnaziyalarında, İrəvan Müəllimlər Seminariyasında təhsil almış və işləmiş soydaşlarımız, eləcə də quberniyanın tarixi-memarlıq abidələri, iqtisadi həyatı haqqında məlumatlar yer alıb



ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!