Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
Tarix : 8-07-2022, 18:53
" Nur Ocağı" Cümşüd Əlinin şeirlərini təqdim edir:

Cümşüd Əlinin şeirlərini təqdim edirik
Təcnis
İlk baxışdan sənə sevgim yarandı,
Sən unutdun düz ilqarı, yar andı,
Bağrım başı vurduqların yarandı,
Dərd çəkməkdən qalmayıbdı sər indi.

Eşq odunun avandı nə, tərsi nə?
Üzür məni mərmər buxaq, tər sinə,
İstəyirsən yar düzünə,tərsinə,
Xalı təki yollarına sər indi.

Kaş heç məni doğmayaydın oy, ana,
Nəzir payla yatmış bəxtim oyana,
Cümşüd kimi eşq oduna o, yana,
Deməyə ki ,eşqin odu sərindi.
************
Sənə şeir yazıram,
Duyğularım tər-təmiz.
Sənə olan hisslərim,
Mavi, sahilsiz dəniz.

Bir mahir qəvvas kimi,
Baş vururam dənizə.
Bir inci çıxarıram,
Sənintək Ay bənizə.

Yosunlardan alıram,
Sənin gültək ətrini.
Xəyalına dalıram,
Uca tutum xətrini.

Gözəldir.
Təcnisləri elə yazaq dostlarım,
Tuş gəlməsin söz, söhbətə bir qala.
Çələng təki, misra-misra toxuyaq,
Deməsinlər sən kənarda bir qal,a.

İlhama gətirsin çəmən, düz yazaq,
Sözləri muncuqtək ipə düz,yazaq,
Hər nə yazsaq,dəqiq yazaq, düz yazaq,
Gəlin təcnislərdən quraq bir qala.

İstəmərəm bir sözümdən inci,tək,
Cahil olaq,birgə qəlbi incidək,
Şeir yazaq mirvaritək,incitək,
Elə yazaq yaddaşlarda bir qala.

Açıqdır hər zaman qəlb dərim sizə,
Qurbandır ruhum da,can,dərim sizə,
Sənət dünyasından söz dərim sizə,
Cümşüd şeriyyatdan ocaq bir qala.

Qayıt geri
Sən gedəli yaşamıram elə bil,
Ay anam hardasan bir qayıt geri?!
Adını çəkməkdən qabar olub dil,
Ay anam hardasan bir qayıt geri?!

Nə vaxtdır həsrətəm laylan, sözünçün,
O isti qucağın, mələk üzünçün,
Darıxır başımda,yumşaq dizinçün,
Ay anam hardasan bir qayıt geri?!

Son qoyaq həsrətə..,buraxmadılar,
Yanına xidmətə..,buraxmadılar,
Sağikən cənnətə..,buraxmadılar,
Ay anam hardasan bir qayıt geri?!

Bu qəmdən, kədərdən azad etməyə,
Könül sarayımı abad etməyə,
Bu sınıq qəlbimi sən şad etməyə,
Ay anam hardasan bir qayıt geri?!

İndi zəmanəmiz dəyişibdi çox,
Kasıba, aclara zülüm edir tox,
Cümşüdü sən qədər başa düşən yox,
Ay anam hardasan bir qayıt geri?!
Ağdam rayonu Mirəşşəlli kəndi.

Arasında
Qüssə gördüm, kədər gördüm,
Qırışların arasında.
Bu dünyada çox azmışam,
Qarışların arasında ...

Zaman ümman, ömür gəmi,
Qurumayır gözün nəmi,
Çox axtardım öz ilməmi,
Naxışların arasında .

Ömür boyu düz gəzmişəm,
Deyilməmiş söz gəzmişəm,
Bir alagöz göz gəzmişəm,
Baxışların arasında .

Bir qocalmış aslanmışam,
Dəmirtəki paslanmışam,
Ömür keçib islanmışam,
Yağışların arasında .

Yaxşı-yaman ömür sürdüm ,
Şeriyyatdan daxma hördüm ,
Öz imzamı bəlkə gördüm ,
Alqışların arasında .


Ola bilməz

Yığıb qalaq-qalaq, çatsanda ocaq,
Ələfdən, samandan köz ola bilməz.
Bürüsən qumaşa, zərə-zibaya,
Ağbirçək qarıdan,qız ola bilməz.

Sevicdən gül aça,ömür bağçası,
Çəkə bu tablonu rəssam fırçası,
Hər odun qırığı, ağac parçası,
Toxmaq ola bilər, saz ola bilməz.

Rəftarın olmasın zalım fələklə,
Dağıdar dünyanı tufan, küləklə,
Vədəsiz, açılan bircə çiçəklə,
Bahar ola bilməz, yaz ola bilməz.

Nə xeyir görmüşük qazı, darğadan,
Səməni cücərməz bişmiş qorğadan,
Üç yüz il yaşayan ala qarğadan,
Sona ola bilməz, qaz ola bilməz.

Yaşı ötsə ömür keçsə yarıdan,
Bir kömək gözləmə qadir Tarıdan,
Naz istəmə yaşı ötmüş qarıdan,
İşvə ola bilməz, naz ola bilməz.

Səndən küsüb getsə, Allah qonağı,
Olarsan obanın, elin qınağı,
A Cümşüd, yazılan hər söz yığnağı,
Şeir ola bilməz, söz ola bilməz.

Qeyrət olsa...
Ağac yerdən götürməsə qidanı,
Meyvələri sulanarmı? Sulanmaz!
Çörü-çöpü qalaq-qalaq yığsalar,
Odsuz ocaq qalanarmı?Qalanmaz!

Yoldaş olsan bir ağıldan kəm ilə,
Günün keçsə ah-vay ilə ,qəm ilə,
Kipriklərin islaq olsa nəm ilə,
Ömrə-ömür calanarmı?Calanmaz!

Qasırğalar yel atını çaparsa,
Dağı-daşı süpürləyib aparsa,
Yer kürəsin məhvərindən qoparsa,
Öz oxunda dolanarmı?Dolanmaz!

Əsil kökdən nübar olsa, bar olsa,
Allah bizə kömək dursa, yar olsa,
Qanımızda qeyrət olsa,ar olsa,
Elim-obam talanarmı?Talanmaz!


Paylaş



Bölmə: Ədəbiyyat / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!