Azərbaycandan ABŞ və İrana çağırış .....                        ABŞ hücumlarını dayandırmalıdır - İran çağırış etdi .....                        Siyahıya "Patriot" sistemləri daxildir .....                        Nəsrullahın mühafizəçisi Tehranda öldürüldü .....                        DTX-nin saxladığı sabiq icra başçısı HƏBS OLUNDU .....                        Məskunlaşma ilə bağlı yeni faktlar açıqlandı .....                        Azərbaycan gələn il İƏT-ə sədrlik edəcək .....                        Azərbaycan regiondakı gərginlikdən narahatdır .....                        Ərdoğan Arakçini qəbul etdi - İstanbulda İranla bağlı xüsusi iclas... .....                       
Tarix : 17-02-2017, 18:50
Cümşüd Nuriyev: “Zərdüştün mənasız fikirləri onu daha da gözdən saldı”

“Zərdüşt Əlizadə ilə razı deyiləm. Fikrimcə, Zərdüşt Əlizadə Azərbaycanda yeni bir münaqişə ocağı yaratmaq istəyir. Çünki İsgəndər Həmidovun kürd olması ümumiyyətlə, mümkünsüzdür. Əbülfəz Elçibəyin kürd olması haqda ümumiyyətlə, məlumat yoxdur. Elçibəy təpədən dırnağa qədər türkçü idi. O, hətta başqa millətin nümayəndəsi olsaydı belə, başımla cavab verərdim ki, sırf türkçüdür. İsa Qəmbərin də kürd olduğunu elan edib”.

Butov.az xəbər verir ki, bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev həmkarı Zərdüşt Əlizadənin Ebülfəz Elçibəyin ünvanına səsləndirdiyi ittihamlara cavab olaraq deyib.

O, bildirib ki, Zərdüşt Əlizadə vaxtilə Əlikram Hümbətovun sağ əli olub, onu dəstəkləyib: “Əlikram Hümbətov da gedib xaricdə oturub, anti-Azərbaycan işi aparır. Bizim hansı qarantiyamız var ki, bu saat Zərdüşt Əlizadə ilə Əlikram Hümbətovun əlaqəsi yoxdur və Zərdüşt bu fikirləri onun tapşırığı ilə gündəmə gətirmir? Bəyəm bu saat Azərbaycanın problemi Elçibəyin, İsgəndər Həmidovun və ya İsa Qəmbərin kürd olması məsələsidir? Xüsusilə dünyasını dəyişmiş adam haqqında danışmaq etikaya ziddir. Mən Zərdüşt Əlizadədən belə bir şey gözləmirdim. Zərdüştün onsuz da mübahisəli imici var idi, bu mənasız fikirlər isə onu bir qədər də gözdən saldı. Belə bir savadlı adamın bu işə girişməsi çox təhlükəlidir. Çünki savadlı adam provokatora çevriləndə çox təhlükəli olur. Savadlı provokatorlar millət üçün həmişə böyük bəlalar gətirir. İkincisi də mən kifayət qədər kürd tanıyıram ki, bizim Zərdüşt Əlizadə kimi türklərdən daha böyük türkdür. Talış tanıyıram daha böyük türkdür, Azərbaycan dövlətini və millətini Zərdüştdən çox sevir. Bu saat belə separatçı sözlərə ehtiyac yoxdur. Elə adam var ki, dədəsi və nənəsi türkdür, amma ermənidən də pisdir”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!