Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 9-06-2016, 16:01
"Bir neçə rayonda sürüşmələr gözlənilir"


"Yaz ayları və yayın əvvəlində havaların ifrat rütubətli keçməsi nəticəsində ölkə ərazisində sürüşmə hadisələri fəallaşıb".

Butov.az xəbər verir ki, coğrafiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə APA-ya açıqlamasında deyib ki, ifrat rütubətlənmə həm aktiv, həm də potensial sürüşmə sahələrində gərginliyin artmasına səbəb olub. Onun sözlərinə görə, bu, xüsusilə özünü Böyük Qafqazın cənub-şərq hissəsində, İsmayıllı, Şamaxı, Xızı, Şabran və qismən də Quba rayonlarında göstərib: “Daha çox fəallıq Bakı, Şamaxı, İsmayıllı və Şamaxı-Ağsu yollarında müşahidə olunur. Bu günlərdə İsmayıllının Basqal və Sulut kəndləri arasında, həmçinin yolda fəal sürüşmənin baş verməsi həmin zonanın hətta əvvəllər fəal sürüşmə müşahidə olunmayan sahələrinin fəallaşa bilməsini göstərdi. Nəticədə kənd yolu bağlanıb. Çox böyük ərazidə sürüşmə baş verib, digər ərazilərdə isə proseslər indi də fəallaşmaqdadır. Basqal, Sulut, Muğanlı kəndi ilə Ağsuçay dərəsi arasında olan bütün zonada ifrat fəallaşma müşahidə olunur. Belə sürüşmələrin fəallaşması həmçinin Gədəbəy, Daşkəsən, Lənkəran və Lerik rayonlarında da müşahidə olunur. Yağıntıların intensivliyi belə bir müddət də davam edərsə, yaxın zamanlarda sürüşmələri Yardımlı rayonu ərazisində, Quba, Qusar zonasında, Goranboyda gözləmək olar".

E.Əlizadə sürüşmələrin səbəblərini də açıqlayıb. Onun sözlərinə görə, son 1 ayda hətta antropogen təsir olan zonalarda sürüşmələrin fəallaşmasının səbəbi burada olan süxurların ifrat rütubətlənməsidir: “Artıq yağıntılar çox düşdüyündən süxurlar rütubətlə doyublar və ağırlıq qüvvəsinin təsiri ilə yamac boyu hərəkət edirlər. Yağıntılar ifrat olmasaydı belə fəallaşma olmazdı”.

Direktor müavini əlavə edib ki, Bakıdakı sürüşmə sahələrində aktivləşmə olsa da, ifrat fəallaşma müşahidə olunmur. Onun sözlərinə görə, Bakının sürüşmə ilə bağlı daha təhlükəli zonaları Zığ və Masazırdadır. Həmin ərazilərdə vəziyyətin əvvəlki kimi gərgin olaraq qaldığını deyən E.Əlizadə vurğulayıb ki, digərlərində nisbi fəallaşma var.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!