Kadırovun oğlu qəzaya düşdü - Vəziyyəti ağırdır .....                        ABŞ niyə İranı vurmadı? - TRAMPDAN AÇIQLAMA .....                        "Neftçi"də bir transfer, iki ayrılıq .....                        40 min nəfər məni İrana çağırır - Pəhləvi .....                        Dövlət Suverenliyi Günü bayramlar sırasına daxil edildi .....                        İran XİN başçısı Münhenə dəvət edilmədi .....                        26 siyasi partiya Nazirliyə hesabat verdi .....                        MİQ imtahanı niyə pullu oldu? - NAZİRLİKDƏN CAVAB .....                        Türkiyə-Ermənistan sərhədində işlər başa çatır - Açılış olacaq .....                       
Tarix : 8-09-2015, 10:09
Qadınların həyatını dəyişən kitablar – Siyahı


“Hərb və sülh”, “Usta və Marqarita” kimi klassikləri oxumaqla yanaşı, müasir qadına başqa kitabların mütaliəsi də lazımdır. Bu kitablar təfəkkürdə dəyişiklik yaratmasa da, gündəlik həyatınızı rahatlaşdıracaq: pul saymağı, evdə ideal şərait yaratmağı öyrədəcək, cavanlığı uzatmağın və karyera qurmağın yollarını başa salacaq.

Butov.az Axar az-a istinadla qadınların oxumalı olduğu kitabları təqdim edir.

1. Yuliya Saxarovskaya – “Pullar hara gedir?”

Nə üçün oxumaq lazımdır? Maliyyə məsələləri, sərmayə qoyuluşu və elementar iqtisadiyyatın əsaslarını məktəbdə, institutda öyrətmirlər, bu bilgilərə daha çox təcrübə əsasında yiyələnirsən. Heç də hər kəs bu məsələnin öhdəsindən asanlıqla gələ bilmir. Bu biliklərin çatışmazlığı ailə və şəxsi büdcənin problemlərinə gətirib çıxarır. Bu məsələdə Yuli Saxarovskayanın orijinal yanaşması yardımçınız ola bilər.

Ailə büdcəsini öz vəsaitin hesabına idarə etmək və planlaşdırmağı öyrənmək üçün bu kitabı oxumaq lazımdır. Bu kitab qadınları həyat yoldaşının verdiyi “Əməkhaqqını hara xərcləmisən?” – kimi çətin suala cavab axtarmaqdan xilas edəcək.

2. Lidiya İonova – “Doktor İonovanın sağlam reseptləri”

Nə üçün oxumaq lazımdır? Kitabı arıqlamağın unikal metodikasının müəllifi və çəkinin azalması üzrə klinikalardan birinin yaradıcısı diyetoloq Lidiya İonova yazıb. O, qidalanmaya konformist yanaşmanın tərəfdarıdır və bütün dadlı təamlardan birdəfəlik imtinanı tələb etmir.

Əlavə çəki almaq qorxusu olmadan öz menyunuzu adət etdiyiniz xörəklərin rəngarəng növləri ilə zənginləşdirmək üçün bu kitabı oxumaq lazımdır.

3. Nataliya Nikolayeva – “Əməliyyatsız kosmetologiya: gəncliyin 10 markeri”

Nədən bəhs edir? Peşəkar kosmetoloq tərəfindən yazılan bu kitab çox müdhiş bir fikirlə başlayır: demək olar ki, bütün qadınlar qəlblərinin dərinliklərində əmindirlər ki, öz həmyaşıdlarından cavan görünürlər, lakin təəssüf ki, bu, çox vaxt belə olmur. Problem ondadır ki, yaşla əlaqədar dəyişiklikləri heç də hamı qəbul edib ona tənqidi yanaşmır. Hər birimizin daxilində psixoloji müdafiə mexanizmi işləyir və qocalıq qorxusu tamamilə izaholunan bir hissdir. Elmi araşdırmaların gəldiyi qənaətə görə, tanış olmayan insanlar artıq elə ilk görüşdəcə qeyri-ixtiyari və demək olar ki, səhvsiz, xüsusi markerlərə əsaslanaraq yaşımızı hesablayırlar. Çoxillik həkimlik təcrübəsinə sahib olan müəllif yaşlanmağın 10 əlamətini göstərib və plastik əməliyyatlara üz tutmadan, müasir kosmetologiyanın nailiyyətlərindən istifadə etməklə onlardan qurtulmağın yollarını da oxucularına təqdim edibdir.

Nə üçün oxumaq lazımdır? Yaşlanmağın heç olmasa, bir markerini yox etməklə bir neçə il cavanlaşmaq tamamilə realdır. Hamısını kompleks şəkildə işə qoşmaqla həqiqətən də təsirli nəticə əldə etmək mümkündür.

4. Tom Rat – “Ye, hərəkət et, yat”

Nədən bəhs edir? Alimlər hesablayıblar ki, bütün həyatımız boyu dietaya təxminən 17 ilimizi sərf edirik. Amma yenə də nəticələrdən narazı qalırıq! Çünki səhv yanaşmadan istifadə edirik və prosesi çəkinin azalması ilə dəyərləndiririk. Halbuki sağlam olmaq və yaxşı görünmək üçün biz yalnız öz vərdişlərimizi korrektə etməliyik. Bütün bunları praktikada tətbiq etməyin üsullarını isə Amerika sosioloqu və xərçəngə qalib gəlmiş qida üzrə mütəxəssis Tom Rat öyrədir.

Nə üçün oxumaq lazımdır? Qadınlar üçün yazılmış bu kitab həyatınıza faydalı vərdişlər gətirəcək və onları tədricən elə möhkəmləndirəcək ki, bu, sizi narahat etməyəcək. Nəticə: düzgün qamət və yaxşı immunitet artıq bir neçə həftədən sonra sizlərə sevinc bəxş edəcək.


Butov.az


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!