Balaca adamın yekə buketi .....                        Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü veriləcək .....                        KTMT qatardır, qabağında Rusiyadır - Elmar Məmmədyarovdan Ermənistanla bağlı ŞOK AÇIQLAMA .....                        "Nizami"nin divarlarını yazanlar məlum oldu .....                        Pezeşkian Trampın təhdidinə belə CAVAB VERDİ .....                        Ermənistanda poliqonda partlayış: hərbçi öldü .....                        Gəncədə 41 yaşlı kişi bıçaqlandı .....                        Kərəclə Tehranı birləşdirən körpünü vuruldu - 8 ölü, 95 yaralı .....                        Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub .....                       
Tarix : 6-07-2024, 21:24
“Gülüstan” elmi-ədəbi məclisinin son məşğələsində


“Gülüstan” elmi-ədəbi məclisinin son məşğələsində

Qubada fəaliyyət göstərən A.A.Bakıxanov adına “Gülüstan” Elmi-ədəbi Məclisinin iyun ayının son günündə növbəti məşğələsi olmuşdur. Məclisin sədri Şixəmməd Seyidməmmədov keçən məclisdən ötən müddət ərzində görülən işlər, dövri mətbuatda dərc olunan yazılar, çap olunan kitablar barədə ətraflı danışmış, sözü “Gülüstan”çılara vermişdir. Onlardan Məmməd Qədir “Dilənçi qarı”, “Şəhid sevgilisi”, Mövlud Ağamməd “Qəzəl”, “Qazan”, Sədulla Dağlı “Bu yaşıma”, Rizvan Qiblədağlı “Tozsovuran və zəli”, “Qalmasın”, Asvar Tufandağlı “Nə yazım”, Şəfəq Qonaqova “Üç şəhid, üç dost”, Müşfiq Qərib “Vicdan”, Fərid Daşdəmirov “Utanırsanmı görən”, “Sinəmdə körpə uşaq yatır”, “Pərvanə və rəsm”, “Düşdü”, “İz qoysan”, Böyükağa Ağa “Hər yerin qonağı” şeirlərini, Nəzər Mirzəyev “Kərə yağı”, Məhərrəm Mustafa “Cənnət quşu”, Sabir Nemətov “Toyda”, Elxan Məcnunov “Müharibə olmasın” hekayələrini, Süleyman İsgəndərov isə bir neçə lətifəsini oxumuşdur. “Güslüstan”çılardan Kərim Dünyamalı və Füzuli Baratov oxunan bədii yaradıcılıq nümunələrinə öz münasibətlərini bildirmişlər.
Sonda ənənəvi olaraq xatirə şəkilləri çəkilmişdir.

Şixəmməd Seyidməmmədov,
ADPU-nun Quba filialı, “Təbiət elımləri” kafedrasının
baş müəllimi, “Gülüstan” elmi-ədəbi məclisinin sədri


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!