Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
27-03-2022, 14:50
Gürcüstanda qaydalar dəyişir


Gürcüstana getmək istəyənlərə ŞAD XƏBƏR

Gürcüstanda martın 28-dən etibarən ictimai nəqliyyat və qapalı məkanlarda qoruyucu maskadan istifadə istisna olmaqla, bütün məhdudiyyətlər aradan qaldırılacaq.
Gürcüstan mediası xəbər verir ki, bu barədə qonşu ölkənin Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.
Digər bir qərara əsasən, “PCR” testindən keçmədən Gürcüstana qayıdan vətəndaşlar üçün özünütəcrid öhdəliyi də tətbiq edilməyəcək.
Qeyd edək ki, Gürcüstan bütün qonşu ölkələrlə quru sərhədlərini açıb. Türkiyə, Ermənistan və Rusiyaya müəyyən şərtlər əsasında getmək mümkündür, lakin Azərbaycana quru yolla getməyə hələlik icazə verilmir. Bu səbəbdən Gürcüstan və Azərbaycan vətəndaşları yalnız hava yolundan istifadə edirlər.
11-03-2022, 22:58
XƏYALLARIM  BORÇALIDA, YUXULARIM  GÖYÇƏDƏDİ.”


“XƏYALLARIM BORÇALIDA, YUXULARIM GÖYÇƏDƏDİ.”
(Rahilə Qaralovanın özü və sözü)

Dəyərli oxucum! Daha bir sazlı, sözlü söhbətlə görüşünüzə gəlmişəm. Söz deyəndə Göyçəni, saz eşidəndə Borçalını xatırlamamaq, anmamaq mümkün deyil. Xoş baharın yurdumuza qədəm qoyduğu günlərdə ustadları rəhmətlə anır, sizi saz-söz ziyafətinə dəvət edirəm.
Bu dəfə söhbətimiz , “Xəyallarım Borçalıda, Yuxularım Göyçədədi.” - deyərək, sinəsini eyni zamanda həm saza, həm də sözə yuva, yurd yeri etmək kimi müqəddəs bir işin öhdəsindən ləyaqətlə, bacarıqla gəlmiş Rahilə Qaralova haqqında olacaq. Kimdir Rahilə Qaralova?
QISA ARAYIŞ
Rahilə Seyfəddin qızı Qaralova - 1967-ci il noyabrın 28-də Ulu Borçalımızın Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Şahmarlı kəndində anadan olub. İlk təhsilini Şahmarlı 8 illik məktəbində alıb. 1985-ci ildə Başkeçid (Dmanisi) 2 saylı Azərbaycan orta məktəbini, sonra Tbilisi şəhərində Maliyyə Texnikumunu bitirib. Bir müddət Başkeçiddəki 147 nömrəli texniki peşə məktəbində kadrlar şöbəsində çalışıb.
Orta məktəb illərindən poeziyaya xüsusi maraq göstərən Rahilə xanımın ilk şeirləri
o zamanlar Bakıda nəşr olunan "Azərbaycan Pioneri" qəzetində və Başkeçiddə nəşr olunan yerli "Trialeti" qəzetində işıq üzü görüb.Son dövrdə Azərbaycanda və Gürcüstanda nəşr olunan mətbuat orqanlarında müntəzəm olaraq dərc olunur. Şeirləri "Bütöv Azərbaycan", "Elm və Təhsil" qəzetlərində, "Xəzan jurnalı"nda və müxtəlif qurumlar tərəfindən tərtib olunaraq yayımlanmış çoxsaylı poeziya antologiyalarında, almanaxlarda dərc olunmuşdur.
Rahilə Qaralova "Qərib Həsrəti", "Məndən Nağıl Umma, Dünya", "Yaşamadım özüm üçün", "Ana laylası" və digər kitabların müəllifidir."Sazlı-sözlü Borçalı" Ədəbi Məclisinin yaradıcılarından olan Rahilə xanım həm də "Dirili Qurbani" Ədəbi Məclisinin üzvüdür.
Ailəlidir, iki övladı və iki nəvəsi var.
Sazla söz Rahilə xanımın simasında necə ayrılmaz tellərlə bağlanıbsa, hətta onun haqqında təqdim etdiyim qısa bioqrafik məlumatda da ruhumuzun qidasını təşkil edən bu iki məfhum yanaşı dayanaraq, hər ikisinin məbədgahı olan ulu Borçalıya söykəniblər. Rahilə xanımın bütün fəaliyyətində yurda bağlılıq, soya-kökə ehtiram açıq-aydın hiss olunur. Saz səsi gələn, şipşirin ana dilimdə mirvari kəlmələrin muncuq olub bulaq başında ipə düzüldüyü sərin kölgələri, qartalların qıy vurduğu uca zirvələri, gah haylı-küylü, gah da həzin nəğmələr oxuyan yamyaşıl çay vadilərini özünün doğma yurdu bilən Rahilə xanımın Vətən sevgisi sərhəd tanımır:
Bütün kainatın bəzəyi sənsən,
Sən mənim uğurlu anımsan, Vətən!
Ömrümün təməli, özəyi sənsən,
Parlayan üfüqüm, danımsan, Vətən!

Yuxarıda təqdim etdiyim misralar onun “Vətən” şeirindəndir. Sazının eşidildiyi, sözünün dinlənildiyi bütün kainatı Yurdu hesab edən Rahilə xanım “Borçalı” adlandırdığı digər bir şeirində hisslərini daha da cilalayaraq, fikrini aşağıdakı kimi ifadə etmişdir:
Nə qədər söz desəm yenə də azdı,
Sevənlər köksündə çaldığı sazdı,
Qışda da, yayda da havası yazdı,
Ozanlar, aşıqlar sözü Borçalı.

İndi tanış olduğunuz misralar həm bu qısa yazım üçün ana xətt kimi götürdüyüm “saz-söz” məfhumu ilə çuğlaşmaq baxımından, həm də Rahilə xanımın özünü ruhani və cismani tərəfdən təqdim etmək baxımından çox qiymətli nümunədir. O, qələmə aldığı nəzm nümunələrində özünü doğru olaraq “Rahilə” kimi təqdim edir. Biz bu nümunələrdə həm mənəvi, həm də fiziki olaraq onun bizi götürdüyü yolçuluqdan yorulmuruq, bezmirik. Onun saza eşlik edən söz aləmində səyahət etmək bizi darıxdırmır. Əksinə sarbanı Rahilə xanım olan söz karvanının keçdiyi hər çöl, hər çəmən, hər dağ, hər dərə, hər çay qırağı, hər bulaq başı, hər bağ, hər bağça öz xoş rayihəsi ilə bizi məst edir, ovsunlayır. Bu sazlı-sözlü səfərdən zövq alırıq.
Rahilə xanım öz sözünün yayıldığı ucsuz-bucaqsız geniş Yurdunun nə qədər intəhasız olduğunu anlayır, bunun üçün məbədgahı Borçalıya minnətdarlığını, sadiqliyini bildirir. Ancaq bütün bunlarla kifayətlənmir. Dünyaya göz açdığı, sözünün qorlandığı, niyətinin tumurcuq tutduğu “Şahmarlı”nı unutmur, bəzən dünyaya hakim hami kimi, bəzən isti yuvaya möhtac körpə bala kimi ona sığınır. Hər iki halda Rahilə sözü özəl, gözəl və səmimidir:
Təbiət veribdir bu əzəlliyi,
Əzəldən Rahilə, var özəlliyi.
Kaş hamı görəydi bu gözəlliyi -
Elimin adıdı gözəl Şahmarlı,
Ağzımın dadıdı gözəl Şahmarlı!

Rahilə xanımı sazla sözün vəhdət tapdığı “Sazım” şeirindən bir neçə bəndi sizə təqdim edirəm:
Dağı yerindən oynadıb,
Sinəm üstə duran sazım,
Meydanlarda at oynadıb,
Toy məclislər quran sazım.


Yandırıbdı“Kərəmiylə”
Qəm veribdi “Dilqəmiylə”,
“Koroğlunun cəngi”siylə,
Qılınc-qalxan vuran sazım.

Və ya,
Dədə Oorqud yadigarı,
Qoruyubsan düz ilqarı,
Yol alıbsan bizə sarı,
Əsrləri yoran sazım!

Saza, sözə sonsuz ehtiram göstərən, bunu hər kəlməsində, hər misrasında oxucusuna xüsusi hiss-həyəcanla anladan Rahilə xanım, tam səmimi olaraq sonda bir məsələni qeyd etmək istəyirəm;
“Xəyallarım Borçalıda,
Yuxularım Göyçədədi.

misraları o qədər yaxın və doğmadır ki, sanki mənim öz ruhumun süzgəcindən keçərək həyat qazanıb. Təbrik edirəm. Uğurlarınız bol, yolunuz açıq olsun!

Zaur USTAC
5-02-2022, 14:53
Azərbaycanlı jurnalistlər Ukraynanın Gürcüstandakı səfiri ilə görüşüblər


Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən “Aktual media" İctimai Birliyinin nəzdindəki "Aktual məktəb"in jurnalistika kursunun tələbələri Ukraynanın Gürcüstandakı səfiri İqor Dolqovla görüşüblər.
Görüşdə səfir Ukraynanın Gürcüstan və Azərbaycanla dostluq əlaqələrindən bəhs edib, üç ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib.
Son vaxtlar Ukrayna ətrafında gedən proseslərdən söz açan diplomat Ukrayna, Azərbaycan və Gürcüstanın ərazilərinin işğal olunduğunu, müzəffər Azərbaycan Ordusunun öz torpaqlarını azad etdiyini diqqətə çatdırıb. O, Ukraynanın və Gürcüstanın da öz torpaqlarını işğaldan azad edəcəklərinə ümid etdiyini vurğulayıb.
İqor Dolqov Prezident İlham Əliyevin bu günlərdə Ukraynaya səfərini qeyd edib, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycan və Gürcüstan rəhbərlərinə minnətdarlıq edib.
“Aktual.ge” portalının direktoru İlkin Hüseynov jurnalistika kursunun fəaliyyəti barədə məlumat verib, qonaqpərvərliyə və ətraflı məlumata görə səfirə minnətdarlığını bildirib. O deyib ki, Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstanın və Azərbaycanın Ukrayna ilə əlaqələrinin inkişafını dəstələdiklərini və Ukrayna xalqına əmin-amanlıq, sülh və sabitlik arzuladıqlarını diqqətə çatdırıb.
Görüşdə jurnalistika kursunun müəllim-təlimçiləri Xətayi Əzizov və Ceyhun Məhəmmədəli fikirlərini bölüşüb, görüşün təşkilinə görə səfirə təşəkkür ediblər.
27-11-2021, 07:29
Bölgədəki diktatorların kuklaları Türkiyə hökumətinə niyə hücum edirlər?!


Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı ilahiyyatçı Veysəl Orucov özünün sosial şəbəkə hesabından Ərdoğan haqqında maraqlı paylaşım edib:
"Niyə İslam düşmənləri, bölgədəki diktatorların kuklaları, daxildə və xaricdəki cəsuslar Türkiyəyə və Türkiyə hökumətinə hücum edirlər?!
Niyə iqtisadi böhran bəhanəsi ilə lirənin ucuzlaşmasını səbəb gətirərək küçələrə axışırlar?
Niyə 100 il əvvəl ikinci Əbdülhəmidi taxtdan saldıqları kimi, prezident Ərdoğanı devirmək istəyirlər?
Çünki prezident Ərdoğan dövründə Türkiyə hökuməti:
-Türkiyə iqtisadiyyatını 111-ci yerdən 16-cı yerə yüksəltdi;
-Avropanın ən böyük hava limanını tikdirdi;
-Son 10 ildə 125 məscid, 189 dini məktəb və 510 xəstəxana açdırdı;
-O, işləyən hər bir Türkiyə vətəndaşının maaşını üç dəfə artırdı;
-O, ölkəsinin milyardlarla dollarlıq xarici borcunu ödədi;
-İsraili rəsmi olaraq üzr istəməyə məcbur etdi;
-Texnoloji inkişaf üçün 35.000 tədqiqat mərkəzi tikdirdi;
-Türkiyəni dünyada söz sahibi etdi;
-Bütün türk məktəblərində Quran və hədis tədrisini təşviq etdi;
-Universitetlərdə hicab qadağasını aradan qaldırdı;
-Myanmar, Suriya, İraq və bir çox digər bölgələrdən olan 10 milyon qaçqını müharibə və aclıq səbəbi ilə qəbul etdi;
-İllər sonra Böyük Ayasofya Məscidini yenidən ibadət üçün açdırdı və orada Allah kəlamını ucaltdı;
-Erməni quldurlarına qarşı var gücü ilə AZƏRBAYCANA kömək etdi......
Əziz türk milləti, əziz müsəlmanlar, HƏDƏF ƏRDOĞANDIR!
Heç kəsə aldanmayaq, içimizdəki aslanları qoruyaq ki, düşmən itlərinə ov olmayaq.
Dollar 13 lirə yox, 50 lirə olsa da biz səninləyik Türkiyəm.
Bizim üçün mənəviyyat maddiyyatdan öndədir.
Allah Türkiyə dövlətini və prezident Rəcəb Tayyib Ərdoğanı İslam düşmənlərinin şərrindən qorusun."
16-10-2021, 08:21
İran Borçalıda soydaşlarımızı Azərbaycana qarşı hazırlayır

Bölgədə şiələrin hakimi olmaq və dini region ölkələrinə siyasi təzyiq alətinə çevirmək üçün müxtəlif vasitələrdən istifadə edən İranın son dövrlər Gürcüstan azərbaycanlılarını hədəf seçdiyi haqqında ciddi faktlar açıqlanmışdı. İran Borçalı mahalındakı soydaşlarımızı ələ almaq üçün onlar arasında məzhəb ayrımı salır və beləliklə, parçalanmış toplumu daha rahat şəkildə idarə etməyə cəhd edir.
Gürcüstandan olan soydaşlarımız danışır ki, İranın Qum və Məşhəd şəhərindən gələn emissarlar bölgədə siyasi şiəliyi, əslində şiəlik adı atında Xomeyniçiliyi təbliğ edirlər. Bu gün Borçalıda siyasi şiəliyin təbliği ilə bağlı dini moizələr oxunur, din öyrənmək istəyənləri Məşhədə və Quma aparırlar, onların maddi ehtiyacları qarşılanır. Vaxtilə heç kimin ağlına gəlməyən məzhəb ayrılığı bu gün Borçalını ələ keçirib. Bu işi əsasən İranın Gürcüstandakı səfirliyi və emissarlar həyata keçirirlər. Məscidlərdə əsasən İrandan gələn dini ədəbiyyat paylanır. (İran hədəfinə çatır: Gürcüstan azərbaycanlıları arasında MƏZHƏB QARŞIDURMASI).
İran qaranlıq fəaliyyəti ilə seçilən Mirtağı Əsədovu Borçalıda “yeni şeyx” seçib və bu gün ondan soydaşlarımızın üzərində təsir rıçaqı olaraq istifadə edir. Əsas hədəf məhz burada “dini kanton” yaratmaq və region ölkələrinə, xüsusilə Azərbaycana qarşı silah olaraq istifadə etməkdir. (İranın Borçalıda dini kanton yaratmaq planı və ayətullahların “yeni şeyxi”).
Publika.az hazırda Borçalıdakı dini vəziyyət və İranın təsir imkanları haqqında yerli mənbələrdən yeni məlumatlar əldə edib.
Bu gün İranın bölgədə “şeyx” təyin etdiyi Mirtağı Əsədovun ətrafına 500-dən çox soydaşımızı toplayıb.
İrana bağlı bu qrupun əsas mərkəzi İmam Əli və İmam Hüseyn adına məscidlərdir. Bu isə Marneulidə mövcud olan cəmi 4 məscidin ikisinin İranın təsirində olduğu deməkdir.
Mirtağı Əsədovu “şeyx” olaraq qəbul edən tərəfdarları əsasən gənclərdən ibarətdir. Hər cümə günü İmam Əli və İmam Hüseyn məscidinə 500-dən artıq dindar toplaşır. Onlar Mirtağı Əsədovun ətrafındakı fəallardır.
Yerli mənbələr danışır ki, İranın Gürcüstandakı səfiri də mütəmadi olaraq İmam Əli məscidində keçirilən dini mərasimlərə qatılır, dini moizələr oxuyaraq, siyasi təbliğat aparır.
“Marneulidə əhalinin 70 faizi şiələrdir. İran bu amildən istifadə edərək, moizəçilərini əsasən bu rayona göndərir. Vaxtilə rayonda təhsilin keyfiyyəti aşağı düşdü, gənclərimizin savadsızlığı artdı, nəticədə din amili önə çıxdı. İran bu vəziyyətdən istifadə edərək, bölgəyə girdi. Gənclərimizi Quma, Məşhədə dini təhsil almağa apardı, böyük maliyyə vəsaitləri alaraq, burada dini təsir gücü əldə etdi”, – Marneulinin yaşlı sakinləri danışır.
Mirtağı Əsədov da həmin vaxt İrana dini təhsil almağa gedənlərdəndir. Yerli mənbələrin məlumatına görə, əvvəlcə M.Əsədovun qardaşı İrana dini təhsil almağa gedib.
“Əsədovun qardaşı Qumda dini təhsil alandan sonra orada qaldı, əvvəlcə qardaşını, sonra da rayondakı gəncləri ora oxumağa apardı. Bu gün Əsədovun qardaşı İranda elmlər namizədidir və böyük biznesi var. Marneulidə Mirtağı Əsədov və tərəfdarlarını da o maliyyələşdirir”, – əldə etdiyimiz məlumatda bildirilir.
Ən təhlükəli məqamlardan biri isə Borçalıda İranın təsir dairəsinə daxil olan dindar soydaşlarımızın Azərbaycana qarşı düşmən mövqe sərgiləməsidir.
Yerli sakinlər danışır ki, bu dindarlar üçün Azərbaycan məfhumu yoxa çıxıb, onlar İrana böyük simpatiya bəsləyirlər.
Hətta Bakıda ictimai asayişi pozduğuna görə 30 sutka həbs cəzası alan Mirtağı Əsədovun azad edilməsi üçün Gürcüstanda Azərbaycan səfirliyinin önündə piket keçirməyə də hazırlaşırlarmış.
M.Əsədov müsahibəsində “Azərbaycanın daxili işlərinə qarışmırıq” deyə bildirsə də, Borçalıda onların nəzarətində olan İmam Əli və İmam Hüseyn məscidlərində Nardaran hadisələrinin yad olunduğu və Azərbaycan dövlətinə qarşı çağırışların edildiyi haqqında məlumatlar var.
Proseslərin inkişafı İranın Borçalıda təsir dairəsinə saldığı soydaşlarımızdan Azərbaycana qarşı gələcək planlarda istifadə edə biləcəyini göstərir.
24-09-2021, 19:40
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!