DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                       
3-05-2026, 20:00
Baş naziri Ermənistana GETDİ

Baş nazir

Ermənistana GETDİ


Böyük Britaniyanın Baş naziri Ermənistana GETDİ

Böyük Britaniyanın baş naziri Keir Starmer Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak etmək üçün Ermənistana səfər edib.
Ermənistan KİV xəbər verir ki, onu Zvartnots Beynəlxalq Hava Limanında Ermənistan prezidenti Vaaqn Xaçaturyan qarşılayıb.
30-04-2026, 13:50
Nikolu əsəbləşdirən sual

Nikolu əsəbləşdirən sual

Bəzi Ermənistan KİV Şahin Mustafayevin İrəvana səfəri fonunda onun guya rəqslə qarşılanması ilə bağlı iddialar irəli sürüb. Ermənistanın Baş naziri Nikol Paşinyan isə Azərbaycan nümayəndə heyətinin səfərinin Beynəlxalq Rəqs Günü ilə əlaqələndirilməsinə münasibət bildirib və bunu əsassız yanaşma kimi qiymətləndirib. Baş nazir jurnalistlərin suallarını cavablandırarkən bu cür iddiaları tənqid edib.
Onun sözlərinə görə, səfərin hər hansı bayram və ya tədbirlə əlaqələndirilməsi mövzudan yayındırmaq cəhdidir:
“Bu məntiqlə yanaşsaq, istənilən günü digər hadisələrlə əlaqələndirmək olar. Bu, reallıqla bağlı deyil”.
N. Paşinyan əlavə edib ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin mərhələli şəkildə normallaşması və uzunmüddətli perspektivdə mehriban qonşuluq əlaqələrinin qurulması əsas məqsəd olaraq qalır.
28-04-2026, 06:56
Uğurlarınız bol, yolunuz açıq olsun!


Uğurlarınız bol,

yolunuz açıq olsun!


Ata-baba yurdu Qərbi Azərbaycanın Mığrı (Meğri) rayonunun Nüvədi kəndindən olan Züriyə Qarayeva Ruslan qızını səmimi qəlbdən təbrik edirik.
Onun Mərkəzi Seçki Komissiyasının əvəzedici üzvü kimi yüksək etimada layiq görülməsi doğma yurdumuzun övladlarının hər sahədə fəallığının və ləyaqətinin göstəricisidir.
Züriyə xanıma bu məsuliyyətli və şərəfli vəzifəsində uğurlar, möhkəm iradə və dövlətçiliyimizə layiqli xidmət arzulayırıq.
Eyni zamanda, ata-baba yurdumuz Nüvədi və bütövlükdə Qərbi Azərbaycan torpaqlarına qayıdış ümidimizin daim yaşadığını vurğulayır, o müqəddəs qayıdış günlərinin uzaqda olmadığına inanırıq.
Uğurlarınız bol, yolunuz açıq olsun!
Bə-Rəhman Səfiyar Oğlu Zairov
27-04-2026, 18:19
"Çeşmə" bu baharda yenə çağladı


"Çeşmə" bu baharda

yenə çağladı


Aprel ayının 25-də "Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı Dədə Ələsgərin adını daşıyan bir yerdə, onun ruhu gəzən məkanda keçirildi. Tədbiri giriş sözü ilə "Çeşmə" Ədəbi Məclisinin sədri, AYB və AJB- nin üzvü, tanınmış şair- qəzəlxan Lilpar Cəmşidqızı açdı. O, tədbirdə iştirak edən qonaqları salamladıqdan sonra, vətənimizin azadlığı uğrunda canından keçən Vətən oğullarının ruhlarını məclis iştirakçıları ilə birlikdə bir dəqiqəlik sükutla yad elədi. Sonra qeyd elədi ki, 2026- cı il başlayandan artıq üçüncü görüşümüz keçirilir. (Hava şəraiti ilə bağlı, mart ayının son günləri leysan yağışlar yağdığına görə ədəbi məclisin yığıncağı təxirə salınmışdı. Ənənə halını alan belə görüşlər hər ayın sonuncu istirahət günündə keçiriləcəyi nəzərdə tutulub.)

Tanınmış ədəbiyyat adamlarının bir arada olması poeziyaya olan sevginin bariz nümunəsi olduğunu məclis rəhbəri Lilpar Cəmşidqızı iştirakçıların bir daha nəzərinə çatdırdı. Yığıncaqda ilk dəfə iştirak eləyən, Respublikanın Əməkdar artisti, Şuşa Dövlət Dram teatrının rejisoru, AYB və AJB-nin üzvü şair Nazir Rüstəmə söz verildi. Tanınmış aktyor yığıncaqda Aşıq Ələsgərin yaradıcılığından danışdı və Dədə Ələsgərin adını daşıyan otaqda belə bir məclisin keçirilməsinin əhəmiyyətli olduğunu qeyd elədi və şeirlərindən bir neçəsini səsləndirdi.

Sonra ardıcıl olaraq şairlərə bir- bir söz verildi və sözü AYB- nin üzvü, "Qoşma" Ədəbi Məclisinin Poeziya şöbəsinin rəhbəri, tanınmış şairə Əzizə Ağahüseynqızına verdi. Xanım şairə tədbir iştirakçılarına uğurlar arzuladı və belə ədəbi məclislərin ədəbiyyatımıza uğurlu töhfələr verəcəyindən danışdı və şeirlərindən bir neçəsini səsləndirdi. Sonra söz tanınmış tənqidçi, AYB və AJB-nin üzvü şair Xaqani Abbasəli Öztürkə verildi. O da ədəbiyyatımızda olan nöqsanlardan, sözün mədəni inkişafımızda əhəmiyyətindən danışdı, şeirlərindən sədləndirdi və sonra söz "Namiq Səfai" adına ədəbi məclisin sədri tanınmış ustad şair- qəzəlxan Ağamirzə Qailə verildi. Ustad qəzəlxan öz qəzəllərindən səsləndirdi. Beləcə şairlər- İldırım Əlişoğlu, ilk dəfə məclisdə iştirak eləyən, 2-ci Qarabağ müharibəsinin qazisi, şair Eyvazov Qafqaz, şair Tofiq Quliyevə söz verildi. Onlar da "Çeşmə" Ədəbi Məclisinin əhəmiyyətindən danışıb, şeirlərindən bir neçəsini səsləndirdilər.
Maraqlı keçən şeir məclisində "Şahənşah" restoranının rəhbəri Rəşid Süleymanovun dinləyici qismində şairləri dinləməsi məclis iştirakçılarını daha da həvəsləndirdi. Şairlərin səsləndirdiyi şeirlərdən sonra böyük həvəslə başlayan Ədəbi Məclis uğurla başa çatdırıldı. Sonda "Çeşmə" Ədəbi Məclisinin sədri Lilpar Cəmşidqızı məclisin keçirilməsində göstərdiyi qayğı və dəstəyə görə “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanova və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərliyə öz adından minnətdarlığını ünvanladı və iştirakçılar adından təşəkkürünü bildirdi. Növbəti görüşü keçirmək ümidi ilə məclis iştirakçıları görüş yerindən ayrıldılar.
24-04-2026, 00:51
Qafan İcması qadınlar   şurasına sədr seçib

Qafan İcması qadınlar

şurasına sədr seçib


Qərbi Azərbaycan İcmasının Qafan rayon İcmasının Qadınlar Şurasına sədr seçilib. 23 aprel 2026-cı il tarixdə Qərbi Azərbaycan İcmasının inzibati binasında Qafan rayon İcmasının Qadınlar Şurasının seçki iclası keçirilib. Tədbiri giriş sözü ilə açan Qafan rayon İcmasının sədri Eldar Abbasov bildirib ki, güclü cəmiyyət, ilk növbədə, insanların dəyərləri, qarşılıqlı münasibətləri, sosial həmrəylik və humanist prinsiplər əsasında formalaşır. O, bu inkişaf prosesində qadınların rolunun xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, onların cəmiyyət həyatındakı fəallığını yüksək qiymətləndirib.

Daha sonra İcmanın əməkdaşı, böyük koordinator və gənclər üzrə məsul şəxs Cəmilə Fəyyaz İcma sədri Əziz Ələkbərlinin salamlarını tədbir iştirakçılarına çatdırıb. Qeyd edib ki, müasir dövrdə qadınların ictimai rolu daha da genişlənib. Azərbaycan qadınları təhsil, elm, səhiyyə, mədəniyyət, idarəetmə, media və sahibkarlıq kimi bir çox sahələrdə uğurla təmsil olunurlar. Onların peşəkarlığı və məsuliyyət hissi cəmiyyətin tərəqqisinə mühüm töhfə verir.

Tədbirdə həmçinin Əsli Əliyeva, Qreta Əliyeva və Məryəm Gəncəliyeva çıxış edərək, Azərbaycan qadınlarının bütün tarixi dövrlərdə ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiklərini vurğulayıblar.

Sonda Qafan rayon İcmasının sədr müavini Seyfulla Abbasov təşkilati məsələlər barədə məlumat verərək, şura sədrliyi və müavinlik vəzifələrinə namizədləri təqdim edib. Açıq səsvermənin nəticələrinə əsasən:

• Pərvanə Zəngəzurlu Qadınlar Şurasının sədri,
• Əsli Əliyeva, Qreta Əliyeva, Rəqibə İsbiyeva və Məryəm Gəncəliyeva isə sədr müavinləri seçiliblər.


20-04-2026, 11:31
Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına hazırdır.

Ermənistan Türkiyə ilə

sərhədlərin açılmasına hazırdır.


Bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Antalya Diplomatiya Forumunda türk mediasına verdiyi açıqlamada bildirib.
"Ermənistan buna bu gün, hətta dünən də hazır idi. Biz həm siyasi, həm də texniki cəhətdən hazırıq; sərhəddə lazımi infrastruktur işləri başa çatıb. Bu mərhələdə qərar Türkiyənindir", - deyə o bildirib.
Nazir müavini son illərdə iki ölkə arasında əlaqələrin əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirib və dialoqun artıq Xarici İşlər Nazirlikləri ilə məhdudlaşmadığını, liderlər səviyyəsinə qədər genişləndirildiyini əlavə edib. O, həmçinin müxtəlif nazirliklər arasında əlaqələrin başladığını və prosesin konstruktiv şəkildə irəliləyiş göstərdiyini qeyd edib.
Nazir müavini Ermənistan-Azərbaycan münasibətlərinə toxunaraq iki ölkə arasında sülhün bərqərar olduğunu və yeni dövrdə diqqətin iqtisadi əməkdaşlığın və ticarətin inkişafına yönəldiyini bildirib. Kostanyan əlavə edib ki, sərhədlərin demarkasiyası kimi texniki proseslər təbii şəkildə irəliləyir.
Hörmüz boğazındakı hadisələrin qlobal bazarlara təsirinə toxunan nazir müavini bu vəziyyətin dolayı yolla Ermənistan iqtisadiyyatına da təsir etdiyini bildirib. Hələ ciddi bir böhranın baş vermədiyini qeyd edən Kostanyan, vəziyyətin uzun müddət davam edəcəyi təqdirdə ölkənin artım göstəricilərinə və iqtisadi perspektivlərinə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq etdi.
20-04-2026, 10:25
Tbilisidə azərbaycanlı tələbə ölüb

Tbilisidə azərbaycanlı

tələbə ölüb


Gürcüstanın paytaxtı Tbilisi şəhərində azərbaycanlı tələbə qızın meyiti tapılıb.
Marneuli rayon sakini 24 yaşlı Aysun Quliyevanın meyiti kirayə yaşadığı evdə aşkar olunub.
Bildirilib ki, aprelin 18-i ailə üzvləri Tbilisidə Aysunla birgə olublar. Onlar yaşadıqları rayona qayıtdıqdan sonra gənc qızın rəfiqəsi Aysunun yaşadığı evin qapısının bağlı olduğunu, onunla əlaqə saxlaya bilmədiyini deyib. Qapı açıldıqdan sonra A.Quliyevanın meyiti aşkar edilib. (Qafqazinfo)
17-04-2026, 20:35
Anna Paşinyana səs verəcək


Anna Nikola

səs verəcək


Anna Akopyan Paşinyanla münasibətlərinin kəsilməsinə baxmayaraq, qarşıdan gələn parlament seçkilərində vətəndaşları ona səs verməyə çağırıb.
"İravunk" qəzetinin məlumatına görə, o, yaxın ətrafına açıq şəkildə Paşinyanın yenidən seçilməsini dəstəklədiyini bildirib və yaxın çevrəsinə də eyni addımı atmağı məsləhət görüb.
"Qoy Paşinyanla münasibətlərimiz sizin ona münasibətinizə təsir etməsin. Mən vətəndaşlıq borcumu yerinə yetirəcəyəm və birmənalı olaraq hazırkı baş nazirə səs verəcəyəm."
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri isə iyunun 7-də baş tutacaq.
16-04-2026, 09:12
Yusif Ağbulaqlıdan bir xatirə

Yusif Ağbulaqlıdan

bir xatirə


Nənəm Həlimə Orucəli qızı (1901-14 fevral 1975) Kərbəlayı Bayram babamın ilk həyat yoldaşıdır. Təəssüf ki, nənəmin övladı olmayıb. Amma bizə sonsuz məhəbbəti ilə yaddaşlarımızda qalıb. 1977- ci ildə nənəmin şəkildə göstərdiyim əşyalarını–səhəng, yun darağı, xəlbir, babamın 1929-cu ildə Kərbəladan gətirdiyi muncuqdan qalan hissə, nənəmə gətirdiyi mis yağ piyaləsi, təsbehi Bakıya köçəndə özümüzlə gətirmişik. Nə yaxşı ki, bu təskinliklərim məni 52 ildir ki, sakitləşdirir:
Həlimə nənəm
Bu gecə yuxuma Həlimə nənəm
Girmişdi, nə qədər sevindim, Allah.
Sən demə bir azdan tez gedəcəkmiş,
Gözümü açanda çəkəcəmmiş ah.

Keçdi buxarını, təndiri gəzdi,
Tiyanın altını bərk qalamışdı.
Başını tərpətdi asta-astaca-
Gözünün önündə səhəng durmuşdu.

Xanım yerişiylə gəzdi hər yanı,
Oraq, kərəntiyə, dəhrəyə baxdı.
Görüb gülümsədi yun darağını,
Asılı kirişə, cəhrəyə baxdı.

Xəlbirə, ələvəyə vurdu əlini,
Dedi: yağ küpəsi, nəhrə hardadı?
Kərbəladan gələn yağ piyaləsin
Soruşdu, ay nənə, dedim, burdadı.
Babamın kəhrəba nişanəsini
Tövlə qapısında görmədi gözü,
Dedim: nənə, vallah, itirməmişəm,
Bu yanda asmışam, bax, budur özü.

Həvəni, kirkiti, xananı gəzdi,
Dedim: sındırmışam vərəngələni,
Dinmədi, üzümə baxmadı da heç,
Bildim ki xoşuna gəlmədi yəni.

Dedim ki: ay nənə, təsbehin durur,
Mən ondan alıram sənin iysini.
Dedi: yaxşı qoru, ağıllı balam,
Yaxşı ki, tapırsan təskinliyini.

Qaçdım ki, təsbehi götürüb gələm—
Nənəm gəlişiylə sevinc vermişdi.
Geriyə döndüm ki, nə gəzir nənəm,
Nənəm sakitcənə çıxıb getmişdi.

Yuxu görürəmmiş, sərsəm ayıldım,
Göz açdım yataqda uzanıqlıyam.
Yandırdı nənəmin sakit gedişi,
Bilmədim hönkürüb necə ağlıyam.

Əşyalar nənəmdən yadigarımdır,
Mənə xatırladır keçən ayları.
Hayıf ki, şəkili qalmadı bircə,
Bütün saxlamışam bu qalanları.

Yusif Ağbulaqlı yaddan çıxarmaz,
O, bizə qeyrətdən bir qala qurdu.
Övladı olmadı nənəmin, əfsus,
Amma övladlıdan uca tutuldu.


16-04-2026, 08:24
Mükəmməl tədqiqat əsəri

Mükəmməl tədqiqat

əsəri


15 aprel 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasında, İcmanın Nəzarət Təftiş Komissiyasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin “İrəvanda Azərbaycan təhsil tarixi” adlı monoqrafiyasının təqdimatı keçirilib. Tədbirdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvləri, icma sədrləri, şura sədrləri, millət vəkilləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Təqdimatı açan Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli bildirib ki, nəşr Qərbi Azərbaycanın təhsil tarixinin sistemli şəkildə araşdırılması baxımından mühüm elmi mənbədir. O qeyd edib ki, monoqrafiya İrəvanda Azərbaycan maarifçiliyinin zəngin ənənələrini üzə çıxararaq tarixi həqiqətlərin bərpasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Qərbi Azərbaycan İcmasının sədr müavini, millət vəkili, professor Hikmət Babaoğlu vurğulayıb ki, əsər yalnız elmi deyil, həm də ictimai-siyasi baxımdan əhəmiyyətlidir. Onun sözlərinə görə, kitab Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq elmi dövriyyəyə çıxarılması və milli yaddaşın möhkəmləndirilməsi baxımından xüsusi rol oynayır.

Tədbirdə həmçinin Qərbi Azərbaycan İcması Müşahidə Şurasının üzvü, Milli Məclisin komitə sədri, millət vəkili Musa Urud,

İcmanın İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı laureatı Nazim Mustafa,
Amasiya Rayon İcmasının sədri, akademik Abel Məhərrəmov,
İcmanın Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı, Millət vəkili Rizvan Nəbiyev, AMEA-nın müxbir üzvü, professor Könül Bünyadzadə, İcmanın Qadınlar Şurasının üzvü, millət vəkili Tənzilə Rüstəmxanlı və İcmanın Hüquq Komissiyasının sədri, Böyük Qarakilsə İcmasının sədri, professor

Zahid Cəfərov çıxış edərək əsərin elmi əhəmiyyətini yüksək qiymətləndiriblər. Qeyd edilib ki, əsər Azərbaycan tarixşünaslığı və pedaqoji fikir tarixində mühüm yer tutur və monoqrafiya Qərbi Azərbaycanın təhsil irsinin sistemli şəkildə araşdırılması ilə yanaşı, bu sahədə mövcud olan boşluqların doldurulmasına və tarixi həqiqətlərin elmi əsaslarla ortaya qoyulmasına ciddi töhfə verir.

Çıxışlarda o da vurğulanıb ki, bu fundamental tədqiqat Qərbi Azərbaycanın təhsil və maarifçilik tarixinin öyrənilməsi istiqamətində mühüm elmi hadisə olmaqla yanaşı, milli yaddaşın bərpasına xidmət edən dəyərli mənbədir.

Kitabın müəllifi, Qərbi Azərbaycan İcması Nəzarət Təftiş Komissiyasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyev təqdimata qatılan hər kəsə təşəkkürünü bildirib. Qeyd edib ki, bu əsərin əsas məqsədi Qərbi Azərbaycanın təhsil və maarifçilik tarixini elmi əsaslarla araşdıraraq gələcək nəsillərə çatdırmaq, eyni zamanda tarixi həqiqətləri obyektiv şəkildə ortaya qoymaqdır. Müəllif vurğulayıb ki, bu istiqamətdə araşdırmalar gələcəkdə də davam etdiriləcək.

Qeyd edək ki, 536 səhifəlik “İrəvanda Azərbaycan təhsil tarixi” monoqrafiyası qədim İrəvan mahalında təhsil sisteminin formalaşması və inkişaf mərhələlərini ilk dəfə sistemli şəkildə araşdırır. Müəllif bu əsərdə Ümumtürk mədəni sisteminin ayrılmaz hissəsi olan bölgədə məscid məktəbləri, mədrəsələr və rus-Azərbaycan məktəblərinin yaranması və inkişafını ilk dəfə olaraq sistemli şəkildə elmi dövriyyəyə daxil edib. Araşdırma arxiv sənədləri əsasında sübut edir ki, Qərbi Azərbaycanda təhsil sistemi əsrlər boyu xalq pedaqogikasına və islam mənəviyyatına söykənərək milli varlığın qorunmasında mühüm rol oynayıb.

Monoqrafiyada İrəvanın maarifçilik mühitində mühüm rol oynamış Mirzə Cabbar Məmmədzadə, Haşım bəy Vəzirov, İbrahim Səfi, Vahid Şadiyev kimi ziyalıların fəaliyyəti geniş təhlil olunur. Xüsusilə Mirzə Cabbar Məmmədzadənin pedaqoji və metodiki fəaliyyəti, “Azərbaycan dili” dərsliklərinin hazırlanmasındakı xidmətləri yüksək qiymətləndirilir.

Eyni zamanda əsərdə İrəvan Kişi Gimnaziyasının fəaliyyəti xüsusi yer tutur. Müəllif arxiv sənədləri əsasında göstərir ki, bu təhsil ocağı yalnız bilik verməklə kifayətlənməyib, həm də Azərbaycanın gələcək dövlət xadimlərinin, diplomatlarının yetişməsində mühüm rol oynayıb. Gimnaziyanın məzunları sırasında Teymur bəy Makinski və Əkbər ağa Şeyxülislamov kimi tarixi şəxsiyyətlərin adı çəkilir.

Monoqrafiyanın elmi redaktorları sırasında filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı və siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu yer alır. Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın məsləhətçiliyi ilə hazırlanmış əsər tanınmış alimlər tərəfindən yüksək dəyərləndirilib.
Kitaba filologiya elmləri doktoru Almaz Ülvi ön söz yazıb.






����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!