İlham Əliyev Paşinyanla da bir araya gəlib .....                        Qrenlandiya danışıqlara hazırdır .....                        İspaniya deputatları Bakıya gəldilər .....                        Kamran Əsədovun qaynı ona təzyiq edirmiş .....                        Cənubi Qafqaz Rusiyadan uzaqlaşır .....                        Rus diplomat bu ölkədən qovuldu .....                        Növbəti üçtərəfli görüş bu ölkədə keçiriləcək .....                        Ərdoğan Pezeşkianla İrandakı vəziyyəti müzakirə etdi .....                        Prezidentin ailəsi Trampla birgə - FOTO .....                       
Tarix : 19-12-2020, 10:13
Vidadi Mustafa yazır: "KARLARIN KÖNLÜNDƏKİ"


Putin bu gün (18.12.2020) MDB dövlət başçılarının video iclasında çıxışı zamanı yenə təkrar edib ki, Qarabağdakı döyüşlər zamanı terrorizm təhlükəsi artmışdı.“Имевшие место боестолкновения, … увеличили риски распространения террористической угрозы”.

Putin daha sonra dinlərin və məbədlərin qeydinə qalaraq deyib ki, onların (MDB dövlətlərinin ) qarşısında, o cümlədən tarixi, dini və mədəni abidələrin qorunması və bərpası kimi vəzifələr durur.
Əvvəlki çıxışlarında xristian, yəni erməni abidələrindən danışırdı, indi daha ümumi şəkildə fikrini bildirir. Görəsən, bu 30 ildə bizim Qarabağda və ona bitişik 7 rayonumuzda dağıdılmış şəhərlərimiz, kəndlərimiz və mədəni-tarixi abidələrimiz bunların yadına niyə düşmürdü və düşmür də. Amma abidələrə (ermənilərə aid abidələr nəzərdə tutulur - V.M.) qayğı göstərməyin vacibliyini vurğulamaq və təkrar etməkdən yorulmur.
İranın əsas hökumət və ya yarırəsmi (poliofisioz) xəbər agentliyi “İRNA”nın Bakı ofisinin qeyd edilən iclas haqqında hazırladığı icmal bu
agentliyin saytında Putinin terrorizm təhlükəsi ilə bağlı dediyi fikri başlığa çıxararaq verilibdir - ”Putin: Qarabağ münaqişəsi regionda terrorizmin genişlənməsi təhlükəsini gücləndirdi” (Monaqeşe-ye Qərebağ xətər-e gostəreş e terrorism dər mənteqe ra təşdid kərd“). Putin münaqişə yox, döyüşlərin risk yaratmasından, “İRNA” xəbər agentliyi isə ümumiyyətlə münaqişədən danışır.
Putin o yarımçıq fikirlə kifayətlənsə də, “İRNA” təhlükənin “ciddi” olduğunu əsaslandırmaq üçün Paşinyanın kütləvi informasiya vasitəlırinin və Lavrovun nə vaxtsa dediyi fikirlərə əsalanır.
Vətən müharibəsinin getdiyi günlərdə və onun Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatmasından sonra da İran daim təkrar edirdi və fürsət düşəndə yenə də təkrar edir ki, Suriyadan regiona təkfiri, yəni iranlıların müsəlman hesab etmədiyi (İran ancaq öz terorrçularını müsəlman hesab edir, digərlərini yox) terrorçular gətirilir. Əgər Suriyadandırsa, demək Azərbaycana gətirilirdi və gətirilib. İran, məlumat mənbəsi etibarlı olmasa da, onların sayını da (2000-dən çox) göstərməkdən çəkinmir.
Bu kor yapalaqlara Ermənistan tərəfindən terroristlərin vuruşduğu, necə deyərlər əsaslı şəkildə isbat edilsə də, yenə tutuquşu kimi eyni sözləri təkrar edib erməninin adını çəkməkdən yaman qorxurlar.
Əsassız iddiaları təkrar etməklə hər iki tərəf sadəcə olaraq Azərbaycana münasibətdə qərəzli mövqe tutduqlarını gizlətmirlər. Rusiya guya üstüörtülü, ümumi şəkildə, İran isə açıq-aşkar."


Paylaş



Bölmə: Güneyin sesi / Köşə / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!