İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
Tarix : 30-01-2021, 18:33
CƏNUBİ AZƏRBAYCANLILARA BAŞQA DÜŞMƏN LAZIM DEYİL.


“ÖZÜNÜNKÜ” OLAN YERDƏ CƏNUBİ AZƏRBAYCANLILARA BAŞQA DÜŞMƏN AXTARMAQ LAZIM DEYİL.

Özünü dünya azərbaycanlılarının rəhbəri qismində görmək istəyən, Vəliye fəqihin Ərdəbil ostanında nümayəndəsi, Ərdəbil imam cüməsi ayətulla Seyid Həsən Amili bir neçə ildir zahirən cəlbedici, amma mahiyyətcə əsas məsələlərdən caydırıcı və eyni zamanda bölücü bir siyasət yeritmək ya icra etməklə məşğuldur (görəsən, kim yadına salıb). Belə ki, Dünya azərbaycanlılarından, onların birliyindən danışan bu “yoldaş” (Kommunist Partiyasi Mərkəzi Komitəsinin VİLAYƏT İdeologiya şöbəsinin müdiri kimi bir şeydir) qarşısına Şimali azərbaycanlılar arasında dini kimliyi geniş yaymaq və gücləndirmək məqsədi qoyduğunu bəyan edib və hətta deyib ki, o və dərü-dəstəsi (yuxarının tapşırığı ilə bütün şöbəsi) həmin məsələyə görə xüsusi məsuliyyət(!) daşıyır. Onun ikinci əsas vəzifəsi, Şimali azərbaycanlıların “iranlı” kimliyini (?) bərpa etməkdir. Bu siyasi-dinçi və ya dinçi-siyasi xidmətgüzara görə, özünün dediyi kimi, “azəri” toplumunun əksəriyyətini təşkil edən Cənubi azərbaycanlıların heç bir problemi yoxdur və əsas məsələ Şimali azərbaycanlıları, necə deyərlər, DİNƏ-İMANA, daha doğrusu DİNƏ-İRANA gətirməkdir.

BU DA ONUN PROQRAMININ ƏSAS MÜDDƏASI.
Seyid Həsən Amili: "Biz azərilərin birliyinə həssas yanaşırıq, birlik yalnız İmamlıqla(?!) mümkündür, çox şükürlər olsun ki, dünyanın ən böyük (?) Rəhbəri bir azəridir(?). İnqilabın əzəmətli Rəhbəri bütün dünya azərilərinin mənəvi və siyasi(?) rəhbəridir və biz hamımız onun oxu ətrafında hərəkət etməliyik”.

P.S.Rəhbər S.Ə.Xamenei necə azərbaycanlıdırsa, İmam cümə S.H.Amili də elə o cür azərbaycanlıdır. Tarixi-etnik baxımdan hər ikisi eyni kökdən olsa da, tarixi-coğrafi baxımından əcdadları müxtəlif ölkələrdəndir; biri Ərəbistandan, o biri Livandan. Bunların hər ikisi öz əslini-nəslini, şəcərəsini və genealogiyasını çox yaxşı bilirlər və kimlikləri ilə fəxr edirlər.


Vidadi Mustafa


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!